XƏBƏRLƏR

ADU-nun tələbəsi erməni rəqibini məğlub edərək qalib olub

25 aprel, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) BMR fakültəsinin 363A qrup tələbəsi Anar Məmmədov 19 aprel tarixində Türkiyədə keçirilən qaydasız döyüş üzrə professional turnirdə iştirak edərək qalib olub.

MMA-nın əsas liqalarından olan BFC və TFN-nin birgə təşkil etdiyi professional turnirin final mərhələsində erməni rəqibi Artur Albertyanı məğlub edən Anar Məmmədov I yerə layiq görülüb.

Aprelin 24-də rektoryanı şuranın iclasında ADU-nun rektoru, akademik Kamal Abdulla Anar Məmmədovu qələbəsi münasibətilə təbrik edib, ona dərslərində və peşəkar idman karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, Anar Məmmədov 2 qat dünya çempionu, dünya kubokunun qalibi, Avrasiya çempionu, Avrasiya kubokunun qalibi, 6 qat Respublika çempionu, 3 dəfə Respublika kubokunun qalibidir. Onun professional döyüş rekordu məğlubiyyətsiz 3 qələbədən ibarətdir.