Təşkilati məsələlər üzrə rektorun müşaviri

Seyfəl Həsən oğlu Həsənov

Seyfəl Həsən oğlu Həsənov – Azərbaycan Dillər Universitetində Təşkilati məsələlər üzrə rektorun müşaviri, filologiya elmləri namizədi, dosent.

1955-ci ildə Qusar rayonunda anadan olub. 1971-ci ildə həmin rayonda orta təhsilini başa vurub. Bir müddət müxtəlif sənaye və kənd təsərrüfatı müəssisələrində işləyib.

1978-1983-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutnuda rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsil alıb.

1983-cü ildə Qusar rayonunda müəllim kimi əmək fəaliyyətinə davam edib. 1984-cü ilin yanvarından M.F.Axundov adına APRDƏİ-də işləməyə başlayıb.

S.H.Həsənov adı çəkilən ali məktəbdə (indiki Bakı Slavyan Universitetində) laborant, baş laborant, müəllim, baş müəllim, dosent, Tərcümə şöbəsinin müdiri (1997-2000), Regionşünaslıq və tərcümə (2000-2004) və Tərcümə (2004-2013) fakültələrinin dekanı, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru (2013-2015) vəzifələrində çalışıb.

2015-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi təyin edilib, 2017-ci ilin iyun ayına qədər həmin vəzifədə işləyib.

2017-ci ilin iyun ayından 2019-cu ilin aprel ayına qədər Azərbaycan Dillər Universitetində Elm və təhsil məsələləri üzrə rektorun müşaviri vəzifəsində çalışıb. 2019-ci ilin aprel ayından etibarən Təşkilati məsələlər üzrə rektorun müşaviridir.

1991-ci ildə M.F.Axundov adına APRDƏİ-də «Rus ədəbiyyatında siyasi roman» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2000-2005-ci illərdə Moskva Beynəlxalq Münasibətlər İnstitutu (Universitet) nəzdində fəaliyyət göstərən «Regionşünaslıq» ixtisası üzrə Rusiya Ali Məktəbləri Tədris-Metodik Şurasının üzvü olub.  Beynəlxalq Heyətin İdarə Edilməsi Akademiyasının İctimai elmər kafedrasının professorudur.

30-dan çox elmi məqalənin, dərs vəsaitlərinin, metodik vəsaitlərin, fənn proqramlarının müəllifidir.

 

Əlaqə:

Tel: (+99412) 441-49-74