Dillər Universitetində Çin heroqliflərinin diktant-müsabiqəsi keçirilib

489

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ADU çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirak etdiyi Çin heroqliflərinin diktant-müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi tələbələrin Çin dilini öyrənmək, heroqlifləri düzgün yazmaq üçün motivasiyasını artırmaqdır. Diktant Çində olduğu kimi eyni formatda da keçirilib:  Konfutsi İnstitutunun müəllimlərinin ana dilində oxuduqları sözlərin  heroqlifləri yarışmaçılar bir dəqiqədə düzgün şəkildə göstərməlidirlər.

ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi kompleks və nadir hallarda istifadə olunan heroqliflərin yazılmasında vacib olan ümumi lüğət diktantı Çində çox məşhurdur. Tələbələrin müsabiqədə uğurlu iştirakı ADU-da fəaliyyət göstərən Çin xəttatlıq kursları ilə çox asanlaşdırılıb.

Kurs zamanı çinlilərin Çin mədəniyyət simvolu və ən əhəmiyyətli sənət forması olan Çin yazı və xəttatlıq sənətində əsas nəzəri və praktik bacarıqlar aşılanır.

SHARE