Regionşünaslıq kafedrası

4198

Regionşünaslıq kafedrası  23 fevral  2007 – ci il tarixində 20 № – li əmrə əsasən Regionşünaslıq və Beynəlxalq münasibətlər ixtisasları üzrə tədrisin keyfiyyətinin və  idarə olunmasının daha da yaxşılaşdırılması məqsədi ilə mövcud Qərbşünaslıq və Beynəlxalq münasibətlər kafedralarının bazasında  fəaliyyətə başlamışdır.

01 iyun 2007 – ci il tarixdən bugünədək  01/61 № – li əmrə əsasən Beynəlxalq Münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Əliyeva Sevdagül Fazil qızı Regionşünaslıq kafedrasının kafedra müdiri vəzifəsini icra edir. Yeni fəaliyyətə başlayan Regionşünaslıq kafedrasının başlanğıcda 10 əməkdaşı olmuşdur.

Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində tədris prosesini aparan əsas ixtisas kafedralarından biri kimi Regionşünaslıq kafedrası böyük  rol oynayır. Belə ki, kafedra  ABŞ, Böyük  Britaniya, Almaniya, Fransa, Skandinaviya, Qafqaz, İsrail və Yaxın Şərq, Hindistan, İndoneziya və Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Argentina, Ərəb ölkələri və Mərkəzi və Şərqi Avropa regionları olmaqla 14 region və ya ölkə üzrə iki dildə müxtəlif fənlər tədris edir. Qeyd edək ki, ABŞ və Böyük Britaniyan ixtisasında rus bölməsinə aid fənlər də tədris olnur.

Kafedrada bakalavriat səviyyəsi üzrə:

  1. Region ölkəsinin etnoqrafiyası,
  2. Region ölkəsinin coğrafiyası,
  3. Region ölkəsinin tarixi,
  4. Region ölkəsinin siyasi sistemi,
  5. Region ölkəsinin mədəniyyət və incəsənəti adlı əsas fənlər
  6. Azərbaycan mədəniyyəti və incəsənəti /Azərbaycanın mədəni irsinin mühafizəsi,
  7. Region ölkəsinin sosial təhlükəsizliyi və müdafiə siyasəti /Region ölkəsində sosial işin təşkili,
  8. Region ölkəsində din / Region ölkəsində dini tolerantlıq və dinlərarası münasibətlər,
  9. Region ölkəsində media / Region ölkəsində informasiya siyasəti,
  10. Region ölkəsinin gender problemləri / Region ölkəsinin ekoturizmi adlı fənlər isə  seçmə  fənlər  kimi tədris  edilir

Kafedrada magistratura səviyyəsi üzrə:

Əsas fənlər

  1. Beynəlxalq münasibətlərdə ideologiya və informasiya təhlükəsizliyi,
  2. Müasir beynəlxalq münasibətlər və regionşünaslığın aktual problemləri,
  3. Regional və beynəlxalq inteqrasiya,
  4. Müasir geosiyasi problemlər

Seçmə fənlər

  1. Region ölkəsində dövlət qulluğu və kadr siyasəti / Region ölkəsində yerli özünü idarəetmə və əks mərkəzləşmə
  2. Region ölkəsi və Azərbaycan humanitar və mədəni əlaqələri / Region ölkəsində dini etnik dözümlülük
  3. Region ölkəsinin demoqrafik inkişaf problemləri / Region ölkəsinin müasir qlobal proseslərdə iştirakı
  1. Region ölkəsinin milli təhlükəsizlik problemləri / Region ölkəsində genderin sosial siyasi aspektləri / Region ölkəsi və beynəlxalq münaqişələr adlı fənlər isə seçmə fənlər kimi tədris olunur.

Regionşünaslıq kafedrasında müəllimlərin fəaliyyəti müxtəlif meyarlar üzrə qiymətləndirilir. Cari hesabat ilinə müvafiq olaraq kafedra müəllimlərinin çap olunmuş elmi əsərlərinin sayı, dərs vəsiti, dərslik və ya fənn proqramının sayı, beynəlxalq tədbirlərdə, konfranslarda və disbutlarda onların fəal iştirakı və digər amillər nəzərə alınmaqla reytinqi müəyyən edilir.

Kafedranın əməkdaşları tərəfindən hazırlanıb çap olunan kitablar:

  1. Avropanın coğrafiyası
  2. Almaniyanın coğrafiyası
  3. Fransanın coğrafiyası
  4. Böyük Britaniyanın coğrafiyası
  5. Hindistanın etnoqrafiyası
  6. Norveçin etnoqrafiyası
  7. Böyük Britaniyanın siyasi sistemi (az.)
  8. Böyük Britaniyanın siyasi sistemi (rus)
  9. Norveçin tarixi
  10. Mərkəzi Şərqi Avropa ölkələrinin tarixi
  11. Slavyan xalqlarının tarixi
  12. Norveçin mədəniyyət və incəsənəti
  13. Böyük Britaniyanın mədəniyyət və incəsənəti
  14. Etika və gender
  15. Qafqazda gender
  16. Azərbaycanda gender

Kafedranın məqsəd və vəzifəsi:    Regionşünaslıq kafedrasının əsas məqsədi   tələbələrə  ixtisaslaşdığı region haqqında  dəqiq coğrafi, etnoqrafik, tarixi,  mədəni  məlumatları  çatdırmaq  və onların  həmin sahələrdə  araşdırma aparmasına yardımçı olmaqdan ibarətdir.

Kafedranın fəaliyyəti:  Regionşünaslıq kafedrası 2007-ci ildə Azərbaycan Dillər Universitetində ilk olaraq kredit sisteminə qoşulmuşdur. Baxmayaraq ki, Azərbaycan Respublikası təhsil nazirliyi Boloniya Bəyannaməsinə 2005-ci ildə Norveçin Bergen şəhərində təşkil olunmuş konfransda imza atmışdır, prosesin  müddəaları ilə kafedra əməkdaşlarımız  tanış olmuş və  fəaliyyətlərini bu istiqamətdə qura bilmişlər.  Bundan əlavə kafedranın təsdiq olunmuş iclaslar planına əsasən hər ayın sonuncu şənbə günü iclas keçirilir. Bu iclaslarda kafedranın illik planında əks olunmuş məsələlər müzakirə olunur.

Kafedra əməkdaşları  dərslik, dərs vəsaiti, fənn proqramları, metodik işləmə istiqamətlərində də böyük işlər görürlər. Kafedranın fəaliyyət göstərdiyi müddət ərzində 71-i əsas fənn, 105-i seçmə fənn olmaqla ümumilikdə 176 proqram (23 proqram hal-hazırda çap prosesindədir) və 17 dərs vəsaiti  dərc edilmişdir. Dərsliklər və dərs vəsaitləri Avropa standartlarına uyğun dil səviyyələrinə görə auditoriyalarda istifadə olunur.

2012-ci ildə ” Tur Xeyerdal və Azərbaycan”adlı  Beynəlxalq  konfransını məhz kafedramızın əməkdaşları Universitetin elmi işlər üzrə prorektorluğun  və Təhsil Nazirliyinin böyük dəstəyi ilə keçirmişlər.

Bundan başqa kafedra əməkdaşları ənənəvi olaraq hər il  TEC üçün tələbələr hazılayır və illik konfransda onların daha dolğun çıxış etmələrinə və ən yüksək yer qazanmalarına ürkdən çalışırlar.

Hər dərs ilinin sonunda kafedranın müəllimləri tədris etdikləri fənn üzrə dövrün tələblərinə cavab verən dərsliklərə müvafiq sillabuslar hazırlayırlar, fərdi planlar əsasında öz işlərini təşkil edirlər. Həmin sillabuslar kafedranın sonuncu iclasında müzakirə olunaraq təsdiqlənir.

Bundan başqa kafedra əməkdaşları xaricdə və ölkəmizdə çıxan müxtəlif jurnallarda  məqalələr dərc etdirirlər, müntəzəm olaraq dilini tədris etdikləri ölkə ilə sıx əlaqələr yaradaraq  Almaniya, Fransa, Norveç, İndoneziya, Hindistan, İsrail, universitetlərində keçirilən seminarlarda, yay məktəblərində  iştirak edir, öz biliklərini, tədris etdikləri fənnlər üzrə peşə bacarıqlarını təkmilləşdirirlər.

Kafedra əməkdaşları 5 ildə dünyanın bir neçə ölkələrində Beynəlxalq konfrans və simpoziumlarda  məqalə və tezislərlə çıxış etmişlər.

 

Əlaqə

Tel: (+99412) 441-22-78 (daxili 249)

SHARE