İnformasiya texnologiyaları kafedrası

624

İnformasiya texnologiyaları kafedrası 1991-ci ilin fevralında “İnformatika və TTV” adı ilə yaradılmış, 1997-2013-cü  illərdə isə “Riyaziyyat və informatika” kafedrası kimi fəaliyyət göstərmişdir. 2013-cü ilin dekabr ayından kafedra “İnformasiya texnologiyaları” kafedrası adlanır. Kafedranın 17 nəfər əməkdaşı var. Belə ki, kafedrada 10 nəfər dosent, 5 nəfər baş müəllim, 2 nəfər müəllim, 2 nəfər laborant çalışır. Hazırda kafedraya dosent Fikrət İbiyev rəhbərlik edir.

 

S.A.A Vəzifəsi Ştatı
Fikrət Təyyar oğlu İbiyev Kafedra müdiri, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,  dosent 0,5
Fərman Oruc oğlu Məmmədov riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,  dosent 1
Vasif Babaqulu oğlu Müslümov riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,   dosent 1
Aytəkin İsmayıl qızı İsmayılova riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent 1
Asəf Hacıverdi oğlu Novruzov baş müəllim 1
Pərvanə Malik qızı Həsənova riyaziyyat üzrə fəlsəfə doktoru,  dosent 1
Rəsmiyyə Rza qızı Əmirova Riyaziyyat üzrə fəlsəfə doktoru,  baş müəllim 1
Zəminə Ağaş qızı Səmədova riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 1
Mahiyə Müracəb qızı Kərəmova baş müəllim 1
Güləhməd Yusif oğlu Məlikov riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,   dosent 0,75
Həsən Musa oğlu Quliyev riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,  dosent 0,75
Elmira Hacı qızı Yusifova müəllim, magistr 0,5
Şəbnəm Rəşad qızı Səfərova müəllim, magistr 0,5
Akif Əsgər oğlu Hacıyev riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,  dosent 0,25
Alfayət Razim qızı Əmrahova riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,  dosent 0,25
Fuad Polad oğlu Babayev baş müəllim 0,25
Əflatun Qüdrət oğlu Aslanov baş müəllim 0,25
Aysel Alyoşa qızı Əsgərova laborant
Aynur Əli qızı Məmmədova laborant

Kafedrada tədris olunan fənlər müxtəlif ixtisas hazırlıqları üzrə təklif edilir. Ümumilikdə isə fakültələr üzrə bakalvr pilləsində aşağıdakı fənlər tədris olunur:

İnformatika və kompyuter texnologiyaları;

İnformatika;

İnformatika və təhsildə İKT;

İnformatika və onun tədrisi metodikası;

Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları;

Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası.

 

İnformatika fənləri ADU-nun bakalavr pilləsində tədris planına uyğun olaraq 1 (bir) semestr ərzində praktik məşğələ şəklində tədris olunur.

Göstərilən fənlərin tədrisində bakalavrlar informasiya və kompyuter texnologiyalarının əsas anlayışları, arxitekturası, proqram təminatı haqqında biliklər əldə edirlər. Onlar müasir əməliyyat sistemlərindən biri olan Windows sisteminin imkanlarını mənimsəyirlər. Eləcə də Microsoft Ofis paketinə daxil olan tətbiqi proqramlarla işləmək vərdişləri qazanırlar. Aldıqları bilikləri müxtəlif məzmunlu praktiki tapşırıqların həllinə tətbiq edərək daha da möhkəmləndirirlər.

Həmçinin, müasir informasiya proseslərinin əsasında duran kompyuter şəbəkələri, o cümlədən beynəlxalq kompyuter şəbəkəsi – internet haqqında geniş nəzəri biliklərə yiyələnir və internet xidmətlərindən lazımi səviyyədə istifadə edə bilirlər.

Müxtəlif istiqamətlər üzrə təhsil alan bakalavrların qeyd olunan fənlərin müasir dövrün tələblərinə uyğun tədrisi nəticəsində əldə etdiyi nəzəri və praktiki biliklər onların gələcək fəaliyyətində mühüm rol oynayır.

Qeyd olunan fənlərlə yanaşı, Pedaqoji fakültədə ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan bakalavrlar üçün

  • Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları (4 semestr);
  • Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası (2 semestr) fənləri tədris olunur.

İbtidai siniflərdə riyaziyyat fənnini tədris edən müəllimlərin hərtərəfli hazırlığa malik olmaları müasir dövrün tələbidir. Bu baxımdan orta təhsil sistemində, o cümlədən, ibtidai siniflərdə təhsil prosesinin kurrikulum standartlarının tələblərinə uyğun qurulması, həm də yüksək səviyyəli yeni kadrların hazırlanmasından asılıdır. Odur ki, bu fənlərin tədrisi göstərilən tələblərə uyğun qurulmuş, müvafiq proqramlar yeni mövzularla zənginləşdirilmişdir. Nəzərdə tutulan bütün nəzəri və praktiki mövzuların dərindən mənimsənilməsi, eyni zamanda  müxtəlif yazılı, şifahi hesablama bacarıq və vərdişlərinin inkişaf etdirilməsi bakalavrların məsələ və misallar üçün müxtəlif həll üsullarının seçilməsində özünü yüksək hazırlığa malik səriştəli mütəxəssis kimi  göstərməsinə zəmin yaradır.

İnformasiya texnologiyaları kafedrası ümumuniversitet kafedrası olduğundan bütün fakültələrdə pedaqoji fəaliyyət göstərir. Eyni zamanda, digər universitetlərin müvafiq kafedraları ilə sıx əlaqələr saxlayır. O cümlədən, kafedra müştərək seminarların keçirilməsi, dərsliklər, dərs vəsaitləri və elmi məqalələrin hazırlanması, müzakirəsi, elmi-praktik konfransların keçirilməsində fəal iştirak edir. Kafedrada tədris olunan fənlər üzrə dərsliklər, dərs vəsaitləri və fənn proqramları hazırlanır.

Kafedra təhsildə və elmdə informasiya texnologiyaları istiqaməti üzrə elmi tədqiqat işləri aparır.

Həmçinin, kafedra müvafiq istiqamətlər üzrə müxtəlif universitetlərdən daxil olan elmi işlər və dərs vəsaitlərinə rəylər verir. Kafedranın əməkdaşları müvafiq elmi istiqamətlər üzrə ixtisaslaşdırılmış müdafiə şuralarında opponent kimi çıxış edirlər.

Kafedrada “İcmal Hesabat” adlı tətbiqi proqram paketi hazırlanmışdır. Kafedra əməkdaşları Tempus proqramı çərçivəsində, ECDL (European Computer Driving Licence) kompyuter biliklərini ölçən beynəlxalq sertifikat proqramı layihəsində iştirak etmişdir. Hazırda kafedra əməkdaşları ECDL beynəlxalq sertifikat proqramının təlimlərini təşkil edir.

 

  1. Məmmədov, F.İbiyev, Microsoft Excel 2010, Dərs vəsaiti, Bakı, Radius nəşriyyatı, 2016, 256 səh.
  2. Məmmədov, F.İbiyev, Microsoft Word 2010 proqramı, Dərs vəsaiti, Bakı, Radius nəşriyyatı, 2015, 320 səh.
  3. Мüslümov, A.Hacıyev, F.Babayev, Microsoft Excel 2010, Dərs vəsaiti, Bakı, UniPrint nəşriyyatı, 2015, 222 səh.
  4. Мüslümov, A.Əmrahova, Z.Səmədova, Microsoft Word 2010, Dərs vəsaiti, Bakı, UniPrint nəşriyyatı, 2015, 374 səh.
  5. Məmmədov, F.İbiyev, Ə.Aslanov, Microsoft Windows 7 əməliyyat sistemi, Dərs vəsaiti, Bakı, Oka Ofset nəşriyyatı , 2014, 360 səh.
  6. İbiyev, F.Məmmədov, E.Seyidzadə, Kompyuterin əsasları və əməliyyat sistemləri, Təlim vəsaiti, Qafqaz Universiteti, TEMPUS proqramı, Bakı, Şərq-Qərb nəşriyyatı, 2014,132 səh.
  7. Məmmədov, F.İbiyev, Ə.Aslanov, Ehtimal nəzəriyyasi və riyazi statistikanın elementləri, Dərs vəsaiti, Bakı, Radius nəşriyyatı, 2013,160 səh.
  8. Məlikov, V.Müslümov, A.Hovruzov, Tətbiqi dilçilik məsələlərinin MS OFFİCE-də həlli, Dərs vəsiti, Bakı, UniPrint nəşriyyatı , 2012, 256 səh.
Paylaş