İxtisasartırma şöbəsi

İxtisasartırma şöbəsi müəllimlərin peşəkar inkişafına yönəlmiş müxtəlif kurs və proqramlar təklif edir. Şöbənin əsas məqsədi universitet və orta məktəb müəllimlərinin yenidən hazırlanması və sahə üzrə biliklərini təkmilləşdirmək və innovativ təlim metodlarına yiyələnmək üçün imkanlar yaratmaqdır. Proqram iştirakçılarına yerli və xarici təhsil müəssisəsindən olan həmkarları ilə əməkdaşlığı davam etdirmək tövsiyə olunur.

Universitet əməkdaşları peşəkar inkişaf proqramını müstəqil olaraq seçə bilərlər. Şöbədə çalışan mütəxəssislər müəllimlərin ehtiyacına uyğun peşəkar inkişaf proqramları haqqında müfəssəl məlumat verirlər.

Şöbə seminarlar və qısa müddətli təlimlər də təşkil edir.  Proqramların effektivliyini artırmaq məqsədilə təlimlərin məzmunu müntəzəm olaraq təkmilləşdirilir. İxtisasartırma şöbəsi universitetin müəllim heyətini proqramların yaranması, tətbiq olunması və təkmilləşdirilməsi prosesinə cəlb edir. Təlimləri uğurla başa vuran iştirakçılara proqramın və ya modulun adını və saatını, kreditini əks etdirən sertifikat təqdim edilir.

Proqramlarla bağlı əlavə məlumat üçün şöbənin rəsmi facebook səhifəsinə keçid alın https://www.facebook.com/

 

İxtisasartırma şöbəsinin müdiri

Nəbiyeva Nailə Əsgər qızı

Tel: (+99412) 564 06 81

E-mail: ixtisasartirmashobesi@adu.edu.az