Xarici dillər kafedrası

4736

1966-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  plenumu Azərbaycan Respublikasında tərcümə işinin vəziyyətinin  yaxşılaşdırılması haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən o vaxtkı Mirzə Fətəli Axundov adına Pedaqoji Xarici Dillər İnstitutunda Tərcümə Kafedrası yaradılmışdır. Tərcümə kafedrası Azərbaycanda ilk kafedradır, 1966-cı ildə yaranıb. 2016-ci il dekabrın 27-də onun yaradılmasının 50 illiyi qeyd olunmuşdur. Tədbirdə rektor vəzifəsini icra edən professor ƏfqanAbdullayev, tərbiyə işləri üzrə prorektor Ələddin  Əliyev, “Xəzər” universitetinin rekroru professor Hamlet İsaxanlı və digərləri iştirak etmişlər.

Kafedranın ilk  müdiri dos. İ.Rəhimov olmuşdur. Onun rəhbərliyi altında həm tərcümə üzrə elmi kadrlar yetişmiş, həm də orijinaldan tərcümə işinə təkan verilmişdir.

2012-ci ildə ADU-nun kafedraları ilə əlaqədar struktur islahatları həyata keçirildi. “İngilis dli üzrə tərcümə nəzəriyyəsi və praktikası” və Tərcümə fakültəsində “İnglis dili” kafedraları ləğv edildi və onların bazasında “İngilis Dilinin Tərcüməsi”  kafedrası yaradıldı. F.e.n, dos. Tamilla Əmirova kafedranın müdiri vəzifəsinə təyin edildi.

Kafedra 08.08.2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti 1/290№li ƏMR əsasında Azərbaycan Dillər Universitetində idarəetmə mexanizminin səmərəliliyini, tədrisin keyfiyyətini artırmaq məqsədilə , Tərcümə və Mədəniyyətşünaslıq Fakültəsinin nəzdində Xarici dillər kafedrası yaradıldı. 07.11.2017-ci tarixdə isə 1/494№li ƏMR əsasında Azərbaycan Dillər Universitetində aparılan struktur dəyişikliklərinin davamı olaraq, Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasnın müdiri – fil.elm.nazmizədi, dosent – Tamilla Hüseyn qızı Əmirova vəzifəsinə təyin olundu. Müdir müavini vəzifəsinə isə 28.09.2017-ci il tarixində 1/398 №li ƏMR əsasında f.f.d., dos. Kərimov İbrahim Qurban oğlu təyin edildi.

Fənn proqramları:

 

TMF nəzdində Xarici dillər Kafedrası

Mövcud olan proqramlar

  • Oxuyub anlama və yazı – Ingilis dili(2011), koreya dili(2018), Alman dili(Yazı və oxu(2014), Fransız dili(oxu vərdişləri(2018), İspan dili(yazı vərdişləri(2018),
  • Eşidib anlama və nitq – Ingilis dili(2011), Ingilis dili(2015), Ispan dili (Tələffüs vərdişləri(2018) və şifahi nitq(2018), Alman dili(tələffüs və nitq)(2014), İtalyan dili(Tələffüs vərdişləri (2018),
  • Şifahi anlama və şifahi ifadə – İngilis dili(2014),
  • Yazılı anlama və yazılı ifadə – İngilis dili(2012), Alman dili(2016), İspan dili(2018), Koreya dili(2018), İtalyan dili(2016), Fransız dili(2018),
  • Böyük Britaniya,Amerika və digər ingilisdilli ölkələrin Ölkəşünaslığı – İngilis dili(2010)
  • İkinci Xarici dil – İngilis dili(2016), Alman dili(2015), Alman dili(2018), Fransız dili(2015), Rus dili(2017),
  • Tənqidi oxu və səmərəli yazı – İngilis dili(2012),
  • İngilis dilinin kommunikativ qrammatikası – İngilis dili(2011)

 

Kafedranın tədris etdiyi fənlər üzrə maddi-texniki təminat

Kafedranın əməkdaşları tədris etdikləri dərsdə  müəllif və ya həmmüəllif olduqları aşağıda göstərilən vəsaitlərdən istifadə edirlər.

 

Müəlliflərin adı Vəsaitin adı Vəsaitin növü
Dos. T.Əmirova

Dos. F.İsmayılova

Dos. T. Həsənova

İngilis dilində məktubların yazılma qaydaları Dərs vəsaiti
Dos. T.Əmirova

Dos. F.İsmayılova

B/m S.Həsənova

Təbabətə aid mətnlərin tərcüməsi Dərs vəsaiti
Dos. T.Əmirova

Dos. E. Rəhimli

B/m. İ.Orucova

Tərcümə: Mətn və çalışmalar Dərs vəsaiti

 

fil.f.d İsrafilova Gülmar Ways of Effective Writing Dərs vəsaiti
fil.f.d Məmmədzadə Nilufər Məhəbbət və Çörək ( Avqust Ştrinberq) Hekayə tərcümə
fil.f.d Məmmədzadə Nilufər Deutsche Marchen und Geschichten mit Arbeitsblattern Dərs vəsaiti
dos.Musayev Rafiq Azərbaycanda fransız dilinin təbliği Dərslik
dos.Musayev Rafiq Fransız ədəbiyyatından tərcümələr Kitab tərcümə

 

2017-2018 tədris ilində tədris olunan fənlər:

I kurs

Eşidib anlama və nitq (Tələffüs vərdişləri)- 1

Eşidib anlama və nitq (Tələffüs vərdişləri)- 2

Eşidib anlama və nitq (Şifahi nitq)-1

Eşidib anlama və nitq (Şifahi nitq)-2

Oxuyub anlama və yazı (oxu vərdişləri)-1

Oxuyub anlama və yazı (oxu vərdişləri)-2

Oxuyub anlama və yazı (yazı vərdişləri)-1

Oxuyub anlama və yazı (yazı vərdişləri)-2

II kurs       

Oxuyub anlama və yazı ( Müqayisəl ülsubiyyat) -1,2

Yazılı anlama və yazılı ifadə1,2

Şifahi anlama və şifahi ifadə 1

II kurs Xarici dil Ingilis 1,2

II kurs Xarici dil Alman 1,2

II kurs Xarici dil  Fransız 1,2

II kurs  Xarici dil Rus dili 1,2

III kurs

III kurs Xarici dil Ingilis 3,4

III kurs  Xarici dil Alman 3,4

III kurs Xarici dil Fransız 3,4

III kurs Xarici dil  Rus dili 3,4

III kurs Xarici dil İspan dili

IV kurs

IV kurs Xarici dil İngilis 5

IV kurs Xarici dil Alman 5

IV kurs Xarici dil F 5

IV kurs Xarici dil Koreya dili

IV kurs Xarici dil İtalyan dili

Kafedra tərəfindən keçirilən tədbirlər

İngilis Dilinin Tərcüməsi Kafedrası ADU-da Tərcümə Kafedrasının yaranmasının 50 illik yubileyini qeyd etmişdir. 1966-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  plenumu Azərbaycan Respublikasında tərcümə işinin vəziyyətinin  yaxşılaşdırılması haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən o vaxtkı Mirzə Fətəli Axundov adına Pedaqoji Xarici Dillər İnstitutunda Tərcümə Kafedrası yaradılmışdır. Bu il həmin kafedranın yaradılmasının  50 ili tamam olub. Yubileyin keçirilməsi 27 dekabr 2016-cı il saat 12:00-də Təbriz küçəsindəki tədris binasının akt zalında keçirilmişdir.

26 may tarixində isə İngilis Dilinin Tərcüməsi kafedrasının təşkilatçılığı ilə Bernard Şounun Piqmalion əsəri fakültənin 1 –ci və 30cü kurs tələbələri tərəfindən səhnələşdirilmişdir. Tamaşaya Böyük Britaniya, Amerika və British Council-dən nümayəndələr dəvət olunmuşdur. Amerika səfirliyindən Emi Piterson, British Council-dan Gülşən Hüseynova tədbirdə qonaq qismində iştirak etmişlər.

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 110)

E-mail: [email protected]

SHARE