“Koreya haqqında Viktorina”

272

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən 12 may tarixində QUIZ2017-poster-60x40cmAzərbaycan Dillər Universitetində “Azərbaycanda Koreya haqqında viktorina 2017” yarışı keçiriləcək. Koreya haqqında viktorina hər il Koreya dilini öyrənən tələbələr üçün keçirilir və bu yarış onları Koreya haqqında daha çox şey öyrənməyə həvəsləndirir. Koreya dilinin daşıyıcısı olmayan, bütün yaş qruplarından olan şəxslər yarışda iştirak edə bilər.

Qalib şəxs 2017-ci ilin sentyabr ayında Seul şəhərində keçiriləcək Koreya haqqında viktorinanın final mərhələsində iştirak etmək şansı əldə edəcək.

  1. Tədbir: “Azərbaycanda Koreya haqqında Viktorina 2017”
  2. Tarix və yer: 12 may 2017-ci il saat 14:00

Dillər Universitetinin 3-cü korpusu, akt zalı (1-ci mərtəbə)

  1. İştirak etmək hüququ:
  • Koreya dilinin daşıyıcısı olmayan şəxlər
  • Koreyada doğulub boya-başa çatmış şəxslər iştirak edə bilməzlər
  1. Müraciət forması
  • Yarışa qatılmaq üçün ərizə formasını və ilkin sualları (30 sual) ijkim17@mofa.go.kr elektron ünvanına göndərin
  • Son qeydiyyat tarixi: 30 aprel (Bazar günü), 11:59PM
  • Qeydiyyat nəticələri haqqında iştirakçılar fərdi qaydada 03 may 2017-ci il tarixində məlumatlandırılacaq.
  1. Bakıda ilk mərhələ
  • Yarışın formatı “Koreya haqqında Viktorina Qızıl Zəng” yarışının formatı ilə eynilik təşkil edir (səhv cavab vermiş iştirakçılar yarışdan kənarlaşdırılacaqlar)
  • Suallar K-pop, K-drama, ərzaq, turizm, mədəniyyət və s. mövzuları əhatə edəcək
  • Suallar Koreya dilində təqdim ediləcək
  • Yarış iştirakçıları cavabları Koreya dilində təqdim etməlidir.
  1. Mükafatlandırma
  • Yarışın qalibinə mükafat təqdim ediləcək və sentyabr ayında Seul şəhərində keçiriləcək Koreya haqqında viktorinanın final mərhələsində iştirak etmək şansı əldə edəcək
  • Bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim ediləcək
  • Auditoriya ilə lotereya oynanılacaq
  • Qoşma: Ərizə forması, İlkin sual və cavab vərəqəsi
Paylaş