AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

“Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfransının proqramı

Yüklə

2018-ci ilin 25-26 oktyabrında Azərbaycan Dillər Universitetində “Tətbiqi dilçiliyin müasir problemləri ” mövzusunda Beynəlxalq elmi konfransı keçiriləcəkdir.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  1. Eksperimental və müqayisəli dilçilik
  2. Sosiolinqvistikanın nəzəri və praktik məsələləri
  3. Xarici dillərin tədrisinə müasir yanaşmalar
  4. Tərcüməşünaslığın aktual problemləri
  5. Mətnin linqvosemiotik problemləri

Sizi bu konfransda iştirak etməyə dəvət edirik .

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Konfransa göndərilmiş və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcəkdir.

Mühüm tarixlər:

Tezislərin son göndərilmə tarixi:   1 oktyabr  2018-ci il

Tezislər daxil olduqdan iki həftə sonra müəlliflər təşkilat komitəsinin rəyi barədə məlumat alacaqlar.

Xaricdən olan iştirakçılar üçün ödəniş 50 Avro, ADU-nun əməkdaşları istisna olmaqla, digər universitet və müəssisələrdən olan iştirakçılar üçün isə 50 AZN nəzərdə tutulmuşdur. Təşkilat komitəsi tərəfindən qəbul olunmuş tezislərin müəlliflərinə qeydiyyat haqqını ödəmək üçün hesab nömrəsi bildiriləcək.

Tezislərin tərtibinə qoyulan tələblər:

  • müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
  • təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
  • tezislərin adı – 14 pt, tünd rəng, ortadan;
  • tezislərin həcmi­– 200-250 söz, format–A4, səhifələr nömrələnmir;
  • açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;
  • tezislər Times New Roman şrifti ilə 12 pt ilə;
  • yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
  • sətirlərarası məsafə (interval) –1,5 sm;
  • ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: mənbələr kvadrat mötərizədə göstərilir, məsələn: [Əhmədov, 2016, 1-2]. Ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür.
  • tezislər elektron və kağız variantda təqdim olunmalıdır;
  • 1 oktyabrdan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.

Konfransın təşkilat komitəsinin ünvanı:

Az 1014, Bakı şəhəri, R.Behbudov küçəsi,a134, Azərbaycan Dillər Universiteti, Elmi əməkdaşlıq  şöbəsi (302-ci otaq).

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 12) 441 22 78  (2 57)

Mob: (+994 55) 658 11 40

E-mail:  [email protected]

                             

 

 

                                           QEYDİYYAT VƏRƏQİ

“Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans

 

İştirakçının adı, atasının adı,  soyadı, elmi dərəcəsi, elmi adı                                                      
Təmsil etdiyi müəssisə, ölkə, şəhər  
Telefon nömrəsi, Elektron ünvan  

Plenar iclasda çıxış edəcək tanınmış alimlər

Professor Anni Brisset | Ottava Universiteti, Kanada.

 

 

 

 

 

 

>>Veb-sayt

>>Tezis

 

Əməkdar Professor Maykl Bayram  | Durham Universiteti, İngiltərə (Skaypla)

 

>>Veb-sayt

>>Tezis