“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mulikulturalizmin Azərbaycan modeli haqqında” kitabın təqdimatı

671

47 saylı Ağdam köçkün tam orta məktəbində “Azərbaycan Respublikasının Prezidenti İlhan Əliyev Multikuturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib. Təqdimat mərasiminində məktəbin direktoru Zülfiyyə Əliyeva, direktor müavinləri Tahir Nağıyev və  Famil Əsədov, Ağdam 74 saylı məktəbin direktoru Rasim Mustafayev  kitab barədə öz fikirlərini söyləyib, təcrübəçi tələbələrə uğurlar diləyiblər.

Q.Heybətov, öz növbəsində Prezident İlham Əliyevin Azərbaycanın multikulturalizm sahəsində təcrübəsinin xarici ölkələrdə öyrənilməsinin vacibliyini qeyd etdiyi çıxışlarından sitatlar gətirib: “Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır” .

Daha sonra  təcrübəçi tələbələrə kitabda yazılan akademik  Kamal Abdullayev və Etibar Nəcəfovun ön sözlərindən vacib məqamları və cənab Prezidentin kitaba daxil edilmiş nitqlərindən bəzi hissələri iştirak edənlərin diqqətinə çatdırıblar.

SHARE