XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı bilik yarışı keçiriləcək

07 may, 2024

Təhsil-2 fakültəsinin Müəllim və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası fransızdilli tələbələr arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı bilik yarışı elan edir.

Müsabiqənin şərtləri və qiymətləndirmə meyarları:

  • 1 mərhələli bilik yarışması 2 bölmədən ibarətdir;
  • Bilik yarışı maksimal 20 balla qiymətləndiriləcək;
  • Müsabiqədə Təhsil-2 fakültəsinin fransızdilli tələbələri iştirak edir;
  • Xüsusi komissiya tərəfindən tələbələrin işləri qiymətləndiriləcək və ballara əsasən qaliblər müəyyən ediləcək.

Komissiya üzvləri:

f.f.d., b/m Aygün Məqami

b/m Əzizə Məmmədova

b/m Kəmalə Kərimova

b/m Xatirə Qarazadə

Mükafatlar: Toplanan ballara əsasən 1 tələbə I yer, 2 tələbə II yerə, 3 tələbə III yerə layiq görüləcəklər. Hər bir qalib mükafat və diplomla təltif olunacaq.

Bilik müsabiqəsinin keçirilmə tarixi: 13.05.24,  saat 13:30

 

Qeyd: Müsabiqədə iştirak etmək istəyənlər Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasına müraciət etsinlər. Son müraciət tarixi: 10.05.2024-cü il