Auditoriya+şöbəsi

Azərbaycan Dillər Universitetinin (ADU) Auditoriya+ şöbəsi Elmi Şuranın 17 sentyabr 2017-ci il tarixli 11 saylı iclasının qərarı ilə yaradılmışdır. Auditoriya+ şöbəsinin yaradılmasının əsas məqsədi ADU-da tələbələrin asudə vaxt­­la­rının səmərəli təşkil olunması, bilik və bacarıq səviyyələrinin daha da təkmilləş­diril­məsi və dünyagörüşünün artırılmasıdır. Şöbənin hədəfi tələbələrin ictimai həyatda fəal iştirak etmək, təhsil və bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq imkanlarını genişləndirməkdən ibarətdir.

????????????????????????????????????

Auditoriya+ şöbəsi universitetin struktur bölməsi olmaqla öz işini universitetin digər struktur bölmələri ilə qar­şılıqlı əlaqədə qurur. Auditoriya+ proqramının həyata keçirilməsinə universitetin fakültələri, kafedraları, elmi-tədqiqat laboratoriyaları cəlb olunmuşdur.

Auditoriya+ şöbəsinin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Tələbələrin təlim-tərbiyəsi və zərərli vər­dişlərin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin təşkil olunması. Tələbələrin narkomaniya, alkoqolizm, intihar, cinayətkarlıq, əxlaqsızlıq, uşaq və qadın alveri, terrorizm və s. kimi sosial-neqativ meyllərdən qaçması, Azərbaycanda gender məsələləri ilə bağlı problemlər və perspektivlər, ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və korporativ siyasət və s. məsələlərlə bağlı tələbələri məlumatlandırmaq;
  • ADU-nun profes­sor və əməkdar müəllimlərinin yubileylərinin təşkil olunması;
  • Mədəni-kütləvi tədbirlərin təşkil olunması. Tələbələrin ictimai-siyasi xadimlər, yazıçı və şairlərlə görüşlərinin təşkil olunması;
  • Tələbələrin biliklərini möhkəmləndirmək məqsədi ilə əlavə dərslərin keçirilməsi, qeyri-ixtisas dillərinin inkişaf etdirilməsi məqsədi ilə danışıq klublarının, tələbələrin biliklərini artırmaq məqsədi ilə kursların təşkil olunması;
  • Tələbələrin dünyagörüşünü artırmaq məqsədi ilə keçirilən bilik yarışlarının (debat, olimpiada, müsabiqə, viktorina, breyn-rinq, dəyirmi masa və s.) təşkil olunması;
  • Fakültələr arasında bilik mübadiləsini təmin etmək məqsədi ilə tədbirlərin təşkil olunması;
  • Tələbələrin mütaliə həvəsini artırmaq məqsədi ilə yazıçı və şairlərlə görüşlər, müzakirə və yarışların təşkil olunması, kitab təqdimatlarının keçirilməsi, birinci kurs tələbələrinin kitabxanalarla tanışlığının təşkil olunması;
  • Ekskursiyaların təşkil olunması;
  • Yerli və beynəlxalq sərgi və festivallarda yaradıcı tələbələrin iştirakının təmin olunması, tələbələrin nəzəri biliklərini möhkəmləndirmək məqsədi ilə seminar, konfrans, vebinar və görüşlərin keçirilməsi;
  • Dövlət siyasətinin tələbələr arasında təbliği, dövlət bayramları və xüsusi günlərlə bağlı tədbirlər;
  • “Bir günlük xəlifə” tələbə özünüidarəetmə gününün təşkil olunması;
  • Tələbələrin bilik, bacarıq, dünyagörüşünü artırmaq, asudə vaxtının səmərəli keçirilməsi, birgə fəaliyyətinin təmin olunması məqsədi ilə tələbələrin maraq dairəsinə uyğun olan universitet klublarının yaradılması;
  • Bütün yuxarıda adları çəkilən iş və tədbirlərin təşkil olunması üçün şəraitin yaradılmasına və qeydiyyatına nəzarət etmək;
  • Şöbənin iş planının hazırlanması, həyata keçirilməsi və daim inkişaf etdirilməsi üçün təkliflər hazırlamaq;
  • Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində beynəlxalq təcrübəni öyrənmək və tətbiqini təşkil etmək.

 

Auditoriya+ şöbəsinin müdiri

Kərimova Bədirə Telman qızı

Tel: (+99412) 441 22 78/79 (daxili 2 31)

Email: auditoriya.plus@mail.ru