Rektorun maddi-texniki və maliyyə məsələləri üzrə müşaviri

Nüşabə İsrail qızı Tanrıverdiyeva

Azərbaycan Dillər Universitetində rektorun maddi-texniki və maliyyə məsələləri üzrə müşaviri Nüşabə İsrail qızı Tanrıverdiyeva  1960-cı ildə Ermənistan SSR Krasnoselo rayonunda anadan olub. 1978-ci ildə Cil kənd orta məktəbini başa vurub.

1983-cü ildə Dadaş Bünyatzadə adına Xalq Təsərrüfat İnstitutunu bitirib.

1983-cü ildən 1998-ci ilə qədər M.F.Axundzadə adına Rus dili və Ədəbiyyatı İnstitutunda böyük mühasib, 1998-ci ildən 2000-ci ilə qədər baş mühasib vəzifəsində çalışıb.

2000-cı ildən 2016-cı ilin avqust ayına qədər Bakı Slavyan Universitetində baş mühasib vəzifəsində işləyib.

2016-cı ilin sentyabrında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində baş məsləhətçi vəzifəsinə təyin olunub.

2017-ci ilin iyun ayında Azərbaycan Dillər Universiteti rektorunun maddi-texniki və maliyyə məsələləri üzrə müşaviri vəzifəsinə təyin edilib.

Əlaqə:

Tel: (+99412) 440-09-13