XƏBƏRLƏR

ADU-da “Yazılı və ardıcıl tərcümə” mövzusunda müsabiqə keçirilib

26 may, 2017
Azərbaycan Dillər Universitetində (ADU)  universitetin Alman dilinin tərcüməsi, Fransız dilinin tərcüməsi və İspan dilinin tərcüməsi kafedralarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Yazılı və ardıcıl tərcümə” mövzusunda iki mərhələli müsabiqə keçirilib. Müsabiqənin qaliblərinə Tərcümə fakültəsinin dekanı Zərinə Aslanova tərəfindən sertifikatlar təqdim olunub. Qeyd edək ki, tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.