QARABAĞ HƏQİQƏTLƏRİ

İndoneziyanın Təhsil və Mədəniyyət Nazirliyinə Qarabağ haqqında məktub göndərilib

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Xarici dillər kafedrasının müəllimi Ülviyyə Xəlilova İndoneziyanın Təhsil və Mədəniyyət Nazirliyinə erməni təxribatları, Qarabağ həqiqətləri haqqında məktub ünvanlayıb. Həmin məktubu Azərbaycan və İndoneziya dillərində təqdim edirik. 

QARABAĞ AZƏRBAYCANDIR!

İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti          

"Mən 2014-cü ildən Azərbaycan Dillər Univeristetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində müəllim işləyirəm. Mən İndoneziyaşünaslıq ixtisası ilə bağlı fənləri tədris edirəm. Məktubumun məqsədi Azərbaycan və Ermənistan arasında baş verən müharibə haqqında məlumat verməkdir. BMT-nin üzv ölkələrindən biri kimi İndoneziya BMT-nin erməni terrorçu qruplaşmalarının işğal etdiyi Azərbaycan torpaqları haqqında qətnamələrə əsasən Qarabağı Azərbaycanın ərazisinin bir hissəsi kimi tanımışdır. İndoneziya xalqı 1945-1949-cu illərdə müstəqillik inqilabı dövründə müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmışdır.  Hal-hazırda Azərbaycan xalqı eyni tarixi hadisəni yaşayır. Erməni ordusu Azərbaycanın 20% torpağını XX əsrin 90-cı illərində işğal etmişdir. Erməni qoşunları 26 fevral 1992-ci ildə Xocalı sakinlərinə qarşı soyqırım həyata keçirmişdir. Xocalı soyqırımı bəşəriyyətə qarşı bir cinayətdir. Ermənistan və Azərbaycan arasında 1994-cü ildə atəşkəs müvaqiləsi imzalanmasına baxmayaraq Ermənistan dəfələrlə atəşkəs razılaşmasını pozmuşdur. Nəticədə çox sayda azərbaycanlı əsgər və mülki vətəndaş yaralanmış və həlak olmuşdur.

Ermənistan höküməti hələ də həm Azərbaycan-Ermənistan sərhəddində, həm də birinci Qarabağ müharibəsində erməni qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərində provokasiyaya əl atır. 27 sentyabr 2020-ci ildən ikisi azyaşlı olmaqla - Fidan Qurbanova və Şəhriyar Qurbanov (bacı və qardaş) çox sayda insan erməni hücumu nəticəsində həlak olmuşdur. Fidan Qurbanova Şəhriyar Qurbanov orta məktəbdə təhsil alırdı.

Bu ilin iyul ayında Ermənistan ordusu Azərbaycan və Ermənistan sərhəddində yerləşən Tovuz rayonuna hücum etmişdir. Nəticədə mülki vətəndaşlar və çox sayda hərbiçi həlak olmuşdur. Bu məktubda general Polad Həşimovun adını xüsusi olaraq qeyd etmək istəyirəm. General Polad Həşimov Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş və onun övladları hələ orta məktəbdə təhsil alır. Ermənistan höküməti onun övladlarının ata himayəsindən məhrum olmasına səbəb olmuşdur.

   Ermənistan hal-hazırda beynəlxalq təşkilatlar tərəfindən qadağan olunmuş silahlardan, muzdlu döyüşçülər və terror qruplaşmalarından azərbaycanlılara qarşı istifadə edir. Xüsusilə, Ermənistan azyaşlılara və silahsız mülki vətəndaşlara qarşı ağlasığmaz vəhşiliklər törədir.

* * * 

KARABAH ADALAH AZERBAIJAN

Ilham Aliyev, Presiden Republik Azerbaijan

"Saya bekerja sebagai dosen di Fakultas Hubungan Internasional dan Kajian Kawasan, Universitas Bahasa-Bahasa Azerbaijan sejak tahun 2014. Saya mengajar mata kuliah terkait kajian kawasan Indonesia. Tujuan surat saya memberikan informasi tentang perang brutal terjadi antara Azerbaijan dan Armenia. Sebagai salah satu negara anggota Perserikatan Bangsa-Bangsa, Indonesia sudah mengakui Karabakh sebagai bagian wilayah Azerbaijan melauli resolusi-resolusi PBB tentang tanah Azerbaijan yang diduduki kelompok teroris Armenia. Masyarakat Indonesia memperjuangkan demi kemerdekaan dan integritas teritorial pada masa revolusi kemerdekaan (1945-1949). Saat ini masyarakat Azerbaijan mengalami peristiwa sejarah yang sama. Dua puluh persen tanah Azerbaijan telah diduduki oleh tentara Armenia pada tahun 1990-an. Pasukan Armenia juga melakukan genosida terhadap masyarakat Khojali pada tanggal 26 Februari 1992. Genosida Khojali adalah kejahatan terhadap umat manusia. Walaupun kesepakatan gencatan senjata ditandatangani antara Armenia dan Azerbaiijan pada tahun 1994, negara Armenia berulang kali melanggar kesepakatan gencatan senjata tersebut. Akibatnya, banyak prajurit dan warga sipil terluka, bahkan kehilangan nyawa.

Pemerintah Armenia masih terus memprovokasi baik di perbatasan Azerbaijan-Armenia maupun di tanah Azerbaijan yang ditempati oleh pasukan Armenia pada masa perang Karabakh pertama. Sejak 27 September 2020 banyak orang, termasuk dua anak – Fidan Gurbanova dan Syahriyar Gurbanov (kakak perempuan dan adik laki-laki) tewas akibat serangan Armenia. Fidan Gurbanova dan Syahriyar Gurbanov belajar di sekolah.

Pada bulan Juli tahun ini, tentara Armenia menyerang distrik Towuz terletak di perbatasan Azerbaijan dan Armenia. Akibatnya, orang sipil dan sejumlah besar prajurit Azerbaijan tewas. Saya ingin menyebutkan nama jenderal Polad Hashimov di antara mereka di surat ini. Jenderal Polad Hashimov mati untuk perlindungan tanah Azerbaijan dan Polad Hashimov memiliki anak-anak kecil masih belajar di sekolah. Pemerintah Armenia menyebabkan anak-anak kecil ini menjadi yatim.

Armenia saat ini menggunakan senjata yang dilarang oleh organisasi-organisasi internasional melawan orang Azerbaijan dan juga menggunakan tentara bayaran dan kelompok teroris terhadap masyarakat Azerbaijan. Terutama, Armenia membuat kebuasan yang tidak masuk akal terhadap anak-anak kecil dan orang sipil yang tidak bersenjata".