Pedaqoji təcrübə xəbərləri

454
13.03.2018-ci il tarixində Yasamal rayonu 158 saylı tam orta məktəbdə təcrübədə olan tələbələrimiz  Novruz bayramı ilə əlaqədar olaraq tədbir təşkil etmişlər. Tədbirdə təcrübəçi tələbələr və metodist Cəfərova Kəmalə,  məktəbin şagirdləri, dekan müavini Həsənova Lalə və dekanlıq nümayəndəsi Mütəllimova Aytəkin, Tələbə Elmi Cəmiyyətinin sədri Muğalova Lamiyə iştirak etmişlər. Tədbirdə müxtəlif tipli rəqslər göstərilmiş, şeirlər söylənilmiş, Novruz bayramının tarixi haqqında məlumatlar verilmişdir. Tədbirdə məktəbin direktoru və müəllim heyyəti də iştirak etmişdir. Tələbələr eyni zamanda ingiliscə oyunlar da təşkil etmişlər.
​15.03.2018-ci il tarixində Nəsimi rayonu 240 saylı tam orta məktəbdə təcrübədə olan tələbələrimiz Novruz bayramı ilə əlaqədar olaraq tədbir təşkil etmişdir. 408B qrupundan Məmmədova Fatimə tədbiri təşkil etmiş və 6-cı sinif şagirdlərini də cəlb etmişdir. Tədbirdə təcrübəçi tələbələr və metodist Quliyeva Nigar, məktəbin şagirdləri və dekanlıq nümayəndəsi Əzəmmədova Günay iştirak etmişdir. Tədbirdə müxtəlif tipli rəqslər göstərilmiş, şeirlər söylənilmiş, Novruz bayramının tarixi haqqında məlumatlar verilmişdir. Tələbələr və şagirdlər eyni zamanda “Arşın mal alan” operettasını səhnələşdirmişlər.
SHARE