Sosial elmlər kafedrası

940

İndiki Sosial elmlər kafedrası 3 kafedranın (Fəlsəfə, Azərbaycan tarixi və İqtisadiyyat) birləşməsi nəticəsində yaranmışdır. Həmin kafedralar universitetin yarandığı gündən fəaliyyət göstərirdilər. 1989-cu ildə “Fəlsəfə” və “İqtisadiyyat” kafedraları birləşdi, 2012-ci ildə isə “Azərbaycan tarixi” kafedrası o zamankı “Fəlsəfə” kafedrasına birləşərək “Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər” kafedrası kimi fəaliyyətini davam etdirdi. Kafedranın yarandığı və fəaliyyət göstərdiyi müddətdə professorlar Camal Mustafayev, Gülnaz Abdullazadə, Sabir Daşdəmirov, Məhəmməd Teymurlu kafedra müdiri vəzifəsində çalışmışlar. Hal-hazırda kafedra müdiri dosent Ədalət Abdiyevadır.

Kafedrada 24 nəfər professor-müəllim və 3 nəfər texniki işçi çalışır. Onlardan 3-ü professor, 12-si dosent, 7-si baş müəllim, 2-si müəllimdir.

Kafedranın professoru Xanməmməd İbrahimov Azərbaycan tarixi, professor Mehriban Abbasova Azərbaycan tarixi, professor Əli Məmmədov isə Fəlsəfə, Məntiq, Politologiya, Mədəniyyətşünaslıq fənlərindən dərs deyir.

Dosent Zərifə Hüseynova İqtisadiyyat, dosent Şükufə Cabarova Fəlsəfə, Məntiq, Mədəniyyətşünaslıq, Qərb fəlsəfəsi, Multikulturalizm, dosent Səməd Mehdiyev, dosent Xatirə Hacıyeva, dosent Qorxmaz Mustafayev, dosent Şəlalə Bağırova, dosent Asif Abbasov Azərbaycan tarixi və Dövlətçilik tarixi, dosent Nadir Quliyev Politologiya, Fəlsəfə, Konfliktologiya, dosent Aida Rəcəbova Politologiya, Fəlsəfə, Qərb fəlsəfəsi, Mədəniyyətşünaslıq, dosent Şəfəq Abdullayeva İqtisadiyyat, dosent Nazilə Səfərova Fəlsəfə, Məntiq, Mədəniyyətşünaslıq, Qərb fəlsəfəsi fənlərini tədris edirlər.

Baş müəllimlər Sevda Tağıyeva və Samir Səfiyev AR Konstitusiyası və hüququn əsasları, baş müəllimlər Namiq Kərimov, Ramin Quliyev və Qəribə Əlizadə Azərbaycan tarixi və Dövlətçilik tarixi, baş müəllimlər Kəmalə Yusifova və Sevda Məhərrəmova İqtisadiyyat fənlərini tədris edirlər.

Müəllim Günel Qarayeva Fəlsəfə, Qərb fəlsəfəsi, Mədəniyyətşünaslıq, müəllim Afaq İsmayılova AR Konstitusiyası və hüququn əsasları fənlərini tədris edirlər.

Kafedranın laborantları Leyla Quliyeva, Leyla Hacıyeva və Jalə Əsədova kafedrada sənədləşmə işlərini yerinə yetirirlər.

Sosial elmlər kafedrasının müdiri dosent Ədalət Murad qızı Abdiyeva 2004-cü ildən kafedraya rəhbərlik edir. Dosent Ədalət Abdiyeva 1978-1983-cü illərdə MDU-nun Fəlsəfə fakültəsində təhsil alıb. 1983-cü ildən ADU-nun Fəlsəfə kafedrasında baş laborant vəzifəsində çalışıb. 1985-1988-ci illər BDU-nun aspiranturasında təhsil alıb. 1989-cu ildə müdafiə edib və həmin il fəlsəfə üzrə fəlsəfə doktoru elmi adı alıb. 1984-cü ildən müəllim, baş müəllim, dosent vəzifəsində çalışıb.

Dosent Ə.Abdiyeva Fəlsəfə, Qərb fəlsəfəsi, Azərbaycan fəlsəfəsi, Məntiq, Mədəniyyətşünaslıq, Multikulturalizm fənlərindən dərs deyir.

 40-dan çox məqalənin, 2 dərsliyin (Sosiologiya – 2008, Politologiya – 2009), 1 dərs vəsaitinin (Azərbaycan müstəqillik illərində – 25) və fənn proqramlarının (Məntiq, Dilin fəlsəfi əsasları, Qərb fəlsəfəsi, Mədəniyyətşünaslıq) müəllifidir.

Dosent Ə.Abdiyeva son iki ildə 5 Beynəlxalq, 2 Respublika elmi konfranslarında iştirak edib. 4 il Bakı şəhərində keçirilən Beynəlxalq Humanitar Forumda çıxış edib. Həmçinin, 2016-cı ilin may ayında “XXI əsrin pəncərəsindən mədəniyyət və kimlik” adlı Beynəlxalq Simpoziumda çıxış edib. Bundan əlavə, Bakı Gender Mərkəzinin keçirdiyi tədbirlərdə, o cümlədən konfranslarının işində yaxından iştirak edib və məruzələrlə çıxış edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən keçirilən 3 aylıq təlimlərdə iştirak edib və sertifikat əldə edərək “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” adlı fənləri tədris etmək hüququ qazanmışdır. Həmçinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən keçirilən bir sıra tədbirlərdə fəal iştirakla yanaşı, müxtəlif mövzularda çıxışlar etmişdir.

 

Kafedranın məqsədi: Sosial elmlər kafedrasının əsas məqsədi tələbələrin ümumi dünyagörüşünü genişləndirməklə yanaşı, onlara bəşəri və milli dəyərlərə, ölkənin tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, daxili və xarici siyasətinə, qanunlarına hörmətlə yanaşmağı və bu sahələrdə dərin bilikləri əldə etməklə onların  həmin sahələrdə  araşdırma aparmasına yardımçı olmaqdan ibarətdir.

Kafedranın fəaliyyəti: Sosial elmlər kafedrası 2007-ci ildə kredit sisteminə qoşulmuşdur. Kafedranın təsdiq olunmuş iclaslar planına əsasən hər ayın sonuncu şənbə günü iclas keçirilir. Bu iclaslarda kafedranın illik planında əks olunmuş məsələlər müzakirə olunur.

            Kafedra əməkdaşları dərslik, dərs vəsaiti, fənn proqramları, metodik işləmə istiqamətlərində də böyük işlər görürlər. Kafedranın fəaliyyət göstərdiyi müddətdə 10 dərslik və dərs vəsaiti, ümumilikdə 20 proqram yenilənərək dərc edilmişdir.

            Bundan başqa, kafedra əməkdaşları xaricdə və ölkəmizdə çıxan müxtəlif jurnallarda məqalələr dərc etdirirlər.

             Kafedra əməkdaşları son illərdə dünyanın bir neçə ölkələrində beynəlxalq konfrans və simpoziumlarda məqalə və tezislərlə çıxış etmişlər.

: Kafedra yarandığı andan etibarən Azərbaycan mədəniyyətinin və qədim adətlərinin qorunması, eləcə də təbliğatı ilə bağlı festivalların təşkil olunmasında fəal iştirak etmişlər. Kafedranın əməkdaşları mütəmadi olaraq universitet tədbirlərinə qatılırlar. Tələbələrlə birgə Yeni il və Novruz şənliklərində tamaşalar, oyunlar, səhnəciklər hazırlayır, universitetin böyük zalında nümayiş etdirirlər. Hər il ənənəvi olaraq  tələbələri Azərbaycanın  tarixi yerləri və muzeylərinə aparır, müxtəlif dini konfessiyaların məbədlərində tətbiqi dərslər keçirir.     

 

Soyadı, adı, atasının adı Vəzifəsi Ştat
1. Abdiyeva Ədalət Murad qızı f.f.d., dosent 0,5
2. İbrahimov Xanməmməd Mahmud oğlu t.e.n., professor 1
3. Hüseynova Zərifə Abbas qızı i.e.n., dosent 0,5
4. Cabarova Şükufə Barat qızı f.f.d., dosent 1
5. Mehdiyev Səməd Mehdi oğlu t.e.n., dosent 1
6. Quliyev Nadir Novruz oğlu s.f.d., dosent 1
7. Səfərova Nazilə Xasay qızı f.f.d., dosent 1
8. Abbasova Mehriban Əbdülhəlim qızı t.e.d., professor 1
9. Hacıyeva Xatirə Ziya qızı t.f.d., dosent 1
10. Rəcəbova Aidə Əkbər qızı s.f.ü.d, dosent 0,5
11. Tağıyeva Sevda Rasim qızı baş müəllim 1
12. Kərimov Namiq Əlişah oğlu baş müəllim 1
13. Bağırova Şəlalə Vaqif qızı t.f.d., dosent 1
14. Abbasov Asif Muxtar oğlu dosent 0,5
15. Mustafayev Qorxmaz Xankişi oğlu t.f.d., dosent 0,5
16. Quliyev Ramin Xəlil oğlu baş müəllim 1
17. Səfiyev Samir Əli oğlu müəllim 0,5
18. Abdullayeva Şəfəq Hüseyn qızı i.f.d., dosent 1
19. Məhərrəmova Sevda Elşad qızı müəllim 1
20. Əlizadə Qəribə Yusif qızı baş müəllim 1
21. Qarayeva Günel Əliniyaz qızı müəllim 1
22. Yusifova Kəmalə Xəlil qızı baş müəllim 1
23. İsmayılova Afaq Suliddin qızı müəllim 0,5
24. Quliyeva Leyla Şövqi qızı laborant
25. Hacıyeva Leyla Elxan qızı laborant
26. Əsədova Jalə Alik qızı laborant
Paylaş