KİTABXANA

22-25 noyabr tarixində keçirilən “ANKOSLink 2021” “Rəqəmsal İnformasiya Strukturlarında Yeni Nəsil Həllər

ADU Elmi Kitabxana və İnformasiya Xidmətinin rəhbəri kimi Anadolu Universitet Kitabxanaları Konsorsiumun təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində 22-25 noyabr tarixində keçirilən “ANKOSLink 2021” “Rəqəmsal İnformasiya Strukturlarında Yeni Nəsil Həllər” adlı konfransda iştirak etdim. Bu mövzu çərçivəsində elmi məzmun: Açıq Məlumat, Ağıllı Kitabxanalar, Tədqiqat Proseslərində Məlumatların İdarə Edilməsinin Önəmi, Tədqiqat Universitetləri və Tədqiqat Kitabxanaları, Qarşılıqlı fəaliyyət, E-Təhsil (Dəyişiklik / Məlumatlılıq / Transformasiya / İmkanlar və Əməkdaşlıq Texnologiyaları, Metadata: Məlumatların Təşkili, Yeni İnformasiya Sistemləri, və yenilikləri məlumatlandıran beynəlxalq konfrans idi. Konfransda universitetimiz və Elmi Kitabxana və İnvormasiya Xdməti Mərkəzi haqqında məlumat dinlənildi,tərəfimizdən bir sira sözləşmələr edildi. Bu çərcivədə www.idealonline.com.tr “Idealonline məlumat bazasını bir aylıq 29.11.21 tarixdən 29.12.21 tarixədək adu.edu.az səhifəsidən ödənişsiz acıq axtarış edə bilərsiniz! “Idealonline” Populyar-Akademik Dövri Nəşrlər, Din Araşdırmaları kitabları, Simpozium və Konqres Məktubları və digər məlumat mənbələrini bir platforma altında toplayan, türk mənbələrindəki hərtərəfli məlumatlara çıxışı təmin edən və oxuculara təqdim edən məlumat bazasıdır. Siz İdealonline verilənlər bazasında indekslənmiş nəşrləriniz üçün istinadların və istinad edilən nəşrlərin sayını görə bilərsiniz. İstinad praktikası çox yeni və perspektivlidir. ... Idealonline Türkiyədə müəyyən kriteriyalara cavab verən açıq giriş jurnallarını indeksləşdirən və onun inkişafına töhfə verən mühüm təşəbbüsdür. Mükəmməl axtarış imkanlarına malik interfeyslə etibarlı məlumat mənbələrinə çatmaq əsl imtiyazdır. Idealonline yeni versiyası ilə həqiqətən fərqlilik yaradır. ...