XƏBƏRLƏR

Venesuelanın müstəqillik gününə həsr olunmuş tədbir keçilib

22 aprel, 2024

Azərbaycan Dillər Universiteti İspan dili Mərkəzi ilə Venesuela Bolivar Respublikası arasındakı əməkdaşlıq çərçivəsində Venesuela xalqı üçün önəmli olan tarixi günün  - Venesuela Republikasınınn müstəqillik gününün 214 cü ildönümünə həsr olunmuş tədbir keçilib.
Tədbirdə Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Martinez Berroteran, səfirlikdə istehsalat təcrübəsi keçən tələbələr və Tərcümə fakültəsinin İspan dili ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan səfir bu günün xalqı üçün nə qədər xüsusi olduğunu bir daha qeyd edib.
Daha sonra istehsalat təcrübəsi keçən tələbələr bu yolda Venesuela xalqının keçdiyi tarixi yol haqqında təqdimatla çıxış ediblər.
Sonda səfir ona verilən sualları cavablandırıb.