İcra İntizamına nəzarət işləri üzrə rektorun müşaviri

Abduləli Qarakişi oğlu İsmayılov

Abduləli Qarakişi oğlu İsmayılov – Azərbaycan Dillər Universitetində İcra İntizamına nəzarət işləri üzrə rektorun müşaviri, 1953-cü ildə Beyləqan rayonu Bünyatlı kəndində anadan olub.

1970-ci ildə İmişli rayonu Sarıxanlı kənd orta məktəbini bitirib.

1973-cü ildə Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universiteti) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1978-ci ildə həmin universiteti bitirərək  hüquqşünaslıq ixtisasına yiyələnib və  təyinatla prokurorluq orqanlarında işləməyə göndərilib.

1978-1979-cu illərdə Zaqatala rayon prokurorluğunda müstəntiq, 1979-1986-ci illərdə Quba rayon prokurorluğunda müstəntiq, 1986-1988-ci illərdə Ağdam rayon prokurorluğunda müstəntiq vəzifəsində işləyib.

1988-ci ilin avqust ayında Azərbaycan Respublikası  Baş prokurorluğunun Vətəndaşların müraciətlərinə baxılması idarəsinin prokuroru (sabiq Azərbaycan Respublikası prokurorluğu) vəzifəsinə təyin olunub, 1991-ci ildə Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq  idarəsinin  prokuroru (sabiq Azərbaycan Respublikası prokurorluğunun İstintaq hissəsi və xüsusilə mühüm işlər üzrə istintaq şöbəsi) vəzifəsində, 1993-cü ilin yanvar ayından may ayına kimi  Baş prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin  prokuroru vəzifəsində, 1993-1996-cı illərdə Qəbələ rayon prokuroru vəzifəsində, 1996-2001-ci illərdə Ağsu rayon prokuroru vəzifəsində, 2001-2006-ci illərdə Baş prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, 2006-2011-ci illərdə Hacıqabul rayon prokuroru vəzifəsində  və 2011-2013-cü illərdə  Baş prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsində işləyib. Baş ədliyyə müşaviri rütbəsinə kimi yüksəlib.

06.06.2013-cü ildə təqaüdə çıxıb.

04.12.2018-ci il tarixindən Azərbaycan Dillər Universitetində İcra İntizamına nəzarət işləri üzrə rektorun müşaviri vəzifəsində çalışır.

Evlidir, 3 övladı var.

 

Əlaqə:

Tel: (+99412) 441-22-78 (daxili nömrə 263)