Mülki müdafiə qərargahı

297

Müasir dövrdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən və imkanlarından geniş istifadə edilsə də, bəşəriyyət irimiqyaslı fəlakətlərin qarşısında hələ də acizdir.

Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ölkəmizin bütün ərazisini və Sevinc Ağayevaəhalisini əhatə etməsi vacib hesab olunan faktorlardandır. Çünki mülki müdafiə məsələlərinin həlli fövqəladə hallar zamanı insanların təhlükəsizliyinin və onların əmlaklarının, eləcə də maddi və mədəni sərvətlərin mühafizəsinin təmin olunması ilə bilavasitə bağlıdır.

Təhsil müəssisələrində mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi xüsusilə əhəmiyyətlidir.  Bu baxımdan Azərbaycan Dillər Universitetində mülki müdafiə işi “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki müdafiənin təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarına, mülki müdafiə sahəsində digər hüquqi normativ sənədlərə və həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyinin müvafiq göstərişlərinə əsasən təşkil olunmuşdur.

Universitetdə yaradılmış Mülki müdafiə qərargahı mülki müdafiə sahəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, işçilərin (həmçinin tələbələrin) mülki müdafiə sahəsində hazırlığının təşkil olunmasını, mülki müdafiə sahəsində maarifləndirmə tədbirlərinin davamlı keçirilməsini, mülki müdafiə dəstələrinin şəxsi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır və bu sahədə müvafiq tədbirlər həyata keçirir.

Mülki müdafiə qoşunlarının tövsiyələrinə uyğun olaraq hər il universitetin Mülki müdafiə tədbirlər planına əsasən mülki müdafiənin təlim və məşqlərinin keçirilməsi təmin olunur. Təlimlər zamanı əsas diqqət mülki müdafiə rəhbər heyətinin fövqəladə hallar zamanı idarəetmə bacarığının təkmilləşdirilməsinə, mülki müdafiə dəstələrinin şəxsi heyətinin praktiki vərdişlərinin artırılmasına yönəldilir.

ADU-nun Mülki müdafiə qərargahı tərəfindən hazırlanan sənədlər Nəsimi rayon fövqəladə və mülki müdafiə şöbəsi tərəfindən razılaşdırılır və qarşılıqlı fəaliyyətdə tədbirlərin yerinə yetirilməsi təmin olunur.

Eyni zamanda, universitetdə yaradılmış xarici ölkə mərkəzlərində mütəmadi şəkildə mülki müdafiə sahəsində mütəxəssislər dəvət olunaraq tədbirlər keçirilir. 2016-cı ildə Amerika Mərkəzində Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin və universitetin Mülki müdafiə qərargahının iştirakı ilə xarici ölkə tələbələri üçün treninq keçirilmiş, tələbələrə fövqəladə hallar zamanı davranış qaydaları və yanğın zamanı təxliyə yolları izah edilmişdir.

Tədris ilində rəhbər, komandir-rəis heyəti və MM dəstələrinin hazırlığının təmin olunması, onların bilik və bacarıqlarının artırılması ilə bağlı məşğələlər keçirilir, işçilərin və tələbələrin mülki müdafiə sahəsində hazırlanmasına xüsusi diqqət yetirilir və bu işlərin təşkilində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən istifadə edilir.

Qeyd olunmuş işlərin davam etdirilməsi və Mülki müdafiə qərargahının rolunun artırılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Mülki müdafiə qərargahının rəisi

Sevinc Sabir qızı Ağayeva

Email: agayev.qudrat@mail.ru

Paylaş