Beynəlxalq münasibətlər kafedrası

2352

Beynəlxalq münasibətlər kafedrası 2001-ci ildə yaradılmışdır.  İlk kafedra müdiri prof. Sabir Daşdəmirov olmuşdur. Daha sonra kafedraya dos. Jalə Qəribova, prof. Musa Qasımlı və s.e.f.d, dosent  Samir Həmidov rəhbərlik etmişdilər. 2017-ci ildən kafedraya siyasi elmlər doktoru, professor Aida Yusifzadə rəhbərlik edir. Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsində tədris prosesini aparan ixtisas kafedralarından biri kimi Beynəlxalq münasibətlər kafedrası böyük məsuliyyət daşıyır.

Kafedrada  ştat üzrə 32 əməkdaş fəaliyyət göstərir. Kafedra əməkdaşlarının 2-si professor, 9-u dosent, 6-ı  baş müəllim, digərləri isə müəllim və iki nəfər isə kafedranın laborantı vəzifəsində çalışır. Cari tədris ilində kafedrada 2 elmlər doktoru, 11 fəlsəfə doktoru fəaliyyət göstərir. Hal-hazırda kafedranın 10 doktorant və dissertantı beynəlxalq münasibətlərin aktual problemlərinə dair elmi işlər üzərində çalışırlar.

Kafedrada tam ştat müəllimlərlə yanaşı yarımştat və saathesabı əsasda   Azərbaycan Respublikasının Prezident Administrasiyasından, Vergilər Nazirliyindən, Xarici İşlər Nazirliyindən, Ədliyyə Nazirliyindən, Azərbaycan Milli Elmlər Akademiyasından, Əlyazmalar İnstitutundan, ADA Universitetindən dəvət olunmuş mütəxəsssislər də fəaliyyət göstərir. Bundan əlavə  kafedranın bir çox müəllimləri tədrislə yanaşı, digər məsul vəzifələrdə də fəaliyyət göstərirlər.

Beynəlxalq Münasibətlər kafedrasında müəllimlərin fəaliyyəti müxtəlif meyarlar üzrə qiymətləndirilir. Onların çap olunmuş elmi əsərlərinin əhəmiyyəti, təşəbbüskarlığı, əmək intizamı və digər amillər nəzərə alınmaqla reytinqi müəyyən edilir.

Kafedra fəaliyyət göstərdiyi 17 il ərzində bakalavr və magistr pilləsi üçün nəzərdə tutulmuş çoxsaylı proqramlar , elmi-metodiki vəsaitlər, monoqrafiyalar, dərslik və dərs vəsaitləri  tərtib edilmiş və nəşr edilmişdir. Kafedra əməkdaşları tərəfindən son illər ərzində  çap edilmiş proqramlar və elmi-metodiki vəsaitlərin sırasında  dos. Samir Həmidov tərəfindən”Beynəlxalq münasibətlər nəzəriyyəsi”(2009), “Avropa İttifaqında siyasi inteqrasiya prosesləri və Azərbaycan”(2009), “Magistratura təhsil pilləsi üçün elmi-metodiki vəsait” (2014), “Beynəlxalq təşkilatlar” (2016), “Beynəlxalq təhlükəsizlik”(2016), “Avropa İttifaqında siyasi inteqrasiya prosesi və transatlantik münasibətlər”(2016), “Beynəlxalq münasibətlər nəzəriyyəsi”(2016), Əli Mustafayev-“Fransanın hüquq sistemi” (2010) , Nəsib Nəsibli- “Sosial elmlərdə araşdırmanın metodikası”(2015), Fatimə Güləmirli-“Müasir diplomatiya”(2016), Günel Hacalıyeva – “Almaniyanın xarici siyasəti”(2016), “Qafqaz ölkələrinin xarici siyasəti”(2016), Aysel Bağırova-“Fransanın xarici siyasəti”(2016), “Hindistanın xarici siyasəti”(2016), “Yaponiyanın xarici siyasəti”(2016)  adları çəkilə bilər.Həmçinin, kafedra əməkdaşları tərəfindən beynəlxalq münasibətlərə dair bir çox dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və s. nəşr edilmişdir. Bunların sırasında aşağıdakıların adlarının vurğulanması məqsədəuyğundur:  dos. Samir Həmidov- “Avropa İttifaqında siyasi inteqrasiya prosesləri və Azərbaycan” (2009) dərs vəsaiti, prof. Rafiq Abbasov – “İlham Əliyev- qədim xalqların dostluğunun müasir davamçısı” (2013) monoqrafiyası, dos. Mətanət Əsgərova Böyük Britaniyanın Konstitusion aktları və hüquq normaları (İngilis hüququ)(2015) dərs vəsaiti və s..

Qeyd etmək lazımdır ki, son beş il ərzində kafedra əməkdaşları tərəfində ölkəmizdə və onun hüdudlarından kənarda (Avstriya, Norveç, Rusiya, Ukrayna, Türkiyə,Polşa)  200-dən çox məqalə və tezislər nəşr edilmişdir.

Müasir beynəlxalq münasibətlərdə təhlükəsizlik amilinin rolunun artmasını nəzərə alaraq kafedra əməkdaşları “Beynəlxalq təhlükəsizlik” adlı dərsliyi hazırlayıb çapa təqdim etmişdirlər.

Son beş ildə kafedra əməkdaşlarından Samirə İmanova “Rumıniya-Azərbaycan münasibətləri (1991-2011-ci illər)”, Emil Qasımov  “Azərbaycan Respublikasının Qərbi Avropa dövlətləri ilə əlaqələri (elm, təhsil və mədəniyyət sahəsində)”, Mehriban Babaxanova “Azərbaycan Respublikası və Skandinaviya ölkələrində (Norveç nümunəsində) parlament nəzarəti institutu” mövzularında  fəlsəfə doktorluğu dissertasiya işlərini müdafiə etmişlər.

Eyni zamanda müvafiq zaman müddətində kafedrada 30-dan çox magistr dissertasiyası müdafiə olunmuşdur.

Beynəlxalq münasibətlər kafedrasında tədris olunan fənlər:

Bakalaviaturada

I Daimi/məcburi fənlər

  1. Siyasi fənlər
  2. Azərbaycav Respublikasının milli təhlükəsizliyinin əsasları
  3. Müasir beynəlxalq münasibətlər sistemində qloballaşma prosesi
  4. Beynəlxalq münasibətləri formalaşmasının əsasları və təkamülü
  5. Beynəlxalq münasibətlər tarixi 1618-1815
  6. Beynəlxalq münasibətlər tarixi 1815 -1914
  7. Beynəlxalq münasibətlər tarixi 1914 -1945
  8. Beynəlxalq münasibətlər tarixi 1945-
  9. Beynəlxalq münasibətlərdə enerji diplomatiyası
  10. Beynəlxalq münasibətlər nəzəriyyəsi
  11. Müasir inteqrasiya prosesləri
  12. Azərbaycan və xarici ölkələrin siyasi sistemi
  13. Azərbaycanın xarici siyasəti
  14. Dünya siyasəti
  15. Beynəlxalq təşkilatlar
  16. Konfliktalogiya
  1. Tarix fənləri
  2. Avropa və Amerika ölkələrinin tarixi
  3. Asiya və Afrika ölkələri tarixi
  4. Türk xalqları tarixi
  1. Hüquq fənləri
  2. Beynəlxalq ümumi hüquq
  3. Beynəlxalq xüsusi hüquq
  4. Beynəlxalq hüququn əsasları və ixtisas ölkəsinin hüququ sistemi
  1. İqtisadi fənlər
  2. Beynəlxalq iqtisadi münasibətlər
  3. İqtisadi diplomatiya

II Seçmə fənlər

  1. ASOR beynəlxalq münasibətlər sistemində
  2. Şərqi Avropa beynəlxalq münasibətlər sistemində
  3. Yaxın və Orta Şərq beynəlxalq münasibətlər sistemində
  4. Latın Amerikası beynəlxalq münasibətlər sistemində
  5. Afrika beynəlxalq münasibətlər sistemində
  6. Sosial-siyasi/hüquqi təlimlər tarixi
  7. Siyasi Fəlsəfə/nəzəriyyə
  8. Avropa Hüququ
  9. Avropa İttifaqında siyasi inteqrasiya prosesləri
  10. Müasir diplomatiya
  11. Geosiyasət
  12. İxtisas ölkəsinin xarici siyasəti
  13. Siyasi münaqişələr
  14. Beynəlxalq təhlükəsizlik
  15. Milli təhlükəsizlik
  16. Müasir beynəlxalq münasibətlər
  17. Avropa İttifaqı beynəlxalq münasibətlər sistemində
  18. Diplomatik protokol

 

Magistraturada:

I Daimi/məcburi fənlər

  1. Siyasi elmin tarixi və metodologiyası
  2. Xarici siyasət nəzəriyyəsi
  3. Müasir diplomatiyanın problemləri
  4. BM nəzəriyyəsində anqlo-sakson məktəbi
  5. Sülh və münaqişə nəzəriyyəsi

 

II Seçmə fənlər

  1. Avropa İttifaqı beynəlxalq münasibətlər sistemində
  2. Erməni terrorizmi
  3. ABŞ və Transatlantik münasibətlər
  4. Avropa Hüququ
  5. Müasir qlobal proseslər
  6. Xəzər regionunda təhlükəsizlik problemləri
  7. BMT dünya siyasətində
  8. Daxili münaqişələr
  9. Beynəlxalq siyasətdə lobbizm və diasporalar
  10. Beynəlxalq münasibətlərin proqnozlaşdırılması
  11. Beynəlxalq informasiya təhlükəsizliyi

Əlaqə

Tel: (+99412) 440-47-85

SHARE