XƏBƏRLƏR

ADU-nun təcrübəçi tələbələri tərəfindən "Zəfərimiz dillərdə " adlı tədbir keçirilib

22 aprel, 2024


Azərbaycan Dillər Universitetinin M. Hüseynzadə adına 19 saylı tam orta məktəbdə təcrübədə olan Təhsil -2 fakültəsinin təcrübəçi tələbələri- Günel Ələsgərzadə, Zərxanım Novruzova, Xədicə Quluzadə, Fidan Aslanova, Jalə Abbasova, Lamiyə Hüseynli, Fidan Gəncəliyeva, Leyla Quliyeva, Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Vəfa Babayevanın birgə təşkilatçılığı ilə 44 günlük Qarabağ müharibəsinə həsr olunmuş "Zəfərimiz dillərdə " adlı tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsi şəhidi Vüqar Ağayevin anası Xanım Ağayeva, şəhid Rauf Əliyevin anası Xavər Əliyeva və qazilərimiz Heydər Quliyev, Mübariz Həsənov, Tural Bababşov iştirak ediblər.
Bildirilib ki,  44 günlük Qarabağ müharibəsində şəhid olan Rauf Əliyev 19 saylı tam orta məktəbin məzunu olub.

Tədbirdə iştirak edən ADU-nun tədris işləri üzrə prorektoru dos. Kifayət Hacıyeva, Təhsil 2 fakültəsinin dekanı dos. Salman Nuriyev, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurov, Linqvokulturologiya kafedrasının müdiri dos. Vüsalə Ağabəyli, pedaqoq dos. Jalə Mustafayeva, dos. Naibə Xiyalova və psixoloq Tahirə İbrahimova tədbir haqqında fikirlərini söyləyiblər.

19 saylı tam orta məktəbin direktoru Nailə Cəfərovaya, direktor müavini Kəmalə Piriyevaya, Ülviyyə Məmmədovaya və Samirə Hüseynovaya tədbirin həyata keçirilməsi üçün tələbələrə yaratdıqları şərait üçün təşəkkürlərini bildirib,  məktəb şagirdlərinin cıxışlarını yüksək qiymətləndiriblər. Məktəb rəhbərliyi də öz növbəsində təcrübəçi tələbələrin məktəbdə fəaliyyətini, şagirdlərlə iş prinsipini, universitet-məktəb əməkdaşlığını xüsusi vurğulayıb və onlara öz təşəkkürlərini bildiriblər.