Təhsil fakültəsindən ekskursiya

422

13 may 2018-ci il AXC-nin 100 illik yubileyi ilə əlaqədar olaraq Təhsil fakültəsinin təşkilatçılığı ilə I (qr. 108c, qr.103a, qr.121a), II (qr.201a), III (qr.Essex 6) kurs tələbələrinin iştirakıla “Qala Arxeoloji – Etnoqrafik Muzey Kompleksi”nə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı tələbələr Qala muzey kompleksinə daxil olan Əntiq Əşyalar Muzeyi, Qala Qəsri, Qala Qoruğu və “Tullantıdan sənətə” adlı sərgidə oldular. Burada tələbələr X-XIV əsrə aid olan Qala Qəsrinin qüllə və istehkamı, Qala abidə kompleksində Tunc dövrünə aid qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrə aid olan təndir, qazıntılar nəticəsində e.ə. III-II minilliyə aid olan tapıntılar, qədim əşyalar və s. ilə tanış oldular. Ekskursiyanın sonunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə əlaqədar tələbələr arasında viktorina keçirilmişdir. Viktorinanın qalibi 103a qrupunun tələbəsi Baxşəliyeva Zeynəb hədiyyə ilə mükafatlandırılmışdır.

SHARE