Hörmətli tələbələr! Nəzərinizə çatdırmaq istəyirəm ki, 2000-ci ildən müstəqil fəaliyyət göstərən Tərcümə fakültəsi bakalavr və magistr dərəcəli qabaqcıl mütəxəssislər hazırlayır. Fakültədə əsasən ümumi aspektdə müxtəlif sahələri əhatə edən tərcüməçilər Zərinə Aslanovahazırlanır. Bu o deməkdir ki, fakültənin tədris planını ictimai-siyasi, elmi-texniki, iqtisadi-maliyyə, inzibati-hüquqi sahələr, eləcə də bədii tərcümə üzrə keçirilən məşğələlər təşkil edir. Daima yeniləşdirilərək dünyanın aparıcı universitetlərinin tədris planları ilə uyğunlaşdırılan bu plan tələbələrə tərcümə və interpretasiya sahəsində yüksək səviyyəli vərdişlərin aşılanmasını nəzərdə tutur.

Tərcümə fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir:

  • İngilis dilinin tərcüməsi kafedrası
  • Alman dilinin tərcüməsi kafedrası
  • Fransız və İtalyan dilinin tərcüməsi kafedrası
  • İspan dili kafedrası

Bu kafedralarda böyük təcrübəyə malik olan səriştəli yerli kadrlarla bərabər, əcnəbi mütəxəssislər də çalışırlar.

Fakültədə bakalavr səviyyəsində 560  tələbə təhsil alır və burada ingilis, alman, fransız, ispan, italyan, Koreya dilləri üzrə tərcüməçilər və magistratura səviyyəsində sinxron tərcümə ixtisası üzrə mütəxəssislər hazırlanır. Fakültədə  əyani  təhsil almaq olar. Təhsil Azərbaycan və rus (ingilis, alman, fransız, ispan dilləri üçün) dillərində və 2 növbə əsasında aparılır.

Məşğələlər əsasən texniki təchizatlı auditoriyalarda keçirilir. Burada 24 yerlik (12 kabinə) 2 sinxron tərcümə otağı, kompüterdə tərcümə proqramlarının öyrədilməsi üçün 24 yerlik auditoriya, eləcə də 4 proyektor otağı, 1 kompüter otağı var. Bundan əlavə, 4 yerlik ( 2 kabinə) sinxron tərcümə avadanlığı ilə  təchiz olunmuş kiçik iclas zalı da tələbə və müəllimlərin ixtiyarındadır. Bütün bu otaqlar ən müasir texniki avadanlıqlarla təchiz olunub.

Məhz bu səbəbdən mübaliğəsiz demək olar ki, bu gün respublikamızda fəaliyyət göstərən adlı-sanlı xarici şirkətlərdə, səfirliklərdə, nazirliklərdə və digər müəssisələrdə, eləcə də müxtəlif səviyyəli tədbirlərdə dil sədlərini aradan qaldıran mütəxəssislərin əksəriyyəti Tərcümə fakültəsinin savadlı məzunlarıdır.

Fakültənin dünyanın bir sıra qabaqcıl universitetləri ilə ikitərəfli əlaqələri vardır və Fransanın Strasburq Universiteti (ikitərəfli diplom), Türkiyənin Hacəttəpə Universiteti ilə sıx əməkdaşlığı mövcuddur. Bu universitetlər ilə olan əlaqələr tələbələrimiz və gələcəkdə fakültədə təhsil almaq istəyənlər üçün dünyaya açılan bir pəncərə olacaq. Həmçinin Erasmus proqramı vasitəsi ilə bir çox xarici ölkələrdə, o cümlədən İtaliya, İspaniya və Koreyada təhsilinizi davam etdirə bilərsiniz.

Sonda onu vurğulamaq istəyirəm ki, fakültəmiz davamlı olaraq inkişaf edir və edəcək. Siz də bizim ailəmizin bir üzvü olmaq istəyirsinizsə, onda öz seçiminizi edin. Biz sizlər üçün xidmət göstəririk.

Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı, fil.f.d. 

Aslanova Zərinə Natiq qızı

Tel: (+99412) 564 22 45

Email: zarina_aslanova@hotmail.com

2000-ci ildən müstəqil fəaliyyətə başlayan Tərcümə fakültəsi bakalavr və magistr dərəcəli mütəxəsisslər hazırlayır. Fakültədə əsasən ümumi aspektdə müxtəlif sahələri əhatə edən tərcüməçilər hazırlanır. Bu o deməkdir ki, fakültənin tədris planını, ictimai-siyasi, elmi-texniki, iqtisadi-maliyyə, inzibati-hüquqi sahələr, eləcə də bədii tərcümə üzrə keçirilən məşğələlər təşkil edir. Həmişə yeniləşdirilərək dünyanın aparıcı universitetlərinin tədris planları ilə uyğunlaşdırılan bu plan tələbələrə tərcümə və interpretasiya sahəsində yüksək səviyyəli vərdişlərin aşılanmasını nəzərdə tutur.

Fakültə universitetin büdcəsindən maliyyələşdirilir.

Fakültədə 500-dən çox tələbə təhsil alır və burada ingilis, alman, fransız, ispan, italyan, koreya dilləri üzrə tərcüməçilər hazırlanır. Fakültədə  əyani  təhsil almaq olar. Təhsil Azərbaycan və rus (ingilis, alman, fransız, ispan dilləri üçün) dillərində aparılır.

Mübaliğəsiz  demək olar ki, bu gün respublikamızda fəaliyyət göstərən adlı-sanlı xarici şirkətlərdə, səfirliklərdə, nazirliklərdə və digər müəssisələrdə,  eləcə də müxtəlif səviyyəli tədbirlərdə dil səddlərini aradan qaldıranların əksəriyyəti Tərcümə fakültəsinin məzunlarıdır. Fakültədə tədris iki novbədə aparılır.

Məşğələlər əsasən texniki təchizatlı auditoriyalarda keçirilir. Burada 24 yerlik (12 kabinə) iki sinxron tərcümə otağı, kompüterdə tərcümə praqramlarının öyrədilməsi üçün 24 yerli auditoriya, eləcə də 1 proyektor otağı var. Bundan əlavə, 4 yerlik ( 2 kabinə) sinxron tərcümə avadanlığı ilə  təchiz olunmuş kiçik iclas zalı da tələbə və müəllimlərin ixtiyarındadır.

Bütün bu otaqlar ən müasir texniki avadanlıqlarla təchiz olunmuşdur.

Tərcümə fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir:

  1. İngilis dilinin tərcüməsi kafedrası
  2. Alman dilinin tərcüməsi kafedrası
  3. Fransız və İtalyan dillərinin tərcüməsi kafedrası
  4. İspan və Koreya dillərinin tərcüməsi kafedrası

Bu kafedralarda böyük təcrübəyə malik olan səriştəli yerli kadrlarla bərabər, əcnəbi mütəxəssislər də çalışırlar.

Fakültə Türkiyənin Hacəttəpə və Fransanın Strasburq Universitetləri ilə sıx əməkdaşlıq edir. Bundan əlavə, TEMPUS praqramı çərçivəsində Fransanın Strasburq, Almaniyanın Leypsiq, İtaliyanın Milan Universitetləri ilə yaranmış əlaqələr də tədris planlarının təkmilləşməsinə, eləcə də geniş təcrübə mübadiləsinə, fakültədə dərs deyən müəllimlərin ixtisaslarının artırılmasına xidmət edir.

Fakültənin istiqaməti haqqında

Fakültədə müxtəlif dillər üzrə yüksək səviyyəli tərcüməçilər hazırlanır.

(Bakalavr  səviyyəsində verilən ixtisaslar və tələbləri)

Tələb yüksək ixtisaslı kadrların hazırlanmasıdır.

Akademik proqramlar                     

Tərcümə fakültəsinin  bakalavriat  pilləsində aşağıdakı fənlər tədris olunur:

  1. İxtisas dilinin tələffüz və nitq vərdişləri
  2. İxtisas dilinin yazı və oxu vərdişləri
  3. Yazılı anlama və yazılı ifadə
  4. Şifahi anlama və şifahi ifadə
  5. Yazılı mətnin şifahi tərcüməsi
  6. Yazılı tərcümə
  7. Şifahi tərcümə
  8. Ardıcıl tərcümə və qeydgötürmə texnikası
  9. Sənədləşmə və terminologiya
  10. Tərcümə nəzəriyyəsi
  11. Hüquqi və inzibati sənədlərin tərcüməsi
  12. İqtisadi mətnlərin tərcüməsi
  13. Tibbi mətnlərin tərcüməsi
  14. İctimai-siyasi mətnlərin tərcüməsi
  15. Elmi mətnlərin tərcüməsi
  16. Mətbuat materiallarının tərcüməsi
  17. Bədii tərcümə
  18. Peşəkar tərcümənin əsasları
  19. Beynəlxalq qurumlar
  20. Komputer tərcümə proqramları
  21. Xarici dildə ünsiyyətdə nitq mədədniyyəti
  22. Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət
  23. Xarici dillər (alman, fransız, ispan, ingilis, koreya, italyan)
  24. Xüsusi məqsədlər üçün Azərbaycan dili
  25. Azərbaycan tarixi
  26. Mülki müdafiə
  27. Psixologiya
  28. İnformatika

Magistratura pilləsində

Seçmə fənn