İsmayılov Məmməd Allahverdi oğlu

Azərbaycan Dillər Universiteti, Əlavə təhsil və təcrübə fakültəsinin dekanı

Ümumi dilçilik kafedrasının müəllimi

Yeni Azərbaycan Partiyasının üzvü

Yeni Azərbaycan Partiyası ADU ərazi ilk təşkilatı İdarə heyyətinin üzvü

1981-ci il 10 avqustda anadan olub. Ailəlidir, 3 övladı var.

 

E-mail: [email protected]
Tel: (+99412) 564-22-48

 

Təhsili

  • 1987-1998 – ci illərdə orta məktəbdə təhsil alıb.
  • 1998-2002 – ci illərdə Azərbaycan Dillər Universitetində Fransız dili fakültəsində bakalavriat səviyyəsi üzrə təhsil alıb.
  • 2002-2003 – cu illərdə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (xarici dil) fransız dili ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb.
  • 2003-2005 – ci illərdə Fransanın Strasburq Universitetində master dərəcəsi üzrə təhsil alıb.
  • 2013 – cü ildə Fransanın Strasburq Universitetində «Azərbaycan dil siyasətinin aspektləri dünün və bu gün. Milli və regional məqsədlər» mövzusunda dissertasiya işini müdafiə edərək dilçilik üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

Əmək fəaliyyəti

  • 2002-2003 – cü illərdə Azərbaycan Dillər Universitetində Fransız dilinin fonetikası və qrammatikası kafedrasında 0.5 ştat laborant kimi əmək fəaliyyətinə başlamışdır.
  • 2007-2009 – cu illər Strasburq şәhәri üzrә Tәhsil Akademiyasının (İdarәsi) Tәdris vә Təlim İşlәri üzrә Regional Mәrkәzində (CROUS) tələbələrlə iş üzrə mütəxəssis kimi fəaliyyət göstərmişdir.
  • 2014 – 2016 – cı illərdə Azərbaycan Dillər Universitetində Pedaqoji təcrübə rəhbəri vəzifəsində işləmişdir.
  • 2016 – 2018-ci illərdə ADU-da Təcrübə, professional inkişaf və karyera şöbəsinin müdiri olmuşdur.
  • 2018 – ci ilin aprel ayından ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinin dekanıdır.

 

Tədqiqat sahəsi, çap olunmuş əsərləri və bildiyi xarici dillər

Tədqiqat sahəsi:

Sosioloji dilçilik və dil siyasəti

Çap olunmuş əsərləri:

  • Vocabulaire linguistique franco-azerbaïdjanais, Strasburq, 2004.
  • Cultures, moyens de rapprochement, Fransa, 2007.
  • Aspects de la politique linguistique de l’Azerbaïdjan hier et aujourd’hui. Enjeux national et régional, Strasburq, 2013.
  • Axes de la politique linguistique azerbaïdjanaise à l’ère de la mondialisation, Bakı, 2016.
  • Dil və cəmiyyət, fənn proqramı, Bakı, 2018.

Xarici dil bilikləri:

Fransız və türk (yuxarı səviyyə), ingilis və rus (orta səviyyə)

 

Respublika və Beynəlxalq tədbir və layihələrdə iştirakı

  • Tələbə layihələri, Strasburq şәhәri üzrә Tәhsil Akademiyasının (İdarәsinin) Tәdris vә Təlim İşlәri üzrә Regional Mәrkәzi (CROUS), Strasburq, 2008, 2009.
  • « Dünya azərbaycanlıları və Azərbaycan dili », konfrans, Strasburq Universiteti, yanvar 2009.
  • Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən treyninq və seminarlar: 2015, 2017, 2018.

Fakültə Azərbaycan Dillər Universitetində aparılan islahatların nəticəsində universitet Elmi Şuranın 30 mart 2018-ci il tarixində qəbul etdiyi qərar ilə 3 struktur bölməsinin – Əlavə təhsil fakültəsi, Təcrübə, professional inkişaf və karyera şöbəsi və İxtisasartırma şöbəsinin – bazasında yaradılmışdır. Fakültənin fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir: əlavə təhsil, universitet əməkdaşlarının ixtisasartırması və təcrübələrin təşkili.

Əlavə təhsil

Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı isti­qa­mət­lə­ri əhatə edir:

– ixtisasartırma;

– kadrların yenidən hazırlanması;

– stajkeçmə və kadrların təkmilləşdirilməsi;

– təkrar ali təhsil və orta ixtisas təhsili;

– dərəcələrin yüksəldilməsi;

– yaşlıların təhsili.

Azərbaycan Dillər Universitetində əlavə təhsil üzrə fəaliyyət 2001-ci ildən təşkil olunmuşdur və bu müddət ərzində 1500-dən çox tələbə təkrar ali təhsil almaqla öz ixtisasını dəyişərək ingilis dili müəllimi kimi fəaliyyətə başlamışdır. Tərcümə fakültəsini bitirənlər müəllim kimi fəaliyyət göstərə bilmədiklərindən burada 1 il əlavə təhsil almaqla orta məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilir.

Azərbaycan Dillər Universitetində əlavə təhsilin əsas məqsədi insan potensialının inkişafı, kadrların in­tel­lek­tual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləş­di­ril­məsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaş­d­ırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mə­dəni həyatında fəal və səmərəli iştirakının təmin etməkdir. Universitetdə həmçinin xarici dillərin tədrisində İKT-nin rolunun artmasını nəzərə alaraq respublikamızda fəaliyyət göstərən orda məktəblərdə çalışan xarici dil müəllimlərinin də bu sahadə bilik və bacarıqlarının yüksəldiləsi məqsədi ilə xüsusi əlavə təhsil proqramı hazırlanmışdır.

Əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir. ADU əlavə təhsil vasitəsi ilə hər bir vətəndaşa fasiləsiz təhsil almaq imkanı yaradır, insan potensialının inkişafını, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində universitetin digər struktur bölmələri ilə birlikdə dərslərin yüksək nəzəri və tədris-metodiki səviyyədə keçirilməsini təmin edir. Müntəzəm olaraq tədris prosesinin məzmunu yenilənir, təlimin müasir metod və vasitələrinin mənimsənilməsi istiqamətində dinləyicilərlə xüsusi iş aparılır.

 Universitet əməkdaşlarının ixtisasartırması

İxtisasartırma təhsilinin əsas məqsədi universitetin struktur və kafedralarının təqdim etdiyi təqdimat və planlara görə hazırlanmış beş illik ixtisasartırma təqviminə əsasən hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqti­sadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir. Fakültə xarici ölkələrin ali məktəblərilə ixtisasartırma və stajkeçmə sahəsində əməkdaşlıq təşkil edir.

İxtisasartırma şəxsiyyətin inkişafı, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləş­di­ril­məsi prinsipindən çıxış edərək universitet əməkdaşlarının peşəkar inkişafına yönəlmiş müxtəlif kurs və proqramlar təklif edir. Əsas məqsəd universitet müəllimlərinin yenidən hazırlanması, sahə üzrə biliklərinin təkmilləşdirilməsi və onların innovativ təlim metodlarına yiyələnməsi üçün imkanlar yaratmaqdır.

Təcrübələrin təşkili

Bu fəaliyyət istiqamətində başlıca məqsəd tələbələrin praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsinə yönəlmiş təşkilati, texniki, informasiya, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Bu məqsədlə struktur bölməsi:

  • təcrübə prosesini planlaşdırır və müvafiq qanunvericilik əsasında təşkil edir;
  • pedaqoji, istehsalat, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinin təşkili məqsədilə məktəb və təşkilatlarla ikitərəfli müqavilələrin bağlanmasını təmin edir və təcrübələrin gedişinə nəzarət edir;
  • təşkilatlarda yarana biləcək sualların öncədən cavablandırılması məqsədilə təkliflər verir;
  • təcrübə sahəsində tələbə mübadiləsinin təmin edilməsi istiqamətində tədbirlər görür;
  • tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılmasına kömək edir;
  • məktəb və təşkilat nümayəndələri ilə təcrübə öncəsi görüşlər təşkil edir;
  • təcrübə yerlərində və işəgötürənlər arasında tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə sorğular təşkil edir;
  • təcrübə nəticələrini ümumiləşdirir və aidiyyatı üzrə təqdim edir;
  • tələbələrlə təcrübə və karyera mövzusunda görüşlər təşkil edir;
  • tələbələrin məşğulluq probleminin həllinə köməklik göstərir.
NFL Jerseys China