Kitab Azərbaycan Dillər Universiteti Kitabxanası
KitabxanaADUK  
 
Xəbərlər

Professor Səməd Seyidovun elmi şurada çıxışı
(27 sent yabr 2006-cı il)
Ətraflı
Azərbaycan Dillər Universitetinin Kitabxanası moderinləşdirilir
Ətraflı


Konsul Vlad Lipşüds ADU-da olmuşdur
Ətraflı


Kredit sistemi və onun tətbiqi
Ətraflı


Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə
Ətraflı



Tərcüməçi-şair Əlihəsən Şirvan lının 85 yaşı tamam oldu
Ətraflı


Cultural Awaraness in the language classroom
Ətraflı

İstedadla idrakın vəhdəti
Ətraflı

 
 
Tarix
  webmail | saytın xəritısi
English
   Tarix

 

 

Fond

Oxucular

İşçi heyəti

Tədbirlər

Problemlər

Ümum məlumat
Azərbaycan Dillər Universiteti Kitabxanası 1 noyabr 1948-ci ildə fəaliyyətə başlamışdır. Müharibədən sonra xalq təsərüfatının hələ tam bərpa edilmədiyi, dərslik, dərs vəsaiti və əlavə oxu kitablarının çatışmadığı bir dövrdə kitabxanasız keçinmək əslində mümkün deyildi. İnstitut rəhbərliyi ilk günlərdən kitabxananın təşkilinə böyük məsuliyyətlə yanaşmış, APİ-nin kitabxanasından azərbaycan, ingilis, alman, fransız və rus dillərində 7000-ə qədər kitab və kitabça alaraq müstəqil kitabxana yaratmışdı. I mərtəbədə yerləşən kitabxana cəmi 129 m sahəyə malik idi.

Fond
1948-ci ildə fəaliyyətə başlayan kitabxanaya 9 ayda 3120 kitab və kitabça alınaraq 1 iyul 1949-cu ilə qədər kitab fondu 10061 nüsxəyə çtdırıldı. Bunlardan 1199 nüsxə azərbaycan, 3493 nüsxə rus, 1738 nüsxə ingilis, 2151 nüsxə alman, 1481 nüsxə fransız dillərində idi. Cari ildə kitabana 17 qəzet, 45 jurnal alırdı. 1952-ci il yanvarın 1-dən 1953-cü il yanvarın 1-nə qədər 8.469 kitab və kitabça alınmışdı. Artıq 1953-cü ildə kitabxananın fondunda 33.913 kitab və kitabça var idi: azərbaycan dilində-9.699, rus dilində-11.728, ingilis dilində-5.855, alman dilndə-4.427, fransız dilində-2.868. Kitablar, əsasən, Azərkitabın şöbələrindən, kitabxana kollektorundan, abunə yazılmaqla və kitabxanalarası abonement vasitəsilə alınırdı. 1959-cu ildə institutlar birləşdirildikdə APXDİ-nin (Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu) kitab fonduda da yeni yaranan institutun kitabxanasına verildi. 200 mindən artıq çap məhsuluna malik olan kitabxana öz fondunu zənginləşdirmək, oxucu təlabatını ödəmək üçün kitab aınmasını ilbəil artırırdı. 1962/63-cü tədris ili üçün 18.769 nüsxə, 1963/64-cü tədris il üçün 30.612 nüsxə, 1965/66-cı tədris ili üçün 30.614 nüsxə kitab və kitabça alınmışdır. Kitab fondu 1972-ci ildə 544.957 nüsxəyə çatmışdı.

Oxucular
1948-ci ildə oxucuların sayı 420 nəfər olmuşdu: 343 tələbə, 47 nəfər professor-müəllim heyəti, 30 nəfər yardımçı heyət. 1951-ci ildə 806, 1953/54-cü illərdə 880 oxucu istifadə etmişdir ki, bu da birinci ildəkinə nisbətən iki dəfə çox idi. Xidmət işini yaxşılaşdırmaq məqsədilə kabinetlərdə məlumat ədəbiyyatında ibarət kiçik fondlar yaradıldı və dövri mətbuat qoyuldu. Institutun əsas binasının yuxarı mərtəbəsində, eləcə də Balaxanı qəsəbəsindəki 38 nömrəli yataqxanada səyyar kitabxanalar təşkil etməklə tələbələrin klubla təmin edilməsinə nail olundu. Oxuculara daha yaxşı xidmət etmək, oxucu sorğularını daha mükəmməl ödəmək üçün respublikadakı, eləcə də SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) məkanında böyük şəhərlərdə yerləşən kitabxanaların kitab fondundan istifadə etmək üçün kitabxanalararası abonement (KAA) yaradıldı və təkcə 1954-cü ildə M.F.Axundov ad. Respublika Kitabxanasından 45, Moskva və Leninqrad kitabxanalarından 12 kitab alınaraq oxuculara verilmişdi.
1962/63-ci ildə kitabxananın 5146 oxucusu var idisə və onlara 77.854 kitab verilmişdisə 1965/66-cı ildə 5747 oxucuya 95.190 kitab verilmişdir. Oxucuların sayı 1972 ci ildə daha da artaraq 8845 nəfərə çatmışdır.
Kitabxananın fondundan əyani təhsil alan tələbələrlə yanaşı, axşam və qiyabi şöbənin tələbələridə istifadə edirdi. Qiyabiçilərlə əlaqə il boyu kəsilmirdi. Kurs işlərini yazmaq, imtahanlara hazırlaşmaq məqsədilə onların yazdıqları məktublar əsasında kitabları bağlama şəklində poçtla onlara göndərirdilər. Təkcə bir ildə (1964-/65-ci tədris ilində) Azərbaycan rayonlarına 70 bağlama kitab ğöndərilmişdir.

İşçi heyəti
Direktorun 1 sentyabr 1948-ci il tarixli əmrilə Fatma İsmayıl qızı Tağıyeva kitabxanaya müdir təyin olundu. Tezliklə kitabxanada işçilərin sayı dörd nəfərə çatdırıldı. İşçilərin sayının dörd nəfər olmasına baxmayaraq, 7 istiqamət üzrə iş aparılırdı: 1.komplektləşdirmə; 2.kitab işləmə; 3.kataloqlaşdırma; 4.abonement; 5.kitabsaxlayıcı; 6.oxu zalı; 7.səyyar kitabxanalar. F.Tağıyevanın yerinə oktyabrın 1-dən Sofiya Qriqoryevna Dukelskaya müdir təyin edildi. Sonrakı illərdə kitabxana işini nizamlaq məqsədilə institutun fəal müəllimlərindən ibarət Kitabxana Şurası seçilirdi. Şuranın sədri kitabxananın bütün fəaliyyətinə rəhbərlik
edirdi. Bu illər ərzində kitabxanada çalışan əmədaşların sayı artaraq 12 nəfərdən (1959-cu il), 32 (1972-ci il) nəfərə çatmışdı

Tədbirlər
Kitabxanada tələbələrin bilik səviyyəsinin və ümumi dünya görüşünün artmasına kömək etmək məqsədilə müxtəlif kütləvi tədbirlər həyata keçirilirdi. Müvəqqəti və daimi kitab sərgiləri təşkil olunur, marksizm-leninizm klassiklərinin, həmin dövrdə rəhbər İ. Stalinin əsərlərinin biblioqrafik siyahıları tərtib edilərək kafedralara göndərilir, kabinetlərdə asılırdı. 1951/52-ci tədris ilində institutda İ. Stalinin dilçilik məsələlərinə dair əsərlərinə həsr olunmuş elmi sessiya zamanı zamanı rəhbərin həmin mövzuya dair əsəsrlərinin, M.C. Bağırovun “Bakı bolşevik təşkilatının tarixindən” əsərinin müzakirəsinəhəsr olunmuş konfransda onun əsərlərinin sərgiləri, eləcə də M.Ə Sabirə, C.Cabbarlıya, M.Qorkiyə, İ.Pavlova və b. Həsr olunmuş kitab sərgiləri təşkil edilmiş, Satlin müka–R.Rzanın “Lenin”, M.Hüseynin “Abşeron”, M.S.Ordubadinin “Qılınc və qələm”, M.İbrahimovun “Gələcək gün”, S.Rəhimovun “Saçlı” və s. əsərləri oxucular arasında təbliğ olunmuşdu.

Problemlər
Həmin dövrdə təbii olaraq vəsait çatışmamazlığı, ixtisaslı kadrların olmaması, ədəbiyyat çatışmamazlığı və s. kimi problemlər də mövcud idi. Buna misal olaraq kitabxananın direktoru S.Dukelskaya Elmi Şuranın 1950-ci il aprelin 20-dəkeçirilmiş iclasında çıxış edərək kitabxananın maddi-texniki bazasının acınacaqlı vəziyyətdə olması, ştat azlığından tələbələrin hamısına xidmət etməyin mümkünsüzlüyündən danışdı. Kitabxana hələ APİ-nin (Azərbaycan Pedaqoji İnstitutu) nəzdində olarkən tələbələri dərsliklərlə təmin edə bilmirdi. APXDİ (Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu) yaranandan sonra APİ-nin kitabxanasındakı kitabların bir hissəsi yenə orada qaldı və bunun nəticəsində yeni açılmış institutda dərsliklərin çatışmamazlığı daha çox hiss edilirdi. 1949-cu ildə qiyabi şöbənin açılması vəziyyəti bir qədər də kəskinləşdirdi. Buna görə də institut rəhbərliyi ilk növbədə kitabxana fondunun komplektləşdirilməsini, xüsusən Moskva və Leninqrad şəhərlərindən xarici dil dərsliklərinin alınmasını ciddi nəzarət altına aldı və institutuno qədər də çox olmayan büdcəsindən kitab alınması üçün ayrılmış vəsaiti artırdı. Artıq kitabxananın fondu 1955/56-ci tədris ilində 59.000 nüsxə kitab və kitabçaya çatmışdı.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə bölmələr
 
DÜNYA LİNQVİSTİK KİTABXANALARI
 
Elektron resurslar
 
 

 

 

© AUL 2006 / Designed by E.M