Xarici ölkələr ədəbiyyatı kafedrası

2491

Azərbaycan Dillər Universitetinin aparıcı kafedrası olan “Xarici ölkələr ədəbiyyatı” kafedrası 1993-cü ildə yaradılmış, “Ədəbiyyat tarixi” adı ilə fəaliyyət göstərmişdir. 2005-ci ildə kafedra “Xarici ölkələr ədəbiyyatı” kafedrası adlandırılmışdır. Müxtəlif illərdə kafedraya fil.e.d., prof. Qorxmaz Həsi oğlu Quliyev, fil.e.d., prof. Zeydulla Abdulla oğlu Ağayev, fil.e.d., prof. Svetlana Əli qızı Cəbrayılova rəhbərlik etmişlər. Hal-hazırda “Xarici ölkələr ədəbiyyatı” kafedrasına fil.e.d., prof. Aynur Zakir qızı Sabitova rəhbərlik edir.

ADU-nun “Xarici ölkələr ədəbiyyatı” kafedrasının fəaliyyəti Filologiya və jurnalistika, Təhsil, Beynəlxalq münasibətlər və idarəetmə, Magistratura və doktorantura, Əlavə təhsil  fakültələrini əhatə edir. Əvvəlki illərdə Xarici ölkələr ədəbiyyatı kafedrasına “Tərcümə və mədəniyyətşünaslıq” fakültəsində də dərs yükü ayrılırdı. Çox təəssüf ki, hal-hazırda bu dərslər dayandırılmışdır.

Xarici ölkələr ədəbiyyatı kafedrası respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılmasını təşkil edir, yeni işə başlayan və gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərir, qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələri təşkil edir, profil üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində, proqram, vəsait və dərsliklərin tərtib edilməsində fəal iştirak edir. Son dövrlərdə akademik Kamal Abdullayevin təşəbbüsü və  köməkliyi ilə Almaniyanın Auqsburq Universitetinin doktorantı Kristine Gross Azərbaycan Dillər Universitetində olmuş, Xarici ölkələr ədəbiyyatı kafedrasının fəaliyyətində iştirak etmişdir.

Xarici ölkələr ədəbiyyatı kafedrasında tədris olunan fənlər

“Xarici ölkələr ədəbiyyatı” kafedrası bakalavr pilləsində müxtəlif ixtisaslar üzrə Ölkə ədəbiyyatı tarixi, Ölkə filologiyasına giriş, Ədəbiyyatşünaslığa giriş, Ədəbiyyat nəzəriyyəsi, Dünya ədəbiyyatı, Ölkə ədəbiyyatının tədrisi metodikası, müəyyən kurslar üzrə seçmə fənləri; magistratura pilləsində isə “Ədəbiyyatşünaslığın tarixi və metodologiyası”,  “Ədəbiyyat və psixoanaliz”, “XX-XXI əsr kəsiyində bədii nəsr”, “XX əsr ədəbiyyatında poeziya”, “Ədəbiyyatşünaslığın müasir problemləri”, “Müasir ədəbiyyatda dramın modifikasiyası”, “XX əsr ədəbiyyatında “mədəniyyət romanı” fenomeni”, “Ədəbiyyatda postmodernizm”, “Ədəbiyyatda multikulturalizm”  kimi fənləri tədris edir və fənlər üzrə fənn proqramları mövcuddur.

2015-2018-ci illər ərzində Xarici ölkələr ədəbiyyatı kafedrasının əməkdaşlarının nəşr olunmuş dərs vəsaitlərinin siyahısı belədir:

  1. Kafedranın professoru fil.e.d. Sabitova Aynur Zakir qızının “XVII əsr Amerika ədəbiyyatı” və “XVIII əsr Amerika ədəbiyyatı” adlı dərs vəsaitləri
  2. Kafedranın dosenti Əliyeva Xuraman İlqar qızının “Философия экзистенциализма  в английской литературе ХХ века (на основе творчества А.Мердок, У.Голдинга и К.Уилсона)” adlı dərs vəsaiti
  3. Kafedranın dosenti  Nağıyeva Şəhla Bədir qızının “Buta” – Müasir Azərbaycan Qadın ədəbiyyatı ingilis dilində”  adlı dərs  vəsaiti
  4. Kafedranın dosenti f.f.d. İsmayılova Aybəniz Aydın qızının  “Modernizmin formalaşma və təşəkkül xüsusiyyətləri”  adlı  dərs vəsaiti
  5. Kafedranın baş müəllimi f.f.d. Süleymanova Nigar Eldar qızının «Особенности жанра антиутопии в английской литературе (на основе творчества О.Хаксли, Дж. Оруэлла) adlı dərs vəsaiti

Bundan əlavə, 2015-2018-ci illər ərzində Xarici ölkələr ədəbiyyatı kafedrasının professor müəllim heyətinin 40-dan çox proqramı və 75-ə yaxın məqaləsi kafedra iclaslarında müzakirə olunaraq çapa tövsiyə olunmuşdur.

 

Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, prof.

Sabitova Aynur Zakir qızı

Tel: (+99412) 441-22-78 (daxili 255)

E-mail: [email protected]

SHARE