XƏBƏRLƏR

“Foundation Work and Study Germany” proqramının əhəmiyyəti və uğurları

17 aprel, 2024

Bugünkü Azərbaycan gəncinin istəyi, qarşısına qoyduğu məqsədlərdən biri savadlı kadr olmaq, beynəlxalq təcrübəyə yiyələnmək, dil biliyini artırmaqdır. Bu məqsədlə “Foundation Work and Study Germany” proqramının rolu, əhəmiyyəti az deyildir. Bu proqram Azərbaycan Dillər Universiteti, F+U Dillər Akademiyası və İSBA Almaniya Kooperativ Təhsil Universitetinin birgə layihəsi əsasında fəaliyyət göstərir. Azərbaycan Dillər Universiteti ilə Almaniyanın İSBA Kooperativ Təhsil Universiteti arasında 2021-ci ildə bağlanmış ikitərəfli müqaviləyə əsasən fəaliyyət göstərir və qəbul imtahanları keçirir. Qeyd edək ki, qəbul üçün Alman dilini B1 səviyyəsində bilmək lazımdır.

13 iyul 2021-ci il tarixində, Azərbaycan Dillər Universiteti və Almaniyanın Frayburq şəhərində yerləşən İSBA universiteti ilə əməkdaşlıq çərçivəsində imzalanmış memoranduma əsasən Azərbaycan Dillər Universitetinin bazasında Təhsil 2 fakültəsi nəzdində, Xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Aida Sobor və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dosenti Qönçə Əbdülrəhimova təyin edilmişlər.

“Foundation” proqramına əsasən tələbə müəyyən ixtisas üzrə təhsil alır, proqramın sonunda imtahan verərək Almaniyanın İSBA Universitetinə qəbul olur, eyni zamanda işlə də təmin edilirlər.

Proqram əsasında təhsil alan, proqramı uğurla tamamlayan tələbələri Universitetin rektoru akademik Kamal Abdulla diqqətdən kənarda qoymur, daim onlarla görüşlər keçirir. Görüşdə proqramı uğurla bitirən gənclərə Almaniyanın İSBA Universitetinə daxil olmaları münasibətilə təbrik edən rektor onlara 12-ci sinfi bitirmələrinə dair və İSBA Universitetinə daxil olmalarını təsdiq edən sənəd təqdim edir. Məhz belə görüşlərdən biri də Universitetin Elmi Şuranın iclasında təşkil olunmuş və tələbələrə ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən sertifikatlar təqdim edilmişdir. Rektor imtahanı qazanan tələbələri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

2023-ci il iyul ayının 7-də alman dilində riyaziyyat., iqtisadiyyat və TELC C1 Hochschule fənnləri üzrə imtahanlar keçirilmişdir. İmtahanlara İSBA Almaniya Kooperativ Təhsil Universitetindən onlayn olaraq professorlar və Azərbaycan tərəfindən imtahan proqramının koordinatorları ADU-nun Xarici dillər kafedrasının müdiri, dosent  Aida Sobor və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dosenti Qönçə Əbdülrəhimova nəzarət ediblər.

ADU-da 2023-cü ilin oktyabr ayından 6 tələbə “Foundation” proqramında oxumuş və 2024-cü ilin iyul ayında Almaniyanın “Abitur” 12-ci sinif (TELC Hochschule C1, BWL və Mathe) imtahanlarını onlayn verərəcəklər.

Azərbaycandan Almaniyada gedib oxuyan tələbələr artıq 2 ildir ki Frayburq şəhərində İSBA universitetində təhsil alırlar və işləyirlər. Bundan başqa bizim tələbələr Azərbaycanın mədəniyyətini və mentalitetini xarici ölkədə qoruyub və inkişaf edirirlər. Bu məlumatı bizə İSBA universitetin rəhbəri Herr Dirk Burghardt vermişdir.

“Foundation Work and Study Germany” proqramı artıq 3 ildir ki, fəaliyyət göstərir. Proqramda tədris edən müəllimlər təcrübəli əcnəbi müəllimlərdir. 2022-ci ildə 4 nəfər, 2023-cü ildə 3 nəfər təhsil almış, hal-hazırda 6 nəfər təhsil almaqdadır. Onlardan 4 nəfəri Azərbaycan vətəndaşı, 2 nəfəri isə indoneziyalı tələbədir. İndoneziyadan olan tələbələr dərslərə onlayn qoşulur. Fakültə Beynəlxalq Biznes Menecment kollecidir. Kollecdə 3 fənn – “İqtisadiyyat”, “Riyaziyyat”, “Alman dili” fənnləri tədris olunur. Xarici dil – Alman dili C1 səviyyəsində keçilir. 2024-cü ilin iyunun sonunda imtahanların keçirilməsi nəzərdə tutulub. İmtahan onlayn formada, Almaniyadan olan nümayəndələr tərəfindən keçiriləcəkdir. İmtahan adları çəkilən fənlər və “İngilis dili” fənni də daxil olmaqla 4 fənn üzrə keçiriləcəkdir. Tələbələr imtahanı uğurla başa vurduqları təqdirdə Frayburq İSBA Universitetinə qəbul olur, həmçinin işlə təmin olunub, əmək haqqı alacaqlar.

Azərbaycan Dillər Universiteti və Macarıstanın Peç universiteti arasında bağlanmış müqaviləyə əsasən 10-11 iyun 2021 tarixlərində tələb olunan müvafiq qaydalara uyğun olaraq Azərbaycan Dillər Universitetinin Rəşid Behbudov küçəsi 134 ünvanında yerləşən inzibati binasında ECL İmtahan Mərkəzində Alman dili B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar keçirilmişdir. İmtahanlarda ümumilikdə Azarbaycandan olan 23 nəfər namizəd iştirak etmişdir.

İmtahanın gedişatını izləmək üçün ADU-nun tərəfindən imtahan proqramının koordinatorları ADU-nun Xarici dillər kafedrasının müdiri, dosent  Aida Sobor və Beynəlxalq münasibətlər, regionşünaslıq fakültəsinin dosenti Qönçə Əbdülrəhimova, və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti Günay Müslümova və Macarıstanın Budapeşt səhərindən ezam olunmuş, Peç Universitetinin va ECL imtahan mərkəzinin nümayəndəsi beynəlxalq tyutor Veronika Bereczki iştirak etmişlər.

Qeyd edək ki, ECL B1 imtahandan uğurla keçən namizədlər beynəlxalq dərəcəli sertifikatlarla təltif olunurlar. Bu sertifikatlar hər hansı bir beynəlxalq təhsil proqramlarında, iş müraciətində və miqrasiya zamanı lazım olan dil bacarıqlarının səviyyəsini təsdiq edən sənəd kimi Avropa Birliyində rəsmən tanınmaqdadır.