Kazımbəyli İbrahim Feyzulla oğlu
Tarix elmləri doktoru, dosent
Azərbaycan Dillər Universiteti, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı
Beynəlxalq münasibətlər kafedrasının dosenti
E-mail:  [email protected]
Tel: (+99412) 441 22 90

Qısa bioqrafik məlumat

  • 1975- ci il yanvarın 6-da Şahbuz rayonunun Nursu kəndində ziyalı ailəsində anadan olub.
  • 1981-1991-ci illərdə Nursu kənd orta məktəbində təhsilini gümüş medalla bitirib.
  • 1991-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin tarix filologiya fakültəsinin tarix ixtisasında təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
  • 1996-2000-ci illərdə Bakı Dövlət Universitetində Vətən tarixi ixtisası üzrə aspirantura şöbəsində təhsil alıb.

Elmi dərəcə və elmi adları

  • 2003-cü il 19 sentyabrda “Naxçıvan bölgəsinin tarixi demoqrafik tədqiqi” (1828-1920-ci illər) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru  elmi dərəcəsini alıb.
  • 2009-cu il il aprelin 28-də dosent elmi adı alıb.
  • 2018 ci il iyulun 7 də“Azərbaycanın İrəvan bölgəsi XIX əsrin II yarısı-XX əsrin əvvəllərində” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Tarix Elmləri doktoru Elmi dərəcəsi verilmişdir.

Əmək fəaliyyəti

  • 01.1997-01.08.1999 Naxçıvan Dövlət Universitetinin  “Azərbaycan tarixi” kafedrası, 0.5 müəllim.
  • 08.1999-12.05.2000 Naxçıvan Dövlət Universitetinin  “Azərbaycan tarixi” kafedrası, tam ştat müəllim.
  • 05.2002-05.06.2006 Naxçıvan Dövlət Universitetinin  “Azərbaycan tarixi” kafedrası, baş müəllim.
  • 06.2006-01.11.2008 Naxçıvan Dövlət Universitetinin“Azərbaycan tarixi” kafedrası, dosent.
  • 05.2011-01.02.2017 Naxçıvan Dövlət Universitetinin  “Azərbaycan tarixi” kafedrası, 0.5 ştat dosent.
  • 07.2000-02.01.2003 Naxçıvan Regional Elmi Mərkəzinin   “Arxeologiya və etnoqrafiya şöbəsi, 0.5 ştat Elmi işçi.
  • 09.2006-08.02.2007 Naxçıvan Özəl  Universitetinin  “Humanitar elmlər” kafedrası, müəllim.
  • 02.2007-01.09.2007 Naxçıvan Özəl  Universitetinin  İqtisadiyyat fakültəsi, dekan müavini.
  • 09.2007-01.11.2008 Naxçıvan Özəl  Universitetinin  Pedaqoji fakültəsinin dekanı.  ict. əsas. “Humanitar elmlər” kafedrası, müdir.
  • 11.2008-01.10.2014 Naxçıvan Özəl  Universitetinin  Tədris və elmi işlər üzrə prorektor ict. əsas. “Humanitar elmlər” kafedrası, müdir.
  • 10.2014-2017 “Naxçıvan”  Universiteti, Tədris işləri üzrə prorektor.
  • Dekabr 2017 Azərbaycan Dillər Universitetinin  Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi, dekan.

Tədqiqat sahəsi və bildiyi xarici dillər

  • Vətən tarixi -Azərbaycanın tarixi demoqrafiyası;XIX-XX əsrlər Azərbaycanın Naxçıvan, İrəvan və Zəngəzur bölgələrinin siyasi tarixi, ictimai-iqtisadi və mədəni həyatı, əhali məsələləri, soyqırım , deportasiya və mirasiyalar və s.
  • Rus-dili, İngilis-dili (orta səviyyədə)

Respublika və Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

  1. Naxçıvan: Tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri (9-16 iyun 2006-cı il) Beynəlxalq simpozium – Naxçıvan .
  2. Санкт-Петербургский Государственный Университет. XXV Международная конференция. «Востоковедение и Африканистика в диалоге цивилизаций» 22-24 апреля 2009г. Санкт-Петербург.
  3. Naxçıvan: İlk yaşayış və şəhərsalma yeri kimi ( 20-24 iyul 2011-ci il ) Beynəlxalq simpozium.
  4. Azərbaycanın II Dünya müharibəsində və Qafqazda holkostun önlənməsində rolu (17-19 oktyabr 2012-ci il ) Beynəlxalq simpozium – Naxçıvan.
  5. Naxçıvanın Muxtariyyəti tarixi nailiyyətdir (04-05 iyul 2014-cü il) Beynəlxalq konfrans – Naxçıvan.
  6. Uydurma erməni soyqırımı: yalanlar,iftiralar,Türk-müsəlman soyqırımı:Faktlar,həqiqətlər (2015-ci il) Beynəlxalq konfrans – Bakı.
  7. Türk – ermeni ilişkilərinin Bölgesel Politikalara etkisi (19. Yüzyıldan günümüze) Uluslararası sempozium. Bildiriler 12-14 Mayıs 2016/ Bitlis.
  8. Приоритетные направления актуальных проблем общественных наук. Украина, Одесса 20-21 октября 2017г.
  9. Haydar Aliyev ve Türk Dünyası. 13-14 Nisan 2018. Uluslararası sempozium. Erzurum/ Türkiye.
  10. Sosyal, siyasi ve ekonomik gelişmeler ışığında bağımsız Azerbaycan. 16 Nisan 2018. Uluslararası konferans. Erciyez/Türkiye.
  11. Tarixi ipək yolu və Naxçıvanın iqtisadi mədəni əlaqələrinin inkişafı məsələləri. 16-17 oktyabr 2015-ci il. Beynəlxalq İpək Yolu konfransı – Naxçıvan.
  12. Hayali Ermenistan ve soykırım hikayesi: uluslararası tarih sempoziumu. 2001 Kars/Türkiye.
  13. Uluslararası Türk-Ermeni tarih ve kültür sempoziumu bildirileri. 27-28 Kasım 2001 Ankara/Türkiye.
  14. Stop separatism, invasion and terrorism! İravan 100 years: historical truths and international relations. İnternational Dialogue and development alliance. Stockholm 2018.(davamı Bakı şəhərində).

Beynəlxalq kurslar, görüşlər, treyninqlər və layihələrdə iştirakı

  1. Qafqaz Universitetlər Birliyinin Universitetlərarası imzalanma törəni. 2011-ci il may Ərdahan, Qars, İstanbul/Türkiye.
  2. EURAS – 5th May, 2014 Dubai.
  3. Şimali Kipr Türk Cumhuriyyəti – təhsilin yeni istiqamətləri və idarə olunması – Yay məktəbi (2 həftəlik) 2013-cü il Mağusta/Kipr.
  4. KÜNİB – təhsil sərgiləri. İstanbul-2014, Ankara-2015, Bakı-2016, Bakı-2018.
  5. TQDK-nın 2009-2017-ci illərdə keçirdiyi treyninqlər.
  6. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən treyninqlər 2010, 2012, 2014, 2015.

Çap olunmuş əsərləri

I. Proqram  və monoqrafiyaları

  • Naxçıvan əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair (1828-1920-ci illər) Bakı: Elm, 2007, 175 s.
  • Azərbaycan tarixinin tədrisində tələbələrdə tədqiqatçılıq bacarığının inkişaf etdirilməsinin formaları və metodları (Həmmüəllifli E.D.Zamanov) metodik vəsaiti Naxçıvan, 2008
  • Azərbaycanın tarixi-demoqrafik vəziyyəti: İrəvan bölgəsi üzrə (XIX – XX əsrin əvvəlləri) Magistr hazırlığı üçün, Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurası Tarix bölməsinin 21 may 2009-cu il 13 saylı protokolu ilə təsdiq edilmişdir. AzTU-nun mətbəəsi. H.Cavid pr.25. Bakı: 2009, 15 s.
  • Azərbaycanın tarixi demoqrafik inkişafı (ən qədim zamanlardan müasir dövrədək) Naxçıvan, 2009
  • Azərbaycan tarixinin aktual problemləri fənni üzrə proqram (XIX-XX əsrlər), “Naxçıvan” Universitetinin “27 fevral 2015-ci il tarixli Elmi Şurasının qərarına əsasən çap olunmuşdur (protokol №6). Naxçıvan 2016
  • Tarixi tədqiqatların metod və metodologiyası fənni üzrə proqram, Naxçıvan 2016
  • Azərbaycanın İrəvan Bölgəsi: sosial-iqtisadi və siyasi tarixi XIX-XX əsrin əvvəlləri, Bakı: Turxan, 2017, 400 s.

II. Seçilmiş elmi məqalələri

  • Rusiya işğalından sonra Azərbaycanda dəyişikliklər, Azərbaycan Respublikası Təhsil Nazirliyi Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər (Humanitar seriya) №5, NDU “Qeyrət” nəşriyyat, Naxçıvan, 1999, 134-135
  • XX əsrin əvvələrində ermənilərin Naxçıvan ərazisində törətdikləri soyqırım, Naxçıvan İctimai-siyasi ədəbi-bədii, elmi-publisistik jurnal” “Əcəmi” nəşriyyatı №5 Naxçıvan 2001, s.65-68
  • XIX əsrdə Naxçıvanda Etnodemoqrafik proseslər, AMEA-ı akad. H.M.Abdullayev adına Naxçıvan regional elmi mərkəzi, Naxçıvan regional elmi mərkəzinin əsərləri, VI buraxılış, Naxçıvan, 2001,s.155-160
  • Azərbaycanın Zəngəzur bölgəsinin əhalisinin say dinamikası və yerləşməsi, Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər (Xüsusi buraxılış) №8, NDU “Qeyrət” nəşriyyat, Naxçıvan, 2001, s.89-91
  • Ermenilerin Nahçivan’da gerçekleşdirdikleri soykırım(1918-1920), T.C. Kafkaz Üniversitesi, Nahçivan Devlet Üniversitesi-Azərbaycan, Hayali Ermenistan ve soykırım hikayesi (Uluslararası Tarih Sempozyumu Bildirileri), Kars, 2001, s.90-99
  • Ermenilerin Nahçivan’da yaptıkları soykırım ve Türkiye’nin yardımı (1918-1920), IĞDIR VALİLİĞİ BÜLTENİ, Iğdır, ocak-şubat 2002, s.6
  • Naxçıvan bölgəsinin əhalisinin say dinamikası və yerləşməsinə dair (1828-1920-ci illər), Bakı Dövlət Universiteti, Dünya azərbaycanlıları: tarix və müasirlik, I buraxılış, Bakı 2003, s.52-56
  • Azərbaycanın transqafqaz mübahisəli ərazi problemlərinin diplomatik vasitələrlə həlli, AMEA Naxçıvan regional elm mərkəzi, Naxçıvan regional elm mərkəzinin əsərləri, Bakı “Elm”, 2003, s.93-96
  • Naxçıvan bölgəsinə köçürülən ermənilərin yerləşdirildikləri ərazilərdəki etno-demoqrafik vəziyyət, Naxçıvan Dövlət Universiteti. AMEA-nın Naxçıvan bölməsi. Naxçıvan MR – 80 (ictimai və humanitar elmlər seriyası).Xüsusi buraxılış. Naxçıvan: Qeyrət, 2004, №12, s. 46-48
  • 1918-1920-ci illərdə Naxçıvan və çevrəsində erməni zülmünün doğurduğu demoqrafik fəlakət, Naxçıvan, İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal. Naxçıvan: Əcəmi, 2005, s.84-94
  • Azərbaycanın Zəngəzur bölgəsində əhalinin say dinamikası və yerləşməsi, Naxçıvan Dövlət Universitetinin xəbərləri, Naxçıvan: Qeyrət, 2005, №16, s. 89-91
  • Ermənilərin Naxçıvan bölgəsinə köçürülməsi və əhalinin say dinamikasında baş vermiş dəyişikliklər, Naxçıvan: Tarixi gerçəlik, müasir durum, inkişaf perspektivləri. (9-10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpoziumum materialları). Bakı: Təhsil, 2006, s.282-291
  • Çar Rusiyasının Azərbaycan ərazilərinə erməniləri köçürmək siyasəti (Naxçıvan bölgəsi XIX – əsr), Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi. Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi. Əmək və Sosial Problemlər, Elmi əsərlər toplusu, IV buraxılış. Bakı: 2007,  №1(4) s.180-187
  • Rus çarizminin Azərbaycan ərazilərinə köçürmə siyasəti və onun mahiyyəti, Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan: Qeyrət, 2007, № 2 (22) s.37-41
  • Naxçıvan Muxtar Respublikası əhalisinin say dinamikası, yerləşməsi və etnik tərkibi, Naxçıvan Muxtar Respublikasının yaranması: Tarix və müasirlik. (8 fevral 2007-ci ildə keçirilmiş elmi praktik konfransın materialları). Bakı: Nurlan, 2007. s.95-105
  • XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Naxçıvan bölgəsinin sosial-iqtisadi vəziyyəti, Naxçıvan, İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal. Naxçıvan: Əcəmi, 2009, № 19, s. 82-90
  • Erməni xəyanəti tarixi faktların dili ilə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi “XƏBƏRLƏR” ictimai və Humanitar elmlər seriyası. №1 Naxçıvan, “Tusi”, 2009, s.73-76
  • Вытеснение тюрок-азербайджацев с исторических земель Западного Закавказья в современной национальной историографии Азербайджана, Санкт-Петербургский Государственный Университет. Восточный факультет. XXV международная конференция.«Востоковедение и Африканистика в диалоге цивилизаций». 22-24 апреля 2009. Тезисы докладов.Санкт-Петербург: 2009.cтp, 190-191
  • Покровительство царской Росии Армянам в Азербайджане в 1828-1920гг. Крымский научный центр национальной Академии наук и министерства образования и науки Украины Таврический национальный Университет им. В.И.Вернадского межвузовский центр «Крым». Культура народов причерноморья. İSSN 1562-0808 Научный журнал. 2009 г., № 161, c.166-168
  • Об этнодемографическом положении эриванской губернии в конце XIX в. Крымский научный центр национальной Академии наук и министерства образования и науки Украины Таврический национальный Университет им. В.И.Вернадского межвузовский центр «Крым». Культура народов причерноморья. İSSN 1562-0808 Научный журнал Т. 1, 2009 г. №174, 310 стр. c.197-198
  • İnzibati ərazi vahidlərimizin strateji yeri, əzəli Azərbaycan torpağı İrəvan, Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri  Naxçıvan:   Məktəb, 2009, № 2 (18), s.58-61
  • Zəngəzurun qərb hissəsinin ermənistana verilməsi (XX yüzilin əvvəlləri), Yol bilim kültür araştırma dergisi. Nahçıvan özel sayısı. Marmara sokak Yenişehr/Ankara: 2009, № 48/1, s.284-286
  • İrəvan bölgəsinin inzibati ərazi bölgüsündə baş vermiş dəyişikliklər, Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, Tarix və ictimai elmlər seriyası. Naxçıvan: Qeyrət, 2010, № 1 (29), s.131-135
  • İrəvan bölgəsində azərbaycanlıların soyqırım və deportasiyası, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası. Naxçıvan: Tusi,  2010, № 1, s.84-89
  • “Abbasabad qalası” , Dövlət və Din. Ictimai fikir toplusu 2011. 5 (25)
  • Naxçıvan və İrəvanın qədim əhalisi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi (20-24 iyul 2011-ci ildə keçirilmiş beynəlxalq simpoziumum materialları). Naxçıvan: Əcəmi, 2012, s.344-347
  • Cənubi Qafqazda fevral inqilabından sonra ictimai-siyasi vəziyyət, Naxçıvan Dövlət Universiteti.İSSN 2224-0829 . “Elmi əsərlər”. İctimai elmlər seriyası. Naxçıvan: Qeyrət, 2012, № 2 (47), s.25-28
  • Tarixi ipək yolu və qədim Azərbaycan torpaqları, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi. İncəsənət, Dil və ədəbiyyat İnstitutu. Axtarışlar. Elmi toplu. Naxçıvan: 2012, № III (5), s.147-151
  • “Cənubi Qafqazda Fevral inqilabından ictimai-siyasi vəziyyət” , Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. İctimai elmlər seriyası №2 (47), Naxçıvan, NDU- “Qeyrət”,2012, s.25-28
  • II Dünya müharibəsinin sonlarında Stalinin erməni- Qriqorian kilsəsini dirçəltməsi və onun Azərbaycana qarşı təxribatlar, Azərbaycanın II Dünya müharibəsində və Qafqazda holokstun önlənməsində rolu mövzusunda Beynəlxalq simpoziumda (17-19 oktyabr 2012-ci il, Bakı) təqdim edilmiş məruzə və tezislər. Bakı: Elm, 2013, s.18-20
  • Milli birlik və milli oyanışa həsr olunmuş ömür”, NDU. Heydər Əliyev Dövlətçilik təliminin işıqları “Elmi əsərlər”in “İctimai elmlər” seriyası xüsusi buraxılış №1 (50), Naxçıvan- 201,s.101-103
  • “Azərbaycanşünaslıq məsələlərində Heydər Əliyev amili”, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi xəbərlər (xüsusi buraxılış), Naxçıvan – 2013, s.69-73
  • “Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ümummilli Liderin rolu”, Naxçıvan Müəllimlər İnstitutu XƏBƏRLƏRİ cild 9.N 4 2013 . Naxçıvan 2013, s.49-52
  • “Vətən tarixinin Məmməd Araz harayı”, Məmməd Araz: taleyi və sənəti “məqalələr məcmuəsi” Əcəmi nəşriyyatı, Naxçıvan- 2014, s.125-131
  • Naxçıvanın ərazi muxtariyyət məsələsi beynəlxalq konteksdə, Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, İctimai elmlər seriyası. Naxçıvan: Qeyrət, 2014, № 2 (58), 39-45
  • Tarixi Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi və miqrasiyalar (XIX-XX əsrin əvvəlləri), Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi – Xəbərlər. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: Tusi, 2014, Cild 10, № 1, s.53-59
  • İrəvanın ermənilərə verilməsi və bölgədə erməni dövlətinin yaradılması prosesi, “Naxçıvan” Universitetinin Elmi əsərləri. Naxçıvan, NUH, 2015, № 1(1), s.222-228
  • İrəvan şəhərinin tarixinə, maddi-mənəvi irsinə qarşı zorakı siyasət – soyqırım, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi. İncəsənət, Dil və ədəbiyyat İnstitutu, Axtarışlar,  Elmi toplu   Naxçıvan: 2015, № 1, s.136-142
  • Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi prosesi, tarixi yanlışlıq: Naxçıvan məsələsi siyasi – diplomatik hədəflərdə, Naxçıvan MR, Naxçıvanın Muxtariyyət tarixi nailiyyətdir. (04-05 iyul 2014-cü ildə keçirilmiş beynəlxalq konfransın materialları), Naxçıvan: Əcəmi, 2015, s.75-80
  • Naxçıvan ərazi bütövlüyünün qorunması uğrunda hərbi-siyasi, diplomatik mübarizə, Azərbaycan Universiteti AMEA A.A.Bakıxanov adın Tarix İnstitutu “Gənclərin elmi araşdırmalarına dəstək” ictimai birliyi, “Səs” media qrupu. “Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; Türk-müsəlman soyqırımı: Faktlar, həqiqətlər” mövzusunda II Beynəlxaq elmi konfrans. Bakı: 2015, s.96-102
  • Naxçıvan və İrəvan bölgələrində azərbaycanlı əhaliyə qarşı törədilən soyqırım cinayətləri tarixi sənədlərdə, Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, İctimai elmlər seriyası . Naxçıvan: 2015, № 6 (71), s.15-22
  • XIX əsrin əvvəllərində Cənubi Qafqazda geosiyasi vəziyyət və İrəvan xanlığının Rusiya tərəfindən işğalı, “Naxçıvan” Universitetinin Elmi əsərləri, Naxçıvan: Nuh, 2016, № 1(2), s.5-20
  • Nəsrəddin Tusinin ictimai-siyasi və elmi fəaliyyətinin bəzi məqamlarına dair, Nəşrdə, 2016
  • “Kitabi- Dədə Qorqud” dastanında vətən tarixinin izləri, AMEA-nın Naxçıvan bölməsi,nəşrdə 2016
  • Rusiya işğalından sonra İrəvan bölgəsinin idarəçiliyi, Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, İctimai elmlər seriyası.  Naxçıvan: Qeyrət, 2016, № 5 (79), s.63-71
  • XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində İrəvan bölgəsinin iqtisadi həyatı (I məqalə), “Naxçıvan” Universitetinin Elmi əsərləri, Naxçıvan: Nuh, 2016, № 2(3), s.143-153
  • Naxçıvan və İrəvan qalalarının Çar Rusiyasına qarşı müqavimət hərəkatı, AMEA-nın Naxçıvan bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: Tusi, 2017, № 1,Cild 13, s.103-110
  • Military and political situation in the southern caucasus at the beginning of the in nineteenth century and occupation of iravan khanate by Russia, İnternational jornal of middle east studies jornal impact: 0.876 publicher: Cambridge University Rress (CUP). North Carolina State University, USA: CAMBRIDGE Unversiiy Press.VOL 50.ISSUE 3.2018.UK:ISSN:0020-7438;E-ISSN:1471.6380 p 553-565
  • Tarixi Azərbaycan ərazisi İrəvan bölgəsində xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırım siyasəti (I məqalə), “Naxçıvan” Universitetinin Elmi əsərləri. Naxçıvan: NUH, 2017, № 1 (4), s. 211-220
  • İrəvan bölgəsində ermənilərin kütləvi köçürülməsinin ilkin mərhələsi, əhalinin say dinamikasında baş vermiş dəyişikliklər, Azərbaycan Dövlət Pedaqoji Universiteti. Tarix, insan və cəmiyyət. Elmi-nəzəri və elmi-metodik jurnal. İSBN: 90000000006074. 2(17). Bakı: 2017, № 2(17)
  • XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində İrəvan bölgəsinin iqtisadi həyatı. (II məqalə),
  • Naxçıvan Dövlət Universiteti. İSSN 2224-0829. Elmi əsərlər. İctimai elmlər seriyası. Naxçıvan: 2017, №2(83),  67-74
  • XIX yüzilliyin 40-cı illərinin islahatları (İrəvan bölgəsi üzrə), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. İSSN 2520-2014. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası. 2017, c.65, № 2, s.202-212
  • Rusiyanın Cənubi Qafqazda Erməni dövləti yaradılması istiqamətində apardığı məkirli siyasət , Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. İSSN 2520-2014. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası. 2017,  65, №3, s.91-99
  • İrəvanın ermənilərə verilməsi tarixi-siyasi şəraitində imzalanmış bəzi müqavilələrin bu prosesə təsiri, AMEA-nın Naxçıvan bölməsinin Xəbərləri – İctimai-humanitar seriyası – 2017, №3, səh.33-41
  • Batı Azerbaycan topraklarında Rusiya işğalı “Ermeni Devleti kürüalması yönündə gerçekleştirilen askeri-siyasi tedbirler”.Atatürk kültür, Dil və tarih yüksek Kurumu Atatürk Araştırma Merkezi yayınları, Türk-Ermeni ilişkilerinin Bölgesel Politikalara etkisi. (19. Yüzyıldan günümüze) Uluslararası sempoziyumu. Bildiriler 12-14 Mayıs 2016/Bitlis, Ankara: 2017, s.73-90.
  • İrəvan bölgəsində erməni-müsəlman ziddiyyətlərinin ilkin mərhələsi (XIX əsrin sonu – XX əsrin əvvəlləri), “Naxçıvan” Universitetinin Elmi əsərləri. Naxçıvan: NUH, 2017, № 2 (5), s.195-203
  • Передача Эривана армянам и процесс создания в этом регионе армянского государства.Гiлея: науковий вiсник. Збiрник наукових праць. Исторични науки.Философськи науки. полiтичних науки Випуск 125(N-10) Киiв-2017 стр 158-161
  • Çar Rusiyasının Cənubi Qafqazda köçürmə siyasətinin tarixi-siyasi aspektləri (İrəvan bölgəsi üzrə), AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi əsərləri, Bakı: 2017, cild 68. s.38-49
  • Qərbi Azərbaycanın İrəvan bölgəsində məktəb, təhsil və elm. (XIX əsr), “Naxçıvan” Universitetini Elmi əsərləri. Naxçıvan: NUH, 2017, № 3 (6). səh.161-170
  • Creation and ruling system of provincial structure in historical Azerbaijani and İravan, Pakistan
  • Последующие этапы и завершение оккупации Иреванской области Россией, Международная научно-практическая конференция «Фриоритетные направления Актуальных проблем Суспильних наук» Одесса, 20-21 Жовтня  2017 р.стр 44-48
  • İrəvan bölgəsinin tarixinə ümumi nəzəri baxış: Rusiyanın işğal siyasətinin ilk mərhələləri, Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, İctimai Elmlər seriyası, , Naxçıvan: Qeyrət, 2018, № 2/91.səh.80-84.1 cild
  • XIX yüzilliyin 30-90-cı illərində İrəvan bölgəsində əhalinin say dinamikasında dəyişmələr, köçürülmüş ermənilərin coğrafi yerləşdirilməsi, Azərb.Döv.Pedoqogi Univer.Xəbərlər
  • İrəvan ədəbi-mədəni mühiti XIX-XX əsrin əvvəllərində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası. 2018, c.66, № 1,s. 148-157
  • İrəvan quberniyasının inzibati vahidlərində Azərbaycanlı əhaliyə qarşı ermənilərin planlı şəkildə hazırladıqları soyqırım və deportasiyaların ilkin mərhələləri (I məqalə), Bakı Universitetinin Xəbərləri.  Humanitar, elmlər seriyası . 2018, № 2,s.171-182

 

 

 

Fakültənin FACEBOOK səhifəsi

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 7 sentyabr 2001-ci il tarixli iclasının qərarına və rektorun 19 oktyabr 2001-ci il tarixli əmrinə əsasən  “Avropaşünaslıq və beynəlxalq münasibətlər” fakültəsi təşkil edilmişdir. İlkin olaraq fakültəyə “Qərbşünaslıq” , “Tarix”, “Riyaziyyat və informatika”, “İngilis dilinin leksikası və ölkəşünaslıq” kafedraları təhkim edilmişdir. Fakültənin imkanlarını, eləcə də gələcək kadr hazırlığı potensialını yüksəltmək məqsədi ilə 2001-ci ilin oktyabr ayında  müvafiq olaraq “İtalyan və ispan dilləri” və “Beynəlxalq münasibətlər” kafedraları yaradıldı.

2000-2001-ci tədris ilində  “ingilis dili üzrə” avropaşünaslıq ixtisasına 47 tələbə qəbul olmuşdur. Onlardan 29 nəfəri azərbaycan, 18 nəfəri isə rus bölmələrində təhsil almışdırlar. 2001-2002-ci tədris ilindən etibarən fakültəyə qəbul artırılmış və “avropaşünaslıq” ixtisası üzrə istiqamətlər ingilis dili ilə yanaşı, alman və fransiz dilləri üzrə də aparılmış, eləcə də “beynəlxalq münasibətlər istiqaməti” üzrə 31 nəfər tələbə qəbul edilmişdir. Bütövlükdə isə qeyd edilən tədris ilində fakültəyə 79 nəfər tələbə qəbul olmuşdur. 2002-2003-cü tədris ilində qəbul olunan tələbələrin sayı “avropaşünaslıq” istiqamətləri üzrə 47 nəfər,  “beynəlxalq münasibətlər ”istiqaməti üzrə  isə 20 nəfər təşkil etmişdir. 2003-2004-cü tədris ilində “avropaşünaslıq” ixtisası daxilində hər üç istiqamət üzrə  cəmi 46 nəfər, “beynəlxalq münasibətlər” ixtisası üzrə isə 20 nəfər qəbul edilmişdir. Qeyd edilən ixtisaslarla yanaşı yeni yaradılmış “amerikaşünaslıq” ixtisasına isə 29 nəfər tələbə qəbul olunmuşdur. Beləliklə yaradıldığı müddətdə ilk dörd kurs üzrə fakültədə üç ixtisasda 288 nəfər tələbə təhsil almışdır.

2009-2010-cu tədris ilində fakültənin inkişaf tarixində ali təhsilin ikinci pilləsi olan magistratura xüsusi yer tutmağa başladı. İxtisas proqramlarının metodiki və kadr təminatı üzrə hazırlıq işləri tamamlandıqdan sonra 2002-2003-cü tədris ilindən başlayaraq magistratura təhsil pilləsi üzrə ixtisas proqramlarına  qəbul həyata keçirilməyə başlanmışdır. Fakültədə ilk dekan vəzifəsini dosent Yasif Mürşüdov icra etmişdir. 2006-cı ildən 2013-cü ilədək fakültədə dekan vəzifəsində Əliyev Məcid İbad oğlu çalışmışdır. 05 iyul 2013-cü il 1/156 saylı əmrlə Nağıyev Anar Rüstəm oğlu Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinə dekan vəzifəsinə seçilmişdir və 2017-ci ilədək bu vəzifədə çalışmışdır. 22 fevral 2017-ci il 1/63 saylı əmrlə  Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Həmidov Samir Sabir oğlu təyin olunmuşdur. 22 dekabr 2017-ci il tarixdə seçki yolu ilə seçilmiş 1/577 saylı əmrlə fakültə dekanı vəzifəsinə Kazımbəyli İbrahim Feyzulla oğlu təyin edilmişdir.

2017-ci ildən etibarən fakültənin yeni ixtisaslarına uyğun olaraq Elmi Şuranın 12.09.17 tarixli qərarına əsasən fakültənin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi adlandırılmışdır. Hazırda fakültə nəzdində 2 istiqamət üzrə 20 ixtisas, 6 kafedra, 8 mərkəz fəaliyyət göstərir. Fakültənin hal-hazırda 938 tələbəsi var. Fakültə universitetin bütün beynəlxalq əlaqələrinin günü gündən genişlənən çoxşaxəli layihələrində yaxından iştirak edir. Fakültə öz işini 2015-2020-ci illərdə nəzərdə tutulan strateji planlaşdırma layihəsinin Tədbirlər planına uyğun qurur. Sənəddə ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Strateji Planlaşdırması prosesinin Azərbaycan Təhsil Nazirliyinin strateji planlaşdırması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2009-2013-cü illər üçün Təhsil üzrə Dövlət Proqramı və Təhsilin İnformasiyalaşdırılması haqda Dövlət Proqramına və təhsilin inkişafı üzrə Dövlət Strategiyasına, həmçinin Boloniya Bəyannaməsinin tələblərinə uyğun şəkildə hazırlanması üzrə təkliflər öz əksini tapmışdır. Biz təhsil və elmlə bağlı dövlətin və hökümətin bütün derektiv sənədlərini əsas götürürük. Yaxın zamanlarda ölkə başçısının təhsillə bağlı daha bir mühüm 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı ilə bağlı (2018-ci il 16 noyabr) Sərəncamı təsdiq olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci  illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət Proqramının davamı kimi bu yeni, çox vacib Dövlət Proqramının icrasını Universitetimizin və Fakültəmizin strateji planlaşmasına daxil edərək, Dövlət Proqramlarına mövcud sənədlərə və Universitet rəhbərliyinin müəyyən etdiyi təhsil siyasətinə uyğun işlərimizi qururuq.

Strateji inkişaf proqramı çərçivəsində fakültədə aşağıdakı istiqamətlər üzrə islahatlar aparılması planlaşdırılır:

  • Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsi üzrə (ixtisaslar üzrə) təhsilin məzmununun və təlimdə istifadə olunan texnologiyaların təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırılması;
  • Tədris planı və proqramlarının, təhsil resurslarının, müasir dövrlə səsləşən fənn proqramlarının, yeni təlim və informasiya texnologiyalarının tətbiqini şərtləndirən elmi-metodiki tövsiyələrin hazırlanması;
  • Fakültənin strukturunun, onun idarə olunması sisteminin müasir tələblər baxımından yenidənqurulması – modernləşdirilməsi;
  • Fakültədə keyfiyyətin təmin olunması sahəsində mühüm addımlar atılması, fakültədəki kafedraların reytinqini müəyyənləşdirən yeni sistemi – kriteriyanın hazırlanması;
  • Tələbələrin biliyinin qiymətləndirilməsi sistemini Avropa Kredit Transfer sisteminin tələblərinə uyğunlaşdırılınası, müəllimə inamın qaytarılması sahəsində əməli tədbirlərin görülməsi;
  • Kafedraların kadr potensialının daha da gücləndirilməsi, kafedraların və kadrların mütəmadi olaraq attestassiyadan keçirilməsi üçün işlək mexanizmin hazırlanması;
  • Kafedraların professor-müəllim heyətinin ölkə daxilində və xarici ölkələrdə ixtisaslarının artırılması üçün, treninqlərə göndərilməsi üçün əməli tədbirlərin görülməsi;
  • Fakültədə elmi-tədqiqat işlərinin müasir tələblər istiqamətində inkişaf etdirilməsi, Tələbə Elmi Cəmiyyətinin işinin gücləndirilməsi;
  • Xarici universitet və fakültələrlə əlaqələrin yaradılması, professor-müəllim, tələbə mübadiləsi proqramlarının işlənib hazırlanması;
  • Fakültənin maddi-texniki bazasının müasirləşdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilməsi, yeni mərkəz­lərin, elmi tədqiqat, treyninq mərkəzlərinin yaradılmasına nail olmalı, tədrisin tədqiqat yönümlülüyünü təmin etməli;
  • Fakültənin inkişafı üçün yeni maliyyə mənbələri tapmalı, fakültə-məzun, fakültə-valideyn şuraları yaradılmasına nail olmalı, alternativ maliyyə formaları sistemi yaradılmasına çalışmalı.

Strateji inkişaf proqramından gözlənilən nəticələr

Strateji inkişaf proqramının yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

  • Fakültədə əmək bazarının tələblərinə, beynəlxalq standartlara uyğun kadr hazırlığı təmin ediləcək;
  • Fakültədə təhsilin tədris-metodiki təminatı modernləşdiriləcək;
  • Fakültədə dərslər interaktiv təlimi təmin edən yeni metodikalar əsasında təşkil olunacaq;
  • Dərslərin təşkilində informasiya texnologiyalarının tətbiqindən geniş surətdə istifadə olunacaq;
  • Baloniya prosesinin tətbiqini təmin edən tədris-metodiki vəsaitlər hazırlanacaq;
  • Baloniya prosesinin müddəalarına uyğun vahid treyninqlər tətbiq ediləcək;
  • Kredit sisteminin tətbiqi ilə bağlı maarifləndirmə işi təmin ediləcək;
  • Fakültədə tədrisin keyfiyyəti yüksələcək;
  • Xarici dil sahəsində fakültə beynəlxalq tələblərə cavab verən tədris sənədləri ilə təmin ediləcək;
  • Fakültənin idarə edilməsində tələbələrin geniş iştirakı təmin olunacaq;
  • Fakültə daxili şəbəkənin yaradılması təmin ediləcək;
  • Fakültənin beynəlxalq əlaqələri güclənəcək;
  • Müasir tələblərə cavab verən qiymətləndirmə və nəzarət mexanizmi yaradılacaq;
  • Fakültədə tədrisin təşkili Avropa Kredit Transfer sisteminin tələblərinə uyğun qurulacaq;
  • Müəllim tələbə mübadiləsi sahəsində fakültənin imkanları genişləndiriləcək;
  • Fakültə haqqında məlumatlanma prosesi müasir texnologiyalar əsasında qurulacaq;
  • Fakültədə tələbələrin tədrisdə fəal iştirakı təmin olunacaq;
  • Fakültədə kadrların fəaliyyətinin qiymətləndirilməsinin yeni mexanizmi yaranacaq;
  • Fakültənin kafedralarında müasir tələblərə cavab verən kadr potensialı formalaşacaq;
  • Fakültənin məzunlarının əmək bazarında işlə təmin olunma imkanları artacaq;
  • Fakültədə funksional idarəetmə modelini həyata keçirən təhsil idarəçiləri formalaşacaq;
  • Fakültənin elmi-pedaqoji potensialından səmərəli istifadə təmin olunacaq;
  • Fakültənin özünün ölkədaxili və beynəlxalq nüfuzu artacaq;
  • Fakültənin elmi-tədqiqat sahəsində beynəlxalq əməkdaşlıq imkanları artacaq;
  • Fakültədə təhsilin məzmununun müasirləşdirilməsi üçün maddi-texniki baza yaxşılaşdırılacaq;
  • Fakültədəki kafedralar, elmi-tədqiqat laboratoriyaları müasir tipli avadanlıqlarla təchiz olunacaq;
  • Fakültədə müasir tipli təlim texnologiyaların tətbiqi və zəruri avadanlıqların təchizi fakültədə idarəetmənin səmərəliliyini artıracaq;
  • Fakültədə tələbələrin zəruri informasiya əldə etmək imkanları genişlənəcək və sürətlənəcək;
  • Fakültədə “fund-raising” sistemi yaranacaq;
  • Fakültənin maliyyələşmə mexanizmi təkmilləşəcək.

 

Kazımbəyli İbrahim Feyzulla oğlu

Tarix elmləri doktoru, dosent

Dekan

Beynəlxalq münasibətlər kafedrasının dosenti

E-mail:  [email protected]

 

 

 

 

Məmmədov Əli Səyyad oğlu

Dosent

Dekan müavini

E-mail: [email protected]

 

 

 

 

 

Məmmədov Ramin Bəxtiyar oğlu

Dekan müavini

 

 

 

 

 

Abbasov Asif Muxtar oğlu

Dekan müavini

E-mail: [email protected]

 

 

 

 

 

Alməmmədova Şəbnəm Eldar qızı

Tyutor

E-mail: [email protected]

 

 

 

 

 

 

Məmmədli Sona Allahqulu qızı

Tyutor

E-mail: [email protected]

 

 

 


Gülməmmədova Aytən  Mürvət qızı

Tyutor

E-mail: [email protected]

 

 

 

 

Həsənova Aynur Fərman qızı

Assistent

E-mail: [email protected]

 

 

 

 

 

Məmmədova Əfsanə Sarif qızı

Assistent

E-mail: [email protected]

 

 

 

 

 

Qurbanova  Mehriban Pəhlivan qızı

Tyutor

E-mail: [email protected]

 

 


Abbasova Lamiyə Mahir qızı

Assistent

E-mail: [email protected]

 

 

 

 

 

Məlikova Fəridə İlqar qızı

Assistent

E-mail: [email protected]

 

 

 

 

Zamanova Aytac Zaur qızı

Assistent

E-mail: [email protected]

 

 

 

 

 

Nəsibova Nurlana Tofiq qızı

Metodist

E-mail: [email protected]

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində aşağıdakı kafedralar fəaliyyət göstərir:

Beynəlxalq münasibətlər kafedrası

Regionşünaslıq kafedrası

Fəlsəfə və ictimai elmlər kafedrası

Xarici dillər kafedrası

İnformasiya Texnologiyaları kafedrası

Qafqazşünaslıq kafedrası

2015-2016-cı tədris ilindən başlayaraq ADU-da Magistratura və Doktorantura şöbəsinin yaranmasından sonra digər fakültələrdə olduğu kimi Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsində də ali təhsilin yalnız bir pilləsi üzrə tədrisin təşkili davam etdirilir. Bakalavriatura təhsil pilləsində tədrisin təşkili ilə paralel olaraq fakültənin müxtəlif istiqamətləri üzrə təhsil alan magistratura pilləsindəki tələbələrin tədrisini təşkili bilavasitə fakültə tərəfindən təşkil olunur. 2005-ci ildən etibarən Azərbaycan Respublikasında təhsilin idarə olunması və təşkili prosesi ümum Avropa təhsil məkanının birləşmiş kredit sistemi olan Baloniya prosesinəuyğunlaşdırılmasınabaşlanılması da məhz Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsində başlanmışdır.

Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi iki mühüm istiqamət (Beynəlxalq Münasibətlər və Regionşünaslıq) üzrə 0501213 “Beynəlxalq münasibətlər” və 050211 “Regionşünaslıq” ixtisasları üzrə bakalavriatura pilləsində təhsili təşkil edir.

İxtisaslarımız:

1) Beynəlxalq Münasibətlər

2) Regionşünaslıq (Böyük Britaniya üzrə)

3) Regionşünaslıq (Amerika üzrə)

4) Regionşünaslıq  (Almaniya üzrə)

5) Regionşünaslıq  (Skandinaviya üzrə)

6) Regionşünaslıq  (Qafqaz üzrə)

7) Regionşünaslıq  ( İsrail və Yaxın Şərq üzrə)

8) Regionşünaslıq (Ərəb ölkələri üzrə )

9) Regionşünaslıq (Yaponiya üzrə)

10) Regionşünaslıq  ( Çin üzrə)

11) Regionşünaslıq  (Argentina üzrə)

12) Regionşünaslıq  (Fransa üzrə)

13) Regionşünaslıq  (Mərkəzi və Yaxın Şərq üzrə)

14) Regionşünaslıq  (Hindistan  üzrə)

15)  Regionşünaslıq  (Cənub- Şərqi Asiya və İndoneziya  üzrə)

16)   Regionşünaslıq  (Balkan üzrə)

17)   Regionşünaslıq  (Cənubi Amerika üzrə)

18) Regionşünaslıq  (Rusiya üzrə)

19)  Regionşünaslıq  (Türkiyə üzrə)

20)  Regionşünaslıq  (Afrika üzrə)

 

Bütövlükdə isə fakültədə ali təhsilin birinci pilləsi üzrə 938 nəfər tələbə 91 qrupda birləşdirilərək 20 ixtisas üzrə kadr hazırlığına cəlb edilmişdir.

 

 

Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin Fakültə Elmi Şurasının tərkibi

 

Adı, ata adı, soyadı Vəzifəsi
1 Dos. İ.F.Kazımbəyli Dekan – sədr
2 Dos. Ə.S.Məmmədov Dekan  müavini (şuranın müavini)
3 B/m. E.A.Xudiyeva Xarici dillər kaf.-üzv-elmi katib
4 Dos. A.M.Abbasov Dekan müavini-üzv
5 Prof. Ə.M.Zeynalov Qafqazşünaslıq kaf. müdiri-üzv
6 Dos. S.F.Əliyeva Regionşünaslıq kaf. müdiri-üzv
7 Dos. A.Yusifzadə Beynəlxaql münasibətlər kaf. müdiri-üzv
8 Dos. F.T.İbiyev İnformasiya texnologiyaları kaf. müdiri-üzv
9 Dos. N.R.Seyidova Xarici dillər kaf. müdiri- (dəvətli şəxs)
10 Dos. Ə.M.Abdiyeva Fəlsəfə və ictimai elmlər kaf. müdiri-üzv
11 Dos. B.F.Əliyev Regionşünaslıq kaf.-üzv
12 B/m. S.R.Tağıyeva Fəlsəfə və ictimai elmlər kaf.-üzv
13 Dos. Q.V.Əbdülrəhimova Xarici dillər kaf.-üzv
14 Dos. S.M.Bağırova Fakültə həmkarlar təşkilatının sədri
15 Dos. N.C.Əsədov Beynəlxaql münasibətlər kaf.-üzv
16 S.C.Əliyeva Fakültə Tələbə Gənclər Təşkilatının sədri, tələbə-üzv
17 N.K.Rəhimova Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, tələbə-üzv
18 S.E.Allahverdiyev Fakültə Tələbə həmkarlar təşkilatının sədri, tələbə-üzv
19 L.T.Əhmədzadə Tələbə-üzv

Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin Fakültə Metodik Şurasının tərkibi

      1. Dos. Əli Məmmədov (sədr)
      2. Dos. Fərman Məmmədov
      3. Dos. Namiq Əsədov
      4. Dos. Bəhmən Əliyev
      5. Dos. Sayana Bağırova
      6. Dos. Gönçə Əbdülrəhimova (elmi katib)

Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin nəzdində Xarici dillər kafedrasının beynəlxalq əlaqələri haqqında

2017-2018-ci tədris ilində kafedrada 04.01.2018-ci il tarixindən etibarən Rumın vətəndaşı  Dr. İosefina Batto Blazsani Xarici dil ( Rumın dili ) fənnini tədris edir.

2017-2018-ci tədris ilində kafedrada 04.01.2018-ci il tarixindən etibarən Hindistan vətəndaşı Dr. Sinha Roopali  Xarici dil ( Hind dili ) fənnini tədris edir.

2017-2018-ci tədris ilində kafedrada 31.10.2017-ci il tarixindən etibarən Macarıstan vətəndaşı Dr. Bedecs Laszlo Attila  Xarici dil ( Macar dili ) fənnini tədris edir.

2017-2018-ci tədris ilində kafedrada 14.11.2017-ci il tarixindən etibarən Çin Xalq Respublikasının vətəndaşı Dr. Chen Xiaozhen  İxtisas (Çin) dilı  fənnini tədris edir.

Kafedranın dosenti Orucova Yeganə Məşədi qızı 23 – 25 Mart 2018-ci il tarixlərində Praqa Ixtisasartırma İnstitutu tərəfindən təşkil olunmuş “Publication Activity in EU countries: New Trends and Innovations in WoS and Scopus Journals” ixtisasrtırma layihəsində iştirak etmişdir.

 

Beynəlxalq münasibətlər kafedrasının beynəlxalq əlaqələri haqqında

“Beynəlxalq münasibətlər” kafedrasının  Norveçin Oslo Universiteti ilə beynəlxalq əlaqələri mövcuddur. Belə ki, hər il kafedradan bir neçə müəllim Oslo Universitetinin beynəlxalq yay məktəblərində iştirak etmək üçün göndərilir. Son 3 ildə kafedranın 3 müəllimi Norveçin Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində “Peace Research”, “International politics” , “Scandinavian government and politics”  və ” Humah Rights” kurslarında iştirak etmiş və sertifikatlar almışlar. Layihə 2019-cu ilə qədər davam edəcəkdir.

Argentina səfirliyinin maliyyə dəstəyi ilə kafedranın müəllimi h.ü.f.d. Mehriban Babaxanova  “Argentinanın hüquq sistemi”  adlı dərs vəsaitinin hazırlanması üçün birgə layihədə iştirak edir.

 

Fəlsəfə və ictimai elmlər kafedrasının beynəlxalq əlaqələri haqqında

Belorus Dövlət Universitetinin Fəlsəfə və sosial fakültəsinin  “Tarix və din” adlı konfransda kafedranın dosentləri  Ş.Cabarova,  Ə.Abdiyeva məruzə çıxış etmişlər . Fakültə dekanı dos. Qiqin V.F. və elmi işlər üzrə prorektor Leqçilin A.A.elmi əməkdaşlıq haqqında razılıq əldə olunub. ( Minsk şəhəri, 21 aprel 2017).

Müqəddəs efodiy və Kirill adına teologiya institutunuv elmi işlər üzrə prorektoru Şatravskiy A. ilə elmi əməkdaşlıq haqqında şifahi razılıq əldə edilib ( Minsk şəhəri22 aprel, 2017.

Qazaxstan Respublikası, Karakanda Texniki Universitetinin hər il keçirdiyi Beynəlxalq elmi-praktik konfransda  2016, 2017-ci illərdə kafedranın dosentləri Ə.Abdiyeva və Ş.Cabarova  məruzə ilə çıxış etmişlər.

Belorus Milli  Texniki Universiteti ilə birgə konfrans, dəyirmi masaların keçirilməsi məqsədilə yeni əlaqələr yaradılır.

Region ölkələrinin iqtisadiyyatı ilə bağlı Argentina səfirliyinin maliyyə dəstəyi ilə “Argentina iqtisadiyyatı” dərs vəsaitinin yazılması layihəsində iştirak.

 

İnformasiya texnologiyaları kafedrasının beynəlxalq əlaqələri haqqında

Kafedra əməkdaşları ADU-nun Tempus proqramı çərçivəsində tərafdaş Universitet kimi qoşulduğu ECDL (European Computer Driving Licence) layihəsində  iştirak etmişlər. Layihə çərçivəsində İsveç, İspaniya, Polşa, Litva və Latviya universitetlərində təşkil olunmuş kompüter təlimlərinə qoşulmuş və sertifikatlar almışlar. Hazırda kafedra əməkdaşları ECDL sertifikat imtahanına hazırlaşmaq istəyənlər üçün təlimlər təşkil edir.

 

Regionşünaslıq kafedrasının beynəlxalq əlaqələri haqqında

Kafedranın Oslo Universiteti ilə beynəlxalq əlaqələri var. Regionşünaslıq kafedrasının 7 müəllimi Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak etmiş və sertifikat almışlar. Layihə 2019-cu ilə qədər davam edəcək.

Oslo Universiteti ilə birgə “Norveç cəmiyyəti və mədəniyyəti” və “Norveçin tarixi” kitabları tərcümə olunmuşdur.

Oslo Universiteti ilə birgə 2012-ci ildə ” Tur Xeyerdal və Azərbaycan” adlı  beynəlxalq  konfrans keçirilmişdir.

İzmirin Ege Universitetində, Bursanın Uludağ Universitetində və Kayserinin Ərciyəz Universitetində  Novruzun Elmi izahına həsr olunmuş interaktiv tətbiqi seminar keçirilmişdir.

Argentina səfirliyinin maliyyə dəstəyi və təqdim edilən kitablar əsasında və Argentinanın siyasi sistemi, Argentinanın tarixi, Argentinanın sosial təhlükəsizlik və sosial müdafiə, Argentinada gender məsələləri və s. fənlər üçün dərs vəsaitləri hazırlanacaqdır. “Argentinanın etnoqrafiyası” və  “Argentinanın coğrafiyası” dərs vəsaitləri isə çapa hazırdır.

Kayseridə Erciyəz Universitetində 16.04.2018-ci il tarixində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, Ərzurumda Atatürk Universitetində isə 13.04.2018-ci il tarixində “Heydər Əliyev və türk dünyası” mövzusunda konfranslar keçirilib.

 

Qafqazşünaslıq kafedrasının beynəlxalq əlaqələri haqqında

Azərbaycan  Fransızdilli Müəllimlər Assosiasiyası və Fransada Frankoniya Assosiasiyasının xətti ilə kafedranın müdiri filologiya elmlər doktoru, professor Əsgər Məmməd oğlu Zeynalov 2007, 2013, 2014 və 2015-ci illərdə Fransanın Paris, Bözanson və Arönobl şəhərlərində təkmilləşdirmə kurslarında iştirak etmişdir.

Tiblisi Dövlət Universitetinin müəllimi, prof. Məryəm Marqladze 2018-ci ilin fevral-mart aylarında ADU-nun Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin “Qafqazşünaslıq” kafedrasının tələbələrinə gürcü dilini tədris etmişdir. Bu proses davam edir.

Kafedranın dosenti Şəlalə Bağırova 2017-ci ilin oktyabr ayında Türkiyənin Qars şəhərində keçirilən “I Uluslararası Kafkasya Halk Kültürü Konqresi”ndə iştirak etmişdir.

ADU-da fəaliyyət göstərən Fransa mərkəzi 2017-ci ildə fransız ədibi Hüqonun 215 illik yubileyini keçirmişdir. Bakıda fəaliyyət göstərən Fransa institutunun və Fransız səfirliyinin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə f.e.d. prof. Hüqoşünas alim Ə.M.Zeynalov geniş məruzə ilə çıxış etmişdir.

Kafedranın baş müəllimi  Əlizadə Qəribənin Dubayda nəşr olunan “Web of Scholar”jurnalının 2018-ci il fevral buraxılışında məqaləsi dərc olunmuşdur.

Kafedra müdiri f.e.d. prof. Əsgər Zeynalovun 10-dan artıq kitabı Rusiya, Fransa, ABŞ, Almaniya, İngiltərə, Kanada və Hindistanda işıq üzü görmüşdür.