Maliyyə Departamenti

917

Tarixi:

İlk olaraq Azərbaycan Dillər Universitetinin mühasibatlığı kimi 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun mühasibatlıq şöbəsinin tərkibindən çıxaraq sərbəst olaraq fəaliyyətə Umudov Elçinbaşlamışdır. Həmin vaxtda Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun mühasibatlığı 3 nəfərdən ibarət əmək haqqı bölməsi ilə fəaliyyətini davam etdirmişdir. 2013-cü ildə mühasibat sisteminin daha keyfiyyətli və səmərəli şəkildə qurulması, həmçinin universitetin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə Maliyyə Departamenti yaradılmışdır.

Fəaliyyəti:

Maliyyə Departamentinin tərkibinə Mühasibatlıq, Təsərrüfat və təchizat şöbəsi daxildir.

Mühasibatlıq:

Hal-hazırda mühasibatlıq universitetin inkişaf edərək genişlənməsi nəticəsində mühasibatın bütün sahələrini əhatə etmiş bir maliyyə-uçot strukturuna çevrilib.

Mühasibatlıq 9 işçi heyəti ilə fəaliyyət göstərir və 6 bölmədən ibarətdir:

  • əmək haqqı üzrə hesablaşma bölməsi
  • pul vəsaitinin hərəkəti bölməsi
  • tələbələrlə hesablaşma bölməsi (tələbə təhsil haqqı; tələbə təqaüdü)
  • mal-material uçotu bölməsi
  • iqtisadiyyat və proqnozlaşma bölməsi
  • digər müavinatlar üzrə hesablaşma bölməsi

Hal-hazırda mühasibat uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il 13 yanvar tarixli i- 05 nömrəli əmri ilə “Büdcə təşkilatları üçün milli mühasibat uçotu standartları” əsasında aparılır.

Mühasibatlıq professor-müəllim heyətinə, inzibati idarəetmə heyətinə, tələbələrə əmək haqqı, təqaüdlərin hesablanması və ödənilməsində ən müasir metodları tətbiq etmiş və yüksək nəticələr əldə etmişdir. Mühasibat uçotu maksimum avtomatlaşdırılaraq uçot məlumatlarının etibarlılığını və dəqiqliyini yüksək səviyyəyə çatdırmışdır. Ölkədə təhsilin inkişafı ilə bağlı olan iqtisadi mexanizmlərin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 saylı fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 saylı qərarına əsasən Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin universitetdə səmərəli tətbiqində digər qurumlarla yanaşı, mühasibatlıq da maliyyə-uçot bölməsi kimi öz töhfələrini verməkdədir.

Təsərrüfat və təchizat şöbəsi:

  • Ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tələblər səviyyəsində qurulması
  • Tədris binalarının və digər tikililərin qorunub saxlanılması, təmiri, düzgün istismarı
  • Tədris müəssisəsinin strukturlarının təlabatına uyğun təsərrüfat və dəftərxana malları ilə təminatına cavabdehdir.

Maliyyə Departamentinin müdiri

Umudov Elçin İbad oğlu

Tel: (+99412) 440 19 56

Email: e.umudov@mail.ru

Paylaş