İngilis dilinin fonetikası kafedrası

2965

Fonetika kafedrası 1953-cü ildə yaradılmışdır. Fonetika kafedrası ingilis, fransız və alman fakültələrində işləyən bir neçə müəllimin qarşılığından təşkil olunmuşdur. Alman dili fakültəsində tanınmış şəxs Cəfər Mehdioğlu Cəfərov kafedraya müdir seçildi.

Belə ki, 1973–ildə AKP–in birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Mərkəzi Komitənin qərarı ilə hər iki institut müstəqil təşkilatlar, qurumlar kimi yenidən yaradıldı. Bu qərar Respublikanın orta məktəblərində xarici dil müəllimlərinə olan ehtiyacını  ödəmək məqsədilə hər il instituta daha çox tələbə qəbul edilməsinə bir əsas verdi.

Bu zaman fakültələrin və ixtisasların ayrılması institutda bəzi kafedraların yaranmasına ehtiyac var idi. Belə ki, 1973–ildə İnstitut Elmi Şurasının qərarı ilə fonetika kursları iki kafedraya bölündü: İngils dilinin fonetikası kafedrası, fransız və alman dilinin fonetikası kafedrası. S.M.Babayev əvvəlki kafedranın müdirliyini davam etdirdi. Sonra yaranan kafedraya F.Y.Veysəlov müdir seçildi.

Həmin ildə S.M.Babayev İnstitutun elmi işlər üzrə prorektoru təyin edildi. M.Qarayeva ingilis dili kafedrasının yeni müdiri seçilir. M.Qarayeva kafedra müdirliyindən sonra aşağıdakılar kafedranın müdir vəzifəsinə gəldilər: Faiq Hüseynov, Elxan Mirzəyev, Əminə Məmmədova, Sayadulla Babayev.

Sayadulla Babayev xəstəliyi ilə əlaqədar 2008–ci ildə kafedra müdirliyindən ərizəsi ilə azad olundu və o həmin kafedrada professor vəzifəsində qaldı.

Hal hazırda ingilis dilnin fonetikası kafedrasına, 2008–ci ilin oktyabr ayından təyin edilmiş, filologiya elmlər doktoru, professor F.H.Zeynalov başçılıq edir.

Kafedranın missiyası

1) İngilis dilinin fonetikası kafedrasının ən vacib missiyası tələbələri gələcək ingilis dili müəllimi kimi yetişdirməkdən, onlara Böyük Britaniyada ingilis ədəbi tələffüzü norması kimi seçilmiş BBC aksent modelinin tələffüz xüsusiyyətlərini, eləcə də mümkün qədər ingilis dilinin Amerika variantının bəzi tələffüz cəhətlərini təlim edib öyrətməkdən ibarətdir. Bu başlıca əsas vəzifəyə əlavə olaraq, praktik fonetika kursu yüksək səviyyədə ingilis dili nitq (danışıq) səsləri sistemini, onların artikulyator təsvirlərini və təsnifatını və ingilis dilinin fonetik quruluşunun bütün komponentlərinə aid olan qaydaları və nəzəriyyələrin öyrənilməsi məqsədini güdür.

2) İngilis dilinin fonetikası kafedrasının ikinci vacib missiyası magistr səviyyəsində yüksək  keyfiyyətli gələcək ingilis dili müəllimləri hazırlamaqdan ibarətdir.

Təhsil və elmi fəaliyyət

Prof. S.Babayev və prof. F.Zeynalov öz üzərində işləyən yüksək ixtisaslı fonetistlərin hazırlanması işinə cəlb edilmişlər. Bu günə kimi prof.S.Babayev elmi rəhbər kimi 9 elmlər namizədi hazırlamışdır. Prof. F.Zeynalovun aspirantlarından biri Yəmən Respublikası vətəndaşı olub. Belə ki, 2009-cu ildən bəri prof. F.H.Zeynalovun rəhbərliyi altında 3 nəfər müdafiyə etmiş, hal-hazırda isə o, 3 nəfər dissertanta, 1 nəfər fəlsəfə doktoruna və 1 nəfər isə elmlər doktoruna rəhbərlik edir.

Kafedranın 35 nəfər üzvündən 3 nəfəri alimlik və peşakar təcrübə qazanmışlar:

  1. F.H.Zeynalov – f.e.d., prof.
  2. S.E.Poladova – fil.f.d., dos
  3. K.A.Alırzayeva – fil.f.d., dos

Akademik proqramlar və peşəkar kurslar

1.Tədris planına uyğun olaraq ingilis dilinin fonetikası kafedrası aşağıdakı akademik proqramları işləyib hazırlamışdır:

1) Bakalavr səviyyəsi üçün nəzərdə tutulan ingilis dilinin praktik fonetikası üzrə proqramı (b/m S.Əzizov) 1996.

2) Bakalavr səviyyəsi üçün nəzərdə tutulan ingilis dilinin praktik fonetikası üzrə yeniləşmiş proqram (prof. F.Zeynalov, b/m S.Əzizov) 2009.

3) Bakalavr səviyyəsi üçün nəzərdə tutulan ingilis dilinin nəzəri fonetikası üzrə proqramı (prof. S.Babayev) 2009.

4) Magistr səviyyəsi üçün ingilis dilinin fonologiyası üzrə proqramı (prof. S.Babayev) 2009.

5) Bakalavr səviyyəsi üçün nəzərdə tutulan ingilis dilinin praktik fonetikası üzrə yeniləşmiş proqram, “Eşitmə və tələffüz”fənnləri – 1,2,3 (prof.  F.Zeynalov, b/m Z.Neymətulin) 2015.

Hal-hazırda ingilis dilinin fonetikası kafedrasında “Eşitmə və tələffüz”-1,2,3 fənləri və Essex qruplarında Fonologiya fənni tədris edilir.

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 109)

E-mail: [email protected]

SHARE