Xarici dillər kafedrası

2309

ADU-nun Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrası 2007-ci ildə Qərbşünaslıq kafedrası əsasında yaradılmışdır ki, bu da Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsində bakalavr və magistr tələbələrinə ixtisas ölkəsinin dili və ona uyğun əlavə dildə bacarıq və vərdişləri, dil ünsiyyətini, nitq və danışıq qaydalarını, ümumiyyətlə, ixtisas ölkəsinin dilini və o ölkələrə yaxın dilləri kompleks şəkildə öyrədilməsi missiyasını həyata keçirir. Kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru Nərgiz Seyidovadır.

Kafedramızın əməkdaşları yaxın 5 ildə kompüter vasitəsilə ixtisas ölkəsinin dilinin öyrənilməsinin metodik əsaslarının işlənib hazırlanmasını, ”online” ingilis dilinin mənimsənilməsi üçün geniş çeşiddə müxtəlif saytlar, sosial şəbəkələr, multimedia resurslarının əldə edilməsində çox iş görmüşlər.

Bu istiqamətdə müəllimlərimiz universitetdə yaradılan elektron auditoriyalardan və İRK-nin təlim zallarından geniş şəkildə istifadə edirlər.

Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının əsas və başlıca məqsədi tələbələrə region dilləri və onlara uyğun əlavə dilləri öyrətmək və tələbələrin öyrənilən ölkənin mədəniyyəti nə yiyələnməklə yanaşı, onlarda hər dilin bütün aspektlərini, danışıq, dinləmə və anlama, oxu və yazı kimi nitq fəaliiyətini inkişaf etdirməkdən ibarətdir. Bundan əlavə kafedranın əməkdaşları bu dillərin tədrisində yeni informa siya texnologiyalardan (komputer, internet) geniş istifadə etməklə tələbələrə yeni biliklərin aşılanmasında böyük rol oynayırlar.

Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının məqsəd və vəzifəsi yüksək peşəkarlığa malik mütəxəssis yetişdirməkdir. Təcrübəli müəllim heyəti açıq və nümunəvi dərslər keçirir, gənc müəllimlərə tədris istiqamətində mühüm məsləhət və tövsiyələr verirlər.

Kafedranın fəaliyyət istiqaməti: Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrası 2006-cı ildə Universitetdə ilk olaraq kredit sisteminə qoşul muşdur. Baxmayaraq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Boloniya Bəyan naməsinə 2005-ci ildə Norveçin Bergen şəhərində təşkil olunmuş konfransda imza atmışdır, prosesin müddəaları ilə kafedra əməkdaşlarımız dərhal tanış olmuş və fəaliyyətlərini bu istiqamətdə qura bilmişlər.

Bundan əlavə kafedranın təsdiq olunmuş iclaslar planına əsasən ayda bir dəfə iclas keçirilir.Bu iclaslarda kafedranın illik planında əks olunmuş məsələlər müzakirə olunur.

Kafedra əməkdaşları lüğət tərtibi, dərslik, dərs vəsaiti, fənn proqramları və metodik vəsaitlər tərtib etmək istiqamətlərində də böyük işlər görürlər. Dərsliklər və dərs vəsaitləri Avropa standartlarına uyğun dil səviyyələrinə görə auditoriyalarda istifadə olunur.

Kafedramızın əməkdaşları Universitetin elmi işlər üzrə prorektorluğun böyük dəstəyi ilə 2010-cu ildə “Auditoriyanın idarə olunması, qiymətləndirmə və şəffaflıq” adlı Respublika konfransını uğurla keçirmişlər.

Bundan başqa kafedra əməkdaşları ənənəvi olaraq hər il TEC üçün tələbələr hazırlayır və illik konfransda onların daha dolğun çıxış etmələrinə və ən yüksək yer qazanmalarına ürəkdən çalışırlar.

Məhz bu istiqamətdə kafedramız Universitetdə ilk dəfə olaraq 2009-cu ildə daha təkmil bir təkliflə çıxış edərək TEC-in bölmə iclaslarında zəif çıxış etmiş tələbələri həvəsləndirmək məqsədi ilə onlara kafedra tərəfindən xüsusi Tərifnamələr verilməsini qərara almışlar.

Kafedra əməkdaşları 5 ildə dünyanın bir neçə ölkəsində Beynəlxalq konfrans və simpoziumlarda məqalə və tezislərlə çıxış etmiş, treyninq və yay məktəblərində iştirak etmişlər.

Kafedrada bakalavr səviyyəsi üzrə müxtəlif region ölkələrinin dilləri həm ixtisas,həm də xarici dil kimi tədris olunur:

  1. İngilis dilinin ixtisas və xarici dil kimi tədrisi
  2. Amerika ingiliscəsinin ixtisas dili kimi tədrisi
  3. Alman dilinin ixtisas və xarici dil kimi tədrisi
  4. Fransız dilinin ixtisas və xarici dil kimi tədrisi
  5. İbri dilinin ixtisas dili kimi tədrisi
  6. Norveç dilinin ixtisas dili kimi tədrisi
  7. İndoneziya dilinin ixtisas diil kimi tədrisi
  8. Ərəb dilinin ixtisas dili kimi tədrisi
  9. Yapon dilinin ixtisas dili kimi tədrisi
  10. Hindi dilinin xarici dil kimi tədrisi
  11. Polyak dilinin xarici  dil kimi tədrisi
  12. Çin dilinin ixtisas dili kimi tədrisi
  13. Macar dilinin xarici  dil kimi tədrisi
  14. Rumın dilinin xarici  dil kimi tədrisi
  15. İspan dilinin ixtisas dili kimi tədrisi

Bu dillərin tədrisi və kompleks öyrədilməsinə İndoneziyada, İsraildə, Yaponiyada, Fransada, Almaniyada, Polşada, Norveçdə təhsil almış, sertifikatları olan yüksək səviyyəli peşəkar müəllimlər cəlb olunub.

 

Əlaqə

Tel: (+99412) 441-22-78 (daxili 253)

SHARE