ELMİ-TƏDQİQAT

Azərbaycan dilindəki xüsusi adların ingilis və transliterasiya transkripsiyasında yaranan problemlər - POLEMİKA

Azərbaycan dilindəki xüsusi adların ingilis və transliterasiya transkripsiyasında yaranan problemlər

- Azərbaycan dili ilə ingilis dilinin əlifba sistemi və tələffüz normaları bu dillərin müxtəlif dil ailələrinə və ona görə də fərqli strukturlara malik olması səbəbindən dilimizdəki xüsusi adların ingiliscəyə yazılı tərcüməsi zamanı bir sıra çətinliklərlə qarşılaşırıq. Türk dilindən fərqli olaraq, dilimizdəki bu qəbildən olan sözlərin hədəf dildə verilməsində təsdiq olunmuş transliterasiya qaydaları bir çox hallarda çaşqınlıq törədir. Məsələn, “Alagöz” sözünü və ya “Güllü” sözünü götürsək, transliterasiyada baş verən dəyişikliklərə görə (“Alagoz”, ”Gullu”) sözlərin geriyə tərcüməsi çaşqınlıq doğurur və söhbət tarixi yer adlarından gedəndə onların etimologiyasına qayıtmaq asan olmur. Halbuki, türk dilindən ingiliscəyə tərcümədə xüsusi isimlər türk orfoqrafiyasındakı kimi qalır. Ötən illərin ən böyük uğuru isə “Türkiye” isminin ingiliscədə də eyni yazılışla verilməsi qərarı olub.