Rektorun multikulturalizm məsələləri üzrə müşaviri

Çeşmi Şəmsəddin qızı Hacıyeva

Çeşmi Şəmsəddin qızı Hacıyeva – Azərbaycan Dillər Universitetində rektorun multikulturalizm məsələləri üzrə müşaviri.

1988-ci ildə Bakı şəhərində anadan olub.

2004–2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin bakalavr, 2008-2010–cu illərdə həmin fakültənin Magistr hazırlığı mərkəzində magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə doktorantura pilləsini bitirib, “Azərbaycanın geoiqtisadi inkişaf modelinin formalaşması problemləri”  mövzusunda dissertasiya işi müdafiə edib. 2010-2017–ci illərdə ADİU-da müəllim, 2012-2014-cü illərdə Xüsusi istedadlar fakültəsində dekan vəzifəsində çalışıb.

2017-ci ildən Rusiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun doktorantıdır (кафедрa “Международных проблем ТЭК” МГИМО МИД России).

1 dərs vəsaiti, 5 tərcümə kitab, 23 elmi məqalənin müəllifidir. Azərbaycan, rus, ingilis, fransız, alman dillərini bilir.

Əlaqə:

Tel: (+99412) 441-22-78 (daxili nömrə – 118)