Qafqazşünaslıq kafedrası

1215

Qafqazşünaslıq kafedrası 2017-ci il sentyabr ayının əvvəlindən fəaliyyətə başlamışdır. Kafedrada hələlik əsas ixtisas dili erməni dilidir. Erməni dilinə ayrılan dərs yükü 806 saatdan ibarətdir ki, bununda yeddi semestr tədris olunması nəzərdə tutulmuşdur. 2017-2018-ci tədris ilinin birinci kursunda erməni dilinin tədrisi xeyli genişləndirilmiş və dərs yükü əvvəlki illərə nisbətən rekord dərəcədə artmışdır: birinci semestr 150 saat, ikinci semestr 120 saat. Bu dilin dərs yükü praktik məşğələ, yazı işi, imtahan və imtahanqabağı məsləhətlə birlikdə tam 300 saatdan ibarətdir. Dərs yükünün belə çox olması, tələbələrin həmin dili yaxşı mənimsəməsi üçün geniş imkan yaradır. Erməni dili ilə yanaşı qafqazşünaslıqda ixtisas ölkəsinin tarixi, ixtisas ölkəsinin coğrafiyası, ixtisas ölkəsinin etnoqrafiyası, ixtisas ölkəsinin iqtisadiyyatı, ixtisas ölkəsinin xarici siyasəti, ixtisas ölkəsinin ədəbiyyatı və xarici dil kimi ingilis dili tədris olunur. Kafedra müdiri filologiya elmləri doktoru, professor Əsgər Zeynalovdur.

Qafqazşünaslıq ixtisası üzrə bir neçə seçmə fənn də tədris olunur. Bunlar Qafqazda media, Qafqazda din, İxtisas ölkəsində sosial təhlükəsizlik və sosial müdafiə, İxt. ölk-də gender problemləri fənləridir. Qafqaza aid olduğu nəzərə alınaraq Azərbaycan tarixi fənni də bu kafedraya daxil edilmişdir və kafedranın dərs yükünün əksəriyyətini də həmin fənn təşkil edir- 4844 saat. Azərbaycan tarixi kafedrada tədris olunan digər fənlərdən fərqli olaraq demək olar ki, ADU-nun bütün fakültələrində tədris olunur.

Kafedraya aid nəşrlər

f.e.d., prof. Əsgər Zeynalov- “Qaynaqlardan reallığa və ya hər şeydən bir az”,

Bakı Mütərcim 2018

“Azərbaycan Xalq Cümhuriyyəti-100” (dərs vəsaiti), Bakı 2018

Hüseyn Əsgərov – “Qürbətdə qalmış vətən” , Bakı Mütərcim 2018

“Erməni dilinin qrammatikası”  Bakı Mütərcim 2018

 

Əlaqə

Tel: (+99412) 441-22-78 (daxili 147)

 

SHARE