Tədris Departamenti

2225

Tədris şöbəsi 6 iyun 1973-cü ildən SSRİ-nin 50 illiyi аdınа АPХDİ-nin tərkibində yаrаdılmışdır.

????????????????????????????????????

 

2006-cı ildə Tədris şöbəsinin tərkibində qеydiyyаt bölməsi fəаliyyətə bаşlаdı.

2013-cü ildə Kеyfiyyətin təminаtı mərkəzi tədris şöbəsinə birləşdirildi və şöbə Kurrikulum və Kеyfiyyətə Nəzаrət Dеpаrtаmеnti kimi fəаliyyətə bаşlаdı.

2016-cı ildə аpаrılаn struktur dəyişiklikləri nəticəsində dеpаrtаmеntin nəzdində bir nеçə mərkəz yаrаdıldı:

1) Kеyfiyyətin təminаtı və məzunlаrlа iş mərkəzi,

2) Təcrübə, prоfеssiоnаl inkişаf və kаryеrа mərkəzi,

3) Tələbə qəbulu və tələbə qеydiyyаtı mərkəzi,

4) Biliyin qiymətləndirilməsi və mоnitоrinq mərkəzi.

Dеpаrtаmеntin аdı dəyişdirilərək Kurrikulum inkişаfı və təhsil siyаsəti dеpаrtаmеnti аdlаndırıldı.

Kurrikulum inkişаfı və təhsil siyаsəti dеpаrtаmеntinin tərkibinə dахil оlаn mərkəzlərlə birlikdə fəаliyyətinin əsаs istiqаmətləri аşаğıdаkılаrdır:

  1. Dövlət təhsil standartları əsasında universitetin əsas tədris sənədlərinin – tədris planlarının, işçi tədris planlarının və tədris prosesi qrafiklərinin işlənib hazırlanması və bu zaman universitetin bölmələrinin qarşılıqlı əlaqəsinin təmin edilməsi;
  2. Tədris prosesinin idarə olunmasına dair informasiyanın təhlili və ümumi­ləşdirilməsi, rektorluğun müvafiq qərarlarının hazırlanması;
  3. Tədris prosesinin əsaslandırılmış planlaşdırılması və təşkili;
  4. Universitetdə tədrisin bütün formaları üzrə tədris prosesinə və mütəxəssis hazırlığına nəzarət sisteminin informasiya təminatı;
  5. Tədris prosesinə dair normativ-metodik sənədlərin daim təkmilləşdirilməsi;
  6. Tədris məşğələlərinin, imtahan sessiyalarının və Dövlət Attestasiya Komissiyalarının işinin cədvəllərinin planlaşdırılması və tərtibi;
  7. Rektorun tədris prosesinə dair əmr və sərəncamlarının layihələrinin hazırlanması;
  8. Müəllimlər və tələbələrin tədris intizamına riayət etmələrinə nəzarət;
  9. İmtahan sessiyalarının təşkili və gedişinə nəzarət, onların nəticələrinin ümumiləşdirilməsi və təhlili;
  10. ADU-da bakalavriat və magistratura səviyyələrində ixtisas və təhsilalma formasından asılı olmayaraq, tələbələrin nailiyyətlərinin (ÜOMG-nin) qiymətlən­dirilməsini təşkil etmək və həyata keçirmək;
  11. ADU-da fakültə dekanlıqları və kafedralarla əlaqəli şəkildə qiymətləndir­mənin keçirilməsinə və imtahan nəticələrinin yoxlanılmasına nəzarət etmək;
  12. Dövlət Attestasiya Komissiyalarının işlərinə nəzarət, komissiya­ların işinin nəticələrinin sədrlərin hesabatları əsasında ümumiləşdirilməsi və təhlili;
  13. Kafedraların ştatlarının formalaşdırılması üçün hesablamaların və başqa sənədlərin hazırlanması, müəllimlərin və kafedraların tədris planları və tədris yükləri normasına nəzarət, tədris yükünün yerinə yetirilməsinə nəzarət edilməsi;
  14. Seçki müddəti başa çatmış professor-müəllim heyətinin, eləcə də vakant vəzifələri tutmaq üçün müsabiqə elanının hazırlanması, ərizələrin qəbulu;
  15. Kafedraların və fakültələrin tədris və metodiki işin ayrı-ayrı məsələləri üzrə yoxlanılması, rektorluğun planı əsasında nəzarət tədbirlərində iştirak;
  16. Tədris məsələləri üzrə vətəndaşlar və idarələrlə yazışmalar;
  17. Dövlət statistika hesabatı məlumatlarının hazırlanması;
  18. Tədris, istehsalat və pedaqoji təcrübələrin təşkili, onların keçirilməsinə dair təcrübə bazaları ilə müqavilə bağlanması, təcrübələrin gedişinə nəzarət etmək, təcrübələrin keçirilməsinə dair hesabatların qəbul edilməsi;
  19. ADU-da özünütəhlil və özünüqiymətləndirməni həyata keçirmək.

 

Tədris Departamentinin müdiri

Şəfəq İsmayıl qızı Şahməmmədova

Tel: (+99412) 440 64 82

Email: shafaqss@mail.ru

Məmməd İsmayılov

 

Təcrübə, professional inkişaf və karyera şöbəsinin direktoru

Məmməd Allahverdi oğlu İsmayılov

Tel: (+99412) 440 10 64  (daxili 2 19)

Email: mammad.ismayilov@adu.edu.az

Qeydiyyat bölməsi 2006-cı ildə Tədris şöbəsinin tərkibində fəaliyyətə başlayıb. 2016-cı ilin noyabr ayında isə Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzi adlandırılıb.

????????????????????????????????????

14.09.2017-ci il tarixli 123 nömrəli əmrlə mərkəz Tələbə qəbulu və tələbə qeydiyyatı şöbəsi adlandırılıb.

Tələbə qəbulu və tələbə qeydiyyatı şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Akademik transkriptlərin hazırlanması;
  • Tələbə qəbulu ilə bağlı qeydiyyatın aparılması (bakalavr və magistr səviyyələri üzrə);
  • Dövlət İmtahan Mərkəzinin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə məlumatların daxil edilməsi (şəxsi, hərəkət və məzun məlumatları);
  • Akademik borcu olan tələbələrin təkrar tədrisə cəlb olunması ilə bağlı qeydiyyat;
  • Bütün fakültələr üzrə kəsrlər siyahısının hazırlanması;
  • Əlavə tədrisin təşkil olunması ilə bağlı əmr layihələrinin hazırlanması;
  • Yekun Buraxılış Dövlət Attestasiyasına buraxılan tələbələr, tələbələrə fərqlənmə və ya adi diplom verilməsi haqqında məlumatların hazırlanması;
  • Bütün aspektlər üzrə tələbə məlumatlarının bazaya yerləşdirilməsi.

 

Tələbə qəbulu və tələbə qeydiyyatı şöbəsinin müdiri

Əhmədova Nübar Nizami qızı

Tel: (+99412) 440 22 78/79 (daxili 2 60)

Email: nubar.aul.qa@gmail.com

Fatma Qurbanzadə

Biliyin qiymətləndirilməsi, monitorinq və keyfiyyətin təminatı şöbəsinin

direktoru

Fatma Nazim qızı Qurbanzadə

Tel: (+99412) 441 22 78/79  (daxili 1 33)

Email: fatima.gurbanzadeh@mail.ru

Paylaş