XƏBƏRLƏR

ADU-nun professoru Moskvada işgüzar səfərdə olub

23 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri f.f.d., professor Ülfət İbrahim 16-21 aprel tarixində Moskva şəhərində işgüzar səfərdə olub. O,  Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetinin dəvəti ilə “İşgüzar və peşəkar ünsiyyət dilinin linqvodidaktikası və dilçiliyin aktual problemləri” adlı beynəlxalq konfransında iştirak edib.

Tədbirdə Rusiyanın nüfuzlu ali təhsil müəssisələrinin 400-dən artıq tədqiqatçıları ilə bərabər dünyanın 14 ölkəsindən (Azərbaycan, İtaliya, Serbiya, Çin, Böyük Britaniya, Hindistan, İraq, Çili, Qazaxıstan, Ekvador, Türkmənistan, Belarus və s.) peşəkar mütəxəssislər iştirak ediblər.

Bildirilib ki, konfransın işi müxtəlif bölmələrdə davam edib.

Həmçinin, aprelin 19-u və 20-i tarixində professor Ülfət İbrahimin aprelin Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetinin “İqtisadiyyat” fakültəsinin fransız dili öyrənən II, III kurs bakalavr tələbələrinə işgüzar fransız dilinin leksik və yazı xüsusiyyətləri mövzusunda ustad dərsləri keçirilib.

 ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetinin İqtisadiyyat fakültəsinin Xarici dillər kafedrası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, universitetlərin gələcəkdə müəllim-tələbə və elmi-metodik sahədə mübadiləsi nəzərdə tutulur.