Məmmədova Bənövşə Güloğlan qızı
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dillər Universiteti, Tərcümə fakültəsinin dekanı
Təlimdə İnnovasiyalar kafedrasının dosenti
E-mail: [email protected]
Tel: (+99412) 564-22-45

Qısa bioqrafik məlumat

  • 1985 – ci il iyulun 10-da Naxçıvan şəhərində anadan olub.
  • 1991-2001 – ci illərdə Naxçıvan şəhərində orta təhsilini alıb.
  • 2001-2005 – ci illərdə ADU-nun Filologiya (xarici dil) ingilis dili müəllimi ixtisası üzrə bakalavriat səviyyəsi üzrə təhsil alıb.
  • 2008-2010 – cu illərdə Gəncə Dövlət Universitetinin Dilşünaslıq (xarici dil) ingilis dili ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb.
  • 2011-2017 – ci illərdə Bakı Slavyan Universitetinin doktorontura şöbəsinin 5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə təhsil alıb.
  • 2016 – cı ildə «İnternet mətnlərinin praqmatikası (İngilis və Azərbaycan dillərinin müqayisəsi əsasında)» mövzusunda dissertasiya işini müdafiə edib.
  • 2017 – ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb
  • 2017 – ci ildə ADU-nun Təlimdə İnnovsiyalar kafedrasının baş müəllimi, 2018 – ci il mart ayından isə həmin kafedranın dosentidir.
  • 2017 – ci ilin noyabr ayından ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin dekanıdır.
  • Ailəlidir, 3 övladı var.

Təhsili, elmi dərəcə və elmi adları

  • 2005, Azərbaycan Dillər Universiteti, Filologiya (xarici dil) ingilis dili müəllimi ixtisası
  • 2010, Gəncə Dövlət Universiteti, Dilşünaslıq (xarici dil) ingilis dili ixtisası
  • 2017, Filologiya üzrə fəlsəfə doktoru

Əmək fəaliyyəti

  • 2005-2008, Nərimanov rayonu 36 saylı məktəb, ingilis dili müəllimi
  • 2008-2009, Azərbaycan Müəllimlər İnstitutunun Beynəlxalq əlaqələr kabineti, operator
  • 2009-2010, Azərbaycan Müəllimlər İnstitutunun Beynəlxalq əlaqələr kabineti, metodist
  • 2010-2012, Bakı Slavyan Universitetinin İngilis dilinin tarixi və qrammatikası kafedrası, müəllim
  • 2012-2017, Bakı Slavyan Universitetinin İngilis filologiyası kafedrası, baş müəllim
  • 2017, ADU-nun Təlimdə İnnovasiyalar kafedrası, baş müəllim
  • 2018, ADU-nun Təlimdə İnnovasiyalar kafedrası, dosent
  • 2017 – fevral-sentyabr , ADU-nun Pedaqoji (İngilis dili və Alman dili) fakültəsi, dekan müavini
  • 2017 – sentyabr-noyabr, ADU-nun Magistratura şöbəsi, müdir
  • 2017 – noyabr ayından hal hazıra kimi, ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi, dekan

Tədqiqat sahəsi və bildiyi xarici dillər

  • Müqayisəli-tarixi və Müqayisəli-tipoloji dilçilik
  • İngilis, rus və türk

Respublika və Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

  • 2017, The 1st Annual İnternational XXI Century Teachers’ Conference: Innovation? Integration and Inspiration
  • 2018, ПЕДАГОГИКА, Инновационный опыт и новейшие практики

Beynəlxalq kurslar, görüşlər, treyninqlər və layihələrdə iştirakı

  • 2018, Bakı, TEFL, Course of Teaching as a Foreign Language

Çap olunmuş əsərləri

Seçilmiş elmi məqalələri

  1. 2011, Bakı, Slavyan Universiteti, Humanitar Elmlərin Öyrənilməsinin Aktual Problemləri
  2. 2012, Bakı, Respublika Elm-Praktik Konfransı, Xarici Dillərin Tədrisinin Aktual Problemləri
  3. 2015, Bakı, Beynəlxalq elmi konfransı, Azərbaycanşünaslığın Aktual Problemləri
  4. 2017, Bakı, Beynəlxalq Elmi-Nəzəri Jurnal – Dil və Ədəbiyyat

 

 

 

Fakültənin FACEBOOK səhifəsi

Tərcümə fakültəsi 2000-ci ildən müstəqil fəaliyyət göstərir. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən fakültənin adı dəyişdirilərək Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi adlandırılıb. Fakültədə əsasən ümumi aspektdə müxtəlif sahələri əhatə edən tərcüməçilər hazırlanır.

Tərcümə  və Mədəniyyətşünaslıq fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir:

  • Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası
  • German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası
  • Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin nəzdində Xarici dillər kafedrası

Fakültədə bakalavr səviyyəsində 663 tələbə təhsil alır və burada ingilis, alman, fransız, ispan, italyan, koreya dilləri üzrə tərcüməçilər hazırlanır. Fakültədə əyani təhsil almaq olar. Təhsil Azərbaycan və rus (ingilis, alman, fransız, koreya, italyan, ispan dilləri üçün) dillərində və 2 növbə əsasında aparılır.

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin nəzdində 3 mərkəz və 1 oxu zalı fəaliyyət göstərir.

  • İspan dili Mərkəzi
  • Koreya Mədəniyyət Mərkəzi
  • İtalyan dili Mərkəzi
  • Alman oxu zalı

Fakültənin dünyanın bir sıra qabaqcıl universitetləri ilə ikitərəfli əlaqələri vardır və Fransanın Strasburq Universiteti (ikitərəfli diplom), Türkiyənin Hacəttəpə Universiteti ilə Mövlanə proqramı çərçivəsində sıx əməkdaşlığı mövcuddur. Bu universitetlər ilə olan əlaqələr tələbələrimiz və gələcəkdə fakültədə təhsil almaq istəyənlər üçün dünyaya açılan bir pəncərə olacaq. Mübadilə proqramları içərisində TEMPUS proqramı vasitəsilə tələbələrimiz bir çox xarici ölkələrdə təhsil ala bilərlər. Həmçinin Erasmus proqramı vasitəsi ilə bir çox xarici ölkələrdə, o cümlədən İtaliya, İspaniya və Koreyada təhsilinizi davam etdirə bilərsiniz.

 

 

 

Məmmədova Bənövşə Güloğlan qızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin dekanı

Təlimdə İnnovasiyalar kafedrasının dosenti

E-mail: [email protected]

 

 

İsrafilova Gülmar Fəxrəddin qızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin dekan müavini

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti

E-mail: [email protected]

 

 

Tağıyeva Cahanə Namiq qızı

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi

Tyutor

E-mail: [email protected]

 

 

Quliyeva Nigar Mətləb qızı

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi

Tyutor

E-mail: [email protected]

 

 

 

Nəcməddinova Könül Sayat qızı

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi

Tyutor

E-mail: [email protected]

 

 

Rüstəmova Fidan Ələsgər qızı

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi

Metodist

E-mail: [email protected]

 

 

 

Abbasova Ülviyyə İsmayıl qızı

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi

Metodist

E-mail: [email protected]

 

 

Quliyeva Nigar Mayıl qızı

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi

Assistent

E-mail: [email protected]

 

 

 

Xəlilova Gülnar Rövşən qızı

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi

Assistent

E-mail: [email protected]

 

 

 

 

Həsənova Sevda Əlixan qızı

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi

Assistent

E-mail: [email protected]

 

 

 

Tərcümə fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir:
Xarici dillər kafedrası
German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası
Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası 
Bu kafedralarda böyük təcrübəyə malik olan səriştəli yerli kadrlarla bərabər, əcnəbi mütəxəssislər də çalışırlar.

Tərcümə fakültəsinin bakalavriat pilləsində aşağıdakı fənlər tədris olunur:

  1. Eşidib anlama və nitq ( Tələffüz vərdişləri )
  2. Eşidib anlama və nitq ( Şifahi nitq )
  3. Oxuyub anlama və yazı ( Oxu vərdişləri)
  4. Oxuyub anlama və yazı ( Yazı vərdişləri)
  5. İxtisasa giriş
  6. Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət
  7. Xarici dillər (Alman, İngilis, İspan, Koreya, Fransız, İtalyan)
  8. Oxuyub anlama və yazı (müqayisəli üslubiyyat)
  9. Yazılı anlama və yazılı ifadə
  10. Şifahi anlama və şifahi ifadə
  11. Azərbaycan tarixi
  12. İnformatika
  13. Seçmə fənlər (humanitar)
  14. Azərbaycan dili və nitq mədəniyyəti
  15. Peşəkar tərcümənin əsasları
  16. Tərcümə nəzəriyyəsi
  17. Yazılı tərcümə ( B dildən A dilə)
  18. Yazılı tərcümə ( A dildən B dilə)
  19. Tərcümə (İctimai siyasi mətnlərin tərcüməsi, Beynəlxalq qurumlar, Bədii tərcümə, İqtisadi mətnlərin tərcüməsi, Rəsmi sənədlərin tərcüməsi, Tibbi mətnlərin tərcüməsi, Neft-qaz mətnlərinin tərcüməsi, Elmi-texniki mətnlərin tərcüməsi)
  20. Yazılı mətnin şifahi tərcüməsi
  21. Ardıcıl tərcümə və qeydgötürmə texnikası
  22. Komputer tərcümə proqramları
  23. Multikulturalizmə giriş
  24. Şifahi tərcümə
  25. Sənədləşmə və terminologiya
  26. Mülki müdafiə

Tərcümə fakültəsinin Elmi Şurasının iclasları hər ayın sonunda keçirilir və protokollaşdırılır.

Elmi Şura aşağıdakı tərkibdə fəaliyyət göstərir:

1. Fil.f.d. B.G.Məmmədova Sədr
2. Fil.f.d. dos.G.F.İsrafilova Üzv
3. Dos. F.B.Abdullayeva Üvz
4. Dos. T.H.Əmirova Üvz
5. fil.f.d. M.Ə.Hacıyeva Üvz
6. Fil.f.d. A.V.Quliyeva Üvz
7. Dos. F.G.İsmayılova Üvz
8. Prof. Q.H.Bayramov Üvz
9. Fil.f.d. G.M.Bayramova Üvz
10. B.m. J.H.Qənbərli Katib
11. Fakültə TEC-in sədri
12. Fakültə THT-in nümayəndəsi
13. Fakültə MHT-in nümayəndəsi

Elmi Şuranın növbəti tədris ili üçün iş planı hər il son Elmi Şura iclasında müzakirə olunur və rektorun təsdiqinə verilir.  Elmi Şura öz işini bu plana uyğun olaraq aparır.

Elmi Şura iclaslarında fakültənin işi üçün əhəmiyyət kəsb edən bütün məsələlər müzakirə olunur və qərarlar qəbul olunur. Eləcə də, fakültə Elmi Şurası Bakalavr və Magistratura tələbələrinin Buraxılış işləri mövzularının, Doktorantura üçün fənn minimumlarının, Yekun Buraxılış Dövlət İmtahanı suallarının təsdiqini həyata keçirir.

Fakültə Tədris-Metodiki Şurası aşağıdakı tərkibdə fəaliyyət göstərir:

  1. Vahabova Sevda Davud – Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti, Sədr
  2. m. fil.f.d. Hüseynova Könül Rauf – German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi, Sədrin müavini
  3. m. Əyyubova Xədicə Bayram – Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi, Katib
  4. f.d.dos. İsrafilova Gülmar Fəxrəddin – Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti, Üzv
  5. f.d. Bayramova Günel Məhəmməd – Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasınının baş müəllimi, Üzv
  6. m. Həsənova Sevda Hüseyn – German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi, Üzv
  7. f.d. b.m. Əliyeva Vəfa Səməd – Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi, Üzv

Tərcümə fakültəsi dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq edərək öz potensialını artırmağı hədəfləyir. Hər il fakültənin tələbə və müəllimləri bilik və təcrübə mübadiləsi məqsədilə İtaliya, Türkiyə, İspaniya, Koreya və digər ölkələrə gedirlər. Fakültə hal-hazırda Türkiyənin Hacettepe, İspaniyanın Mursiya, Koreyanın Hankuk və Chonbuk, İtaliyanın Milan  və Fransanın Strasburq Universitetləri ilə sıx əməkdaşlıq edir. Hər il bu universitetlərlə Erasmus+, delokalizasiya, Mövlanə və s. proqramlar yolu ilə tələbə və müəllimlərin qarşılıqlı mübadiləsi aparılır.

Hal hazırda ADU-nun Koreyanın Hankuk Universiteti və Chonbuk Universiteti arasında imzalanmış müqaviləyə əsasən hər semestr üzrə 2nəfər (hər universitetə 2 nəfər , ümumilikdə 4 nəfər) mübadilə proqramı ilə Koreyada təhsil alır. Yol xərcləri, yataqxana və yaşayış xərcləri tələbələrin özləri tərəfindən ödənilir.  AKS (The Academy of Korean Studies) tərəfindən həyata keçirilən yay proqramı üzrə hər il bir nəfər 1aylıq Koreyaya getmək şansı əldə edir. Yol xərcləri tələbələr tərəfindən, digər xərclər isə Akademiya tərəfindən ödənilir.

Fransanın Strasburq Universiteti ilə qarşılıqlı müqaviləyə əsasən, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin magistratura səviyyəsində təhsil alan və ingilis və fransız dillərini bilər tələbələri təhsillərinin birinci ilini Azərbaycan Dillər Universitetində bitirdikdən sonra ikinci ilini Fransada tamamlaya bilərlər. Bununla onlar ikili diplom əldə edirlər. 2016/17-ci tədris ilinin May ayında Fransanın İtiri institunun əməkdaşı Dr. Bencamin Klinq fakültənin fransız dili üzrə tərcüməçi ixtisasında təhsil alan tələbələrə audio-vizual tərcümə haqqında bir həftəlik dərs keçmişdir.

Hal-hazırda fakültədə koreya dili və ispan dili ixtisasları üzrə Koreya və İspaniyadan gələn dil daşıyıcıları müəllimlər tədris aparır. Yaxın günlərdə Milan Ali Tərcümə Məktəbinin professoru Fabrizia Parini “Subtitrlərin tərcüməsi və dublyada adaptasiya” mövzusunda fakültənin tələbə vöə müəllimlərinə seminar keçmişdir. Növbəti həftələrdə isə, Milan Ali Tərcümə Məktəbinin müəllimi Giorgina Cantalini “Şifahi nitq” mövzusunda silsilə seminarlar keçəcəkdir.

Tərcümə fakültəsində Alman Oxu zalı, İspan dili mərkəzi, İtalyan dili mərkəzi və Koreya mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir. Bu mərkəzlər müvafiq ölkələrin Azərbaycandakı səfirlikləri ilə yaxından əməkdaşlıq edirlər.İspaniyanın səfiri cənab İqnasiyo Sançez Taboada, Kolumbiya səfiri xanım Marta Qalinda, Meksika səfiri cənab Juan Rodriqo Labardini Flores, Peru səfiri cənab Luis Çanq Boldrini, Argentina səfiri cənab Karlos Dante Riva, Kuba səfiri cənab Alfredo Fidel Nieves Portuondo və Kosta-Rika səfiri cənab Xairo Fransisko Lopez Bolanyoz, Koreya Respublikasının səfiri cənab Kim Çanq-gyu və İtaliyanın səfiri cənab Augusto Massari fakültəni ziyarət etmiş, tələbə və müəllimlərlə görüşlər keçirmişlər.

NFL Jerseys China