İSPAN VƏ KOREYA DİLLƏRİNİN TƏRCÜMƏSİ KAFEDRASI

810

Kafedranın qarşısında duran əsas vəzifə praktik ispan dilini tələbələrə  yüksək səviyyədə tədris etmək, tələbələri hər şeydən əvvəl vətənə, xalqına yararlı bir vətəndaş və yüksək ixtisaslı tərcüməçi kimi yetişdirməkdir. Praktik dil dərsləri: Eşidib anlama və nitq,  Oxuyub  anlama və yazı, Yazılı tərcümə,Yazılı anlama, Şifahi anlama, Seçmə fənlər (ictimai-siyasi, iqtisadi-texniki, elmi, tibbi, hüquqi tərcümələr və s.) Peşəkar tərcümənin əsasları, Sənədləşdirmə və terminologiya kimi fənlər mərkəzi yer tutur. Tədrisin magistr pilləsində Ümumi tərcümə, tərcümə və leksikologiya,  Seçmə fənlər,tərcümənin metodiki əsasları ilə bağlı nəzəri fənlərin tədrisi ispan dilinin  əsaslı şəkildə mənimsənilməsində mühüm rol oynayır. Kafedranın başlıca vəzifələrindən biri  kadr potensialının artırılması, kafedrada kadr  hazırlığını yüksək səviyyədə təmin etməkdir.Təhsilin magistr pilləsini uğurla başa vurmuş gənclərin kafedraya dəvət olunub işlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.Son illər kafedraya işə götürülən  müəllimlər məhz magistr pilləsini bitirmiş yerli mütəxəssislərdir.Kafedra müəllimləri mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli konfranslarda, pedaqoji təcrübələrinin artırmaq  üçün  iştirak edir və Kafedraya xarici mütəxəssislərin dəvət olunması sistemli şəkildə həyata keçirilir. Hər il bir xarici lektor kafedraya işləməyə gəlir. Kafedranın təcrübəli müəllimləri yeni fəaliyyətə başlayan müəllimlərin dərslərini dinləyir, müzakirələr aparır, onlara lazımi elmi-metodik göstərişlər verirlər. Kafedra öz elmi potensialını durmadan artırır. Kafedra əməkdaşlarından  3 doktorant və 4 dissertant fəaliyyət göstərir və onlar müdafiə ərəfəsindədir. Kafedrada dərs deyən müəllimlər elmi istiqamət götürmüş və lüğət, dərs vəsaitləri, məqalələr  hazırlayırlar. Kafedra üzrə bir müəllimin  İMPAKT faktorlu məqaləsi var. Kafedra mütəmadi olaraq müxtəlif tədbirlər keçirir, ispandilli ölkələrin səfirləri ilə görüşlər təşkil edir, tələbələrin müxtəlif konfranslarda, forumlarda, dövlət əhəmiyyətli tədbirlərdə könüllü kimi iştirak etməsinə şərait yaradır.. Kafedra müdiri  f.f.d Aynur Quliyeva bütün bu işlərə, kafedranın elmi potensialının artırılmasına  daim diqqətlə və ciddi nəzarət edir.

Kafedranın 25 nəfər əməkdaşı var.Kafedranın 21 ştatlı müəllimi, 3 nəfər saathesabı müəllimi,1 laborantı var.

  1. B\m. f.f.d Aynur Quliyeva   5 ştat
  2. B\m.  Hüseynağa Əmirov      1 ştat
  3. B\m. Dos. Aybənisə Əliyeva 1 ştat
  4. B\m. Rəhimə Məmmədova    1 ştat
  5. B\m.  Jalə Qənbərli                1 ştat
  6. B\m Rəna  İsmayılova         5 ştat
  7. Nuridə Aslanova               1 ştat
  8. Aytən Əliyeva                   1 ştat
  9. Səbinə Əliyeva                  1 ştat
  10. Lalə İbadova                     1 ştat
  11. Səbinə Əzizova                 1 ştat
  12. Dürnisə Ağayeva              1 ştat
  13. Elvira İmanova                 1 ştat
  14. Günay Xəlilova                1 ştat
  15. Könül Kamilzadə              0.5 ştat
  16. S/h. Nərmin Qarayeva
  17. S/h. Gülnar Mustafayeva
  18.   S/h. Roksana Məmmədova
  19. X\m.  Lee Youn Hong             1 ştat
  20. X\m.  Lee Geum Ryon            1 ştat
  21. X\m.  Choi Ho                       1 ştat
  22. X\m.  Co Mi Hyun                1 ştat
  23. X\m.  Ahn Eun Joon              1 ştat
  24. X\m. Fransisco Capilla          1 ştat
  25. Laborant  Nərgiz  Mədətova

Respublikamızda ispan dilinin tədrisinə  ilk dəfə  1964-1970-ci illərdə M.F.Axundov adına Xarici Dillər İnstitutunun Fransız dili kafedrası tərkibində başlanmışdır. O zamanlar kafedrada xarici ölkələrdən gəlmiş müəllimlər fəaliyyət göstərib. 1993-cü ildə inglis, alman, fransız dilləri üzrə üç müstəqil tərcümə kafedrası yaradıldı. İspan dili şöbəsi Fransız dilinin tərcüməsi kafedrası nəzdində yerləşdirildi. İlk yerli müəllimlər  b/m Əmirov Hüseynağa, b/m Əliyeva Aybənisə bu dilin tədrisinə başladı. İlk buraxılışdan sonra müəllimlərin sayı artdı: 2000-ci ildə İspan və İtalyan dili kafedrası yaradıldı. Kafedra müdiri əvvəlcə Rəna Qafarova oldu, lakin tezliklə işdən azad edildi. 2003-cü ildən b/m Hüseynağa Əmirov kafedraya rəhbərlik etməyə başladı. O zaman  kafedranın tərkibindəki müəllimlər: müdir b/m H.Əmirov, b/m A.Əliyeva, m. A.Şahnəzərova, m. A.Quliyeva, m. J.Qənbərli, R. Məmmədova idi.  2007-ci ilin sentyabr ayından İspan dili kafedrası  A.Əliyevanın rəhbərliyi ilə    müstəqil fəaliyyətə başladı.  2012-ci ilin may ayında ADU-nun və İspaniyanın Ankaradakı səfirliyinin birgə əməkdaşlığı nəticəsində İspan dili Mərkəzinin açılışı oldu. 2015- ci ildə Koreya dili kafedrası İspan dili kafedrası ilə  birləşdirildi. Qeyd edək ki, Koreya dili kafedrası tarixi və dil cəhətdən bir-birilə yaxın olan Azərbaycan və Koreya xalqlarının dostluq və səmimi münasibətlərini genişləndirmək və dövlətlərarası əlaqələrin inkişafına kömək edən istedadları yetişdirmək məqsədilə 1994-cü ildə yaradılmışdır. Azərbaycanda ilk dəfə olaraq Şimal Şərqi Asiya (Uzaq Şərq) təhsil sistemini başlayan Koreya dili kafedrası Azərbaycan xalqına inkişafda olan qüdrətli bir dövlət- Koreya dövlətini tanıtmaqla bərabər Azərbaycana gəlmiş koreyalılara da buranın onlara yad bir ölkə olmamasına kömək edir. Koreya dili kafedrası hazırda bununla kifayətlənməyib Azərbaycanın sərhədlərini aşaraq bütün Qafqazda Koreya təhsilini təmsil edən bir sistem yaratmaq niyyətindədir. Bununla bərabər Koreya mədəniyyətini və dilini tətqiq edən mükəmməl Koreya dili mütəxəssiləri yetişdirən institutun yaradılması üçün çalışır. 1994-cü sentyabrında İngilis dili kafedrasının nəzdində Koreya dili ixtisası yarandı. 2007-ci ilin sentyabrında müstəqil bir kafedra kimi Koreya-Azərbaycan tərcümə kafedrası yarandı.

2015-2016- cı tədris ilindən kafedranın müdiri f.f.d. Aynur Quliyevadır.  Kafedrada  6 baş müəllim, 9 müəllim, 5 xarici müəllim, 3 saathesabı müəllim və 1 laborant var.

İspan dilini  yüksək səviyyədə tədris etmək, yüksək səviyyəli tərcüməçi kadrlar yetişdirmək, kadrların elmi fəaliyyətini artırmaq. Təhsilin istər bakalavr, istərsə də magistr pilləsində yüksək, müasir səviyyədə tədrisin  aparılması, dövrün tələblərinə cavab verən tərcüməçi mütəxəssislərin hazırlanması kafedranın əsas fəaliyyət növüdür. Kafedranın daxili fəaliyyətinə aşağıdakılar aiddir:

  • Universitet rektorluğu tərəfindən təsdiq olunmuş iş cədvəli əsasında ayda 1 dəfədən az olmayaraq kafedra iclaslarının keçirilməsi. Lazım gəldikdə növbədənkənar iclasların keçirilməsi.
  • Ayda iki dəfədən az olmayaraq bölmə iclaslarının keçirilməsi, təcili məsələlərin müzakirəsi.
  • “Tərcümənin aktual problemləri” mövzusu ətrafında seminarların təşkil olunması.
  • Kafedra iclaslarına müxtəlif jurnallara təqdim olunan məqalələrin müzakirəsi və rəyin verilməsi. Elmi konfranlar üçün nəzərdə tutulmuş tezislərin müzakirəsinin keçirilməsi və rəy verilməsi.
  • Kafedra əməkdaşlarının hazırladıqları dərs vəsaiti, dərs işləmələrinin və proqramlarının müzakirəsinin keçirilməsi.
  • Kafedra üzrə hazırlanan lüğətlərin yoxlanılması və müzakirəsi.
  • Tədris islahatları ilə bağlı yeni təlim materialları və tədris strategiyaları ilə müəllimlərin müntəzəm məlumatlandırılması işinin təşkili.
  • Kafedra müəllimlərinin xaricdə təkmilləşmə kurslarında iştirakına dəstəyinin təmin edilməsi.
  • Kafedrada hər il keçirilən DELE imtahanlarının təşkili.
  • Yeni eksperimental sistemə keçid (TEMPUS proqramı üzrə) və kredit sistemi ilə bağlı müntəzəm olaraq müxtəlif məsələlərin: sillabusların, təqvim planlarının, yeni proqramların müzakirə edilməsi, fənlər üzrə təqdimatlarda iştirak.
  • Kafedrada yerli və beynəlxalq tədbirlərin keçirilməsi ( İspan dili günləri, BMT xətti ilə “İspan dili günü”, Azərbaycan teatr və kino incilərinin İspan dilində tərcüməsi və tamaşaya qoyulması.
  • İspan dili mərkəzi və İspan dili kafedrasının birgə fəaliyyəti (danışıq klubu, mərkəzin kitabxanasının istifadəsi, mərkəzdəki texniki avadanlıqdan dərs zamanı istifadə, elmi-metodiki seminarların təşkili (məs.İspaniyadan tərcüməçi və linqvistlərin dəvət edilməsi)
  • ADU-nun digər kafedra və fakültələri ilə əməkdaşlıq.
  • Universitetimizdə TEC xətti ilə keçirilən konfranslarda tələbələrin iştirakinın təmin edilməsi.

İspan dili kafedrası universitetin digər kafedraları ilə əlaqə saxlayır, çünki ispan dili BM və Regionşünaslıq, Filologiya fakültələrində də tədris edilir. Kafedra əməkdaşları hər bir fakültədə keçirilən “ispan dili” fənləri üzrə proqramlar tərtib etmişlər. Kafedramız ümumrespublika və universitetdaxili konfrans və seminarlarda fəal iştirak edir. Respublikamızda fəaliyyət göstərən elmi-nəzəri jurnallarda məqalələrlə çıxış edirlər. TEC xətti ilə keçirilən konfranslarda tələbələrimiz böyük fəallıq göstərir, mükafatlar alır, plenar iclaslarda çıxış edirlər. Hər il onlarla tələbənin TEC-in konfransında elmi məqalələrlə çıxış etmələrinə xüsusi qayğı göstərilir, səmərəli istiqamət verilir.

Bədii tərcümə sahəsində də kafedranın uğurları var. Kafedramızın baş müəllimi H.Əmirov həm klassik, həm də müasir ədəbiyyatımızdan ispan dilinə lirik nümunələr tərcümə etmiş və 2004-cü ildə “Qəlblərin döyüntüsü”  lirik şeirlər kitabı çapdan çıxmışdır. 2004-cü ildə onun ispan dilinə tərcümələri Meksikada da işıq üzü görmüşdür. Kafedra müdiri  dos.Aynur Quliyeva Q.Q.Markesin “Yüz ilin tənhalığı” əsərinin orijinaldan ana dilimizə tərcüməsini tamamlamaq üzrədir.

İspan dili kafedrasının akademik proqramlarına hər iki təhsil pilləsi – bakalavr və magistr pillələri üzrə hər bir fənn üçün proqramlar daxildir. Kafedrada tədris olunan fənlərə müvafiq fərdi plan və sillabuslar  hazırlanır və  tədris ili başlamazdan əvvəl  müzakirə olunaraq təsdiq edilir.

Tədris proqramları və sillabuslar hazırlanarkən aşağıdakı amillərin vəhdəti nəzərdə tutulur:

  • Təlimdə kommunikativ metodlara, interaktivliyə əsas yer verilir.
  • Qrammatik materialın tədrisində əlahiddəlik deyil, mətndə rast gəlinən konkret qaydaların izahı və öyrədilməsi üstünlük təşkil edir.
  • Canlı ünsiyyət, dil daşıyıcısının  fikirlərini aydın başa düşmək və nitq-mətn yaradıcılığı əsas məqsəd kimi nəzərdə tutulur.
  • Müəllimlər və tələbələr arasında interaktiv ünsiyyətə ayrıca diqqət verilir.
  • Həm şifahi, həm də yazılı nitq bacarıqlarının vəhdət şəklində öyrədilməsi əsas hədəf kimi nəzərdə tutulur. Təlimdə konkret təlim vəsaitlərindən yaradıcı istifadəyə, tənqidi münasibətə xüsusi əhəmiyyət verilir.
  • Təlim prosesində konkret ünsiyyət vəzifələri, kommunikativ səriştə əsas məqsəd kimi önə çəkilir.
  • Kafedranın müəllimləri hər iki növbədə fəaliyyət göstərir.

          Kafedra müdiri:                                                   f.f.d Aynur Quliyeva

Paylaş