Rektorun sosial məsələlər üzrə müşaviri

Ələddin Həsən oğlu Əliyev

Ələddin Həsən oğlu Əliyev, rektorun sosial məsələlər üzrə müşaviri 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuş, 1949-59-cu illərdə 1№-li orta məktəbdə təhsil almış, 1959-62-ci illərdə ordu sıralarında xidmət etmiş, 1963-64-cü illərdə Naxçıvan Dövlət televiziyasında işləmiş, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirərək təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasına (indiki Milli kitabxana) göndərilmiş və 1982-ci ilə qədər orada işləmişdir. 1982-ci ildən ömrünü ADU ilə bağlamış və burada kitabxananın direktoru vəzifəsinə təyin edilmişdir.

80-ci illərdə fakültə partiya bürosuna, sonra institut partiya bürosuna üzv, 1987-ci ildə isə eyni zamanda Müəllim Həmkarlar Təşkilatına sədr seçmişdir.

Tələbəlik illərində ADU-nun “Elmi əsərləri”ndə “Azərbaycanda ölkəşünaslıq biblioqrafiyası” adlı elmi məqalə dərc etdirmiş, təhsilini başa vurduqdan sonra universitetin aspiranturasında qiyabi təhsil almış və mövzusu ilə bağlı bir çox məqalələr dərc etdirmişdir. Onun 1977-ci ildə çap etdirdiyi “Azərbaycanda neft sənayesi” adlı biblioqrafik göstərici uzun müddət bu sahədə yeganə elmi mənbə olmuşdur.

2000-ci ildən ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin edilmiş və 2017-ci ilin iyul ayına qədər bu vəzifədə işləmişdir. Həmin tarixdən rektorun müşaviri işləyir.

Ali məktəblərdə tərbiyə işinin günün tələbləri səviyyəsində qurulmasına böyük diqqət verən Ələddin müəllimin təşəbbüsü ilə 2006-cı ildə ADU-da respublika ali məktəbləri üzrə ilk dəfə “Tərbiyənin nəzəri və praktik problemləri” mövzusunda respublika konfransı keçirilmiş, respublikanın aparıcı mütəxəssisləri konfransın işində fəal iştirak etmişlər.

Ömrünün 36 ilini  ADU-da keçirmiş Ələddin müəllim universitetin qazandığı bir çox nailiyyətlərin bilavasitə şahidi olmaqla yanaşı, onun keçdiyi inkişaf yolunu tədqiq etmiş və “Azərbaycan Dillər Universitetinin tarixi” adlı təxminən 40 ç.v. həcmində kitabı 2005-ci ildə çap etdirmişdir.

1993-cü ilin fevralında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda bir qrup müəllimlə Yeni Azərbaycan Partiyasının ilk təşkilatını yaratmış və 2017-ci ilə qədər həmin təşkilata rəhbərlik etmişdir.

Əlaqə:

Tel: (+99412) 564-06-33