Magistratura şöbəsinin internet səhifəsinə xoş gəlmisiniz! Şöbəmiz həm ölkəmiz üçün, həm də ölkəmizdən kənarda çalışa biləcək yüksək ixtisaslı, savadlı, bilikli və bacarıqlı ingilis, alman, fransız dili müəllimləri, tərcüməçi, regionşünas, filoloq, diplomat mütəxəssisləri hazırlayır. Magistrlarımız təhsil aldıqları müddətdə daima həm universitet, həm də dövlət tərəfindən təşkil olunan tədbirlərdə, layihələrdə, ixtisasa uyğun dəyirmi masa və debatlarda iştirak edirlər. Respublikamızda və xaricdə tanınan,  öz sahəsinin mütəxəssisləri olan professor və müəllim heyəti universitetimizdə təlim fəaliyyətini həyata keçirirlər. Həmçinin universitetimizdə effektiv, kreativ tədris mühiti, yeniləşmiş tədris proqramları, yeni dərsliklər, İKT əsaslı təlim zalları, elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, tələbə-müəllim münasibətlərində qarşılıqlı hörmət və şəffaflıq sizi gözləyir. ADU-nun magistr pilləsində təhsil alan tələbələrin karyeralarının inkişafını nəzərə alaraq dərslər həftədə 4 dəfə (I, II, III, IV günlər) II və ya I (alt və üst həftə) dərs olmaqla 17:10-19:55-də təşkil olunur. Əgər uğurlu gələcəyə inamla addımlamaq istəyirsinizsə, heç bir tərəddüd etmədən bizi seçin. Sizi gözləyirik, əziz tələbələr!

Şöbə haqqında məlumat

Magistratura və doktorantura fakültəsi Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarına əsasən ADU-nun rektoru, millət vəkili, professor S.İ.Seyidovun 17 iyun 2015-ci il tarixli 66 saylı əmrinə müvafiq olaraq fəaliyyətə başlamışdır. Lakin 14.09.2017-ci il tarixli 122 saylı əmrə əsasən Magistratura şöbəsi ayrıca olaraq fəaliyyətə başlamışdır. Hal-hazırda şöbəyə universitetin Təhsil fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, ped.f.d Firuzə Ədalət qızı Rzayeva rəhbərlik edir.

ADU-nun Magistratura şöbəsində 395-dən artıq magistrant təhsil alır. 2 tələbəmiz “Erasmus Mundus” proqramı üzrə xaricdə təhsil alır.

2014-cü ildən magistratura səviyyəsində qiyabi təhsil ləğv edilmişdir. Dərslər axşam növbəsində tədris olunur.

İxtisaslar

N İxtisaslar
1 Dilşünaslıq (ingilis dili)
2 Dilşünaslıq (alman dili)
3 Dilşünaslıq (fransız dili)
4 Dilşünaslıq (Ümumi dilçilik)
5 Dilşünaslıq (Müqayisəli dilçilik)
6 Azərbaycan ədəbiyyatı
7 Azərbaycan dili
8 Azərbaycan dilinin və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
9 XDTM-nin tədrisi metodikası və metodologiyası (ingilis dili)
10 XDTM-nin tədrisi metodikası və metodologiyası (fransız dili)
11 XDTM-nin tədrisi metodikası və metodologiyası (alman dili)
12 Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı)
13 Ədəbiyyatşünaslıq (fransız ədəbiyyatı)
14 Tərcümə (ingilis dili üzrə)
15 Tərcümə (alman dili üzrə)
16 Tərcümə (ispan dili üzrə)
17 Tərcümə (italyan dili üzrə)
18 Tərcümə (Koreya dili üzrə)
19 Sinxron tərcümə (ingilis dili)
20 Regionşünaslıq (Amerikaşünaslıq)
21 Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə)
22 Ölkəşünaslıq (Böyük Britaniya üzrə)
23 Ölkəşünaslıq (İndoneziyaşünaslıq)
24 Beynəlxalq münasibətlər və diplomatiya
25 Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi

 

 

Magistratura şöbəsinin müdiri, ped.f.d

Rzayeva Firuzə Ədalət qızı

Tel: (+99412) 441 22 78/79 (daxili nömrə: 1 15)

Elmi əməkdaşlıq şöbəsi Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə ADU-da müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı səviyyəsini daha da artırmaq məqsədi ilə yaradılmışdır.

Şöbə universitetin digər universitetlərlə, o cümlədən xarici təhsil Sevda İmanovavə elm mərkəzləri ilə elmi əlaqələrini yaradır, bu sahədə əməkdaşlığın intensiv və səmərəli olması üçün zəruri işlər görür, digər universitetlərlə bağladığı müqavilələr çərçivəsində elmi əməkdaşlıq proqramları, müxtəlif layihələr hazırlayır və onların həyata keçirilməsini təmin edir. Bununla yanaşı, universitet əməkdaşlarının respublika və beynəlxalq səviyyəli konfranslarda, simpoziumlarda, seminarlarda, diskussiyalarda, təqdimatlarda və s. iştirakını təmin edir, analoji konfransların keçirilməsi ilə bağlı təşəbbüslər irəli sürür, bu qəbildən olan tədbirlərin təşkilində iştirak edir.

Elmi əməkdaşlıq şöbəsi universitetin digər təhsil və elm mərkəzləri ilə birgə, eləcə də onların iştirakı ilə keçirdiyi elmi toplantıların materiallarını birgə nəşrlər və başqa formalarda nəşr ediləcək materialları öyrənir, zəruri hallarda onların dəyərləndirilməsi (kənar rəy, antiplagiat yoxlaması və s.) istiqamətində lazımi addımlar atır.

 

Elmi əməkdaşlıq şöbəsinin müdiri

İmanova Sevda Rafiq qızı

Tel: (+99412) 441 22 78/79  (daxili nömrə: 2 57)

Email: sci.coop@adu.edu.az

Azərbaycan Dillər Universitetində aşağıdakı jurnallar çap olunur:

  1. “ADU-nun Elmi Xəbərləri” (əvvəlki adı “Elmi Xəbərlər”),
  2. “Dil və ədəbiyyat”,
  3. “Beynəlxalq münasibətlərin aktual problemləri”.

“ADU-nun Elmi Xəbərləri”ndə filologiya, pedaqogika və psixologiya, üzrə elmi məqalələr dərc edilir.

“Dil və ədəbiyyat” jurnalında filologiya və pedaqogika, “Beynəlxalq münasibətlərin aktual problemləri” jurnalında isə beynəlxalq münasibətlər, tarix, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyat, fəlsəfə, hüquq və mədəniyyətşünaslıq üzrə elmi məqalələr dərc edilir.