XƏBƏRLƏR

ADU-nun tələbələri Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər

31 oktyabr, 2022

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin fakültə sədrləri və müavinləri “Zəfər günü” ilə əlaqədar olaraq İkinci Fəxri Xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər.

Tələbələr  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin  xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Ziyarət zamanı onlar 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında göstərdiyi  misilsiz xidmətlərindən danışıblar.

Vətən uğrunda canını fəda edən şəhidlərin döyüş yoluna nəzər salan tələbələr, hər birinin  gələcək nəsillər üçün nümunə olacağını, qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər