ADU-da Lalə Azərtaşla görüş keçirilib

58

Azərbaycan  Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika  fakültəsinin tələbələri “Auditoriya+” proqramı çərçivəsində Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin ilk xəbər aparıcısı Lalə Azərtaşla görüşüb. Tədbirdə fakültənin Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisası üzrə müəllimi Nərgiz Qurbanlı qonağı salamlayıb və onu dərs dediyi qrup haqqında məlumatlandırıb.

Daha öncə də ADU-da qonaq olduğunu bildirən Lalə Azərtaş burada olmaqdan məmnunluğunu bildirib və bu cür görüşlərin bu sahədə irəliləmək istəyən tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, medianın fəaliyyətindən, televiziya sahəsində maraqlı və çətin məqamlardan danışaraq təcrübəsini tələbələrlə bölüşüb. L.Azərtaş gələcəkdə tələbələrə bacardığı qədər köməklik göstərəcəyini də sözlərinə əlavə edib.

İnteraktiv şəkildə keçən görüş tələbələrin suallarının cavablandırılması ilə sona yetib.

Paylaş