Tələbə Elmi Cəmiyyəti tərəfindən “Uğurlu şəxsiyyətlərin yolu ilə” adlı tədbir keçirilib

610

Beynəlxalq Münasibətlər və İdarəetmə (BMİ) fakültəsi və Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən “Uğurlu şəxsiyyətlərin yolu ilə” adlı tədbir keçirilib.

Tədbirdə I-III kurs tələbələri özləri üçün kumir saydıqları, onları ilhamlandıran, həyatlarında daima örnək götürdükləri tarixi şəxsiyyətlər barədə çıxışlarını təqdim ediblər.

BMİ fakültəsinin dekanı İbrahim Kazımbəyli TEC-in yeni idarə heyətinin üzvlərini təbrik edərək mövzu haqqında öz fikirlərini bölüşüb.

TEC-in sədri Lamiyə Muğalova da öz növbəsində tələbələri təbrik edərək, onları çıxışdan əvvəl təqdim edib.

Çıxışlarda ümummilli lider Heydər Əliyev (Aytac Hüseynəliyeva), Mustafa Kamal Atatürk (Aytac Möhsümzadə), Marqaret Tetçer (Şahsənəm Ramazanova), Məmməd Araz (İlkin Əliyarlı), Albert Eynşteyn (Elnarə Eyvazlı) və Xəlil Rza Ulutürk (Əhməd Alıyev) kimi şəxsiyyətlər haqqında tələbələr geniş məlumat veriblər.

Tədbirdə ümummilli liderimiz Heydər Əliyev və Atatürkün tarixi xidmətləri, şəxsiyyətləri daha böyük marağa səbəb olub və çıxışçılar onların dövlət quruculuğu sahəsindəki böyük xidmətləri haqqında geniş məlumat veriblər.

Tədbirin məqsədi tələbələrə öz kumirlərini özləri tanıdığı kimi digərlərinə də tanıtmaq imkanını verməkdən ibarət olub.

Çıxışların sonunda BMİ fakültəsinin kafedra müdirləri öz fikirlərini bildiriblər.

Qeyd edək ki, BMİ TEC bu layihəni silsilə şəkildə keçirməyi planlaşdırır.

SHARE