İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsi

320

Azərbaycan Dillər Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) şöbəsi 2008-ci ildən fəaliyyətə başlayıb.

 İKT şöbəsinin yaradılmasında məqsəd universitetin kompleks kompyuterləşməsinin layihələndirilməsi, müvafiq strateji proqramın hazırlanması, icrası, monitorinqi, tədris prosesinin proqram-metodik  təminatı sahəsində elmi tədqiqatların aparılması, universitet  təhsilinin informatlaşması sahəsində elmi-texniki siyasətin formalaşması və həyata  keçirilməsi, tədricən universitetin vahid informasiya təhsil məkanının formalaşdırılması,

????????????????????????????????????

onun milli və qlobal informasiya məkanına  inteqrasiya  edilməsi  kimi müasir problemləri həll etməkdir.

Mərkəzin fəaliyyətində təhsildə İKT-nin tətbiqinə dair universitetdə aparılan  elmi tədqiqat işlərinin əlaqələndirilməsi, tədris təyinatlı proqram vasitələrinin yaradılması, universitetdə rəqəmsal tədris resursları fondunun formalaşdırılması və təbliği, tədris təyinatlı proqram vasitələrinin ekspertizasının aparılması, tədris prosesinin İKT ilə təminatının təhlili, universitet əməkdaşlarının  İKT üzrə məqsədli hazırlanması, yenidən hazırlanması, ixtisasların artırılması, təhsildə İKT-nin tətbiqinə dair milli və beynəlxalq   səviyyəli  elmi konfrans  və  seminarların  təşkili  də mühüm yer tutur.

Şöbənin  əməkdaşları  Almaniya, Polşa,  Latviya, Ukrayna və digər xarici ölkələrə səfərlər edib və bu ölkələrin İKT şöbələri ilə əməkdaşlıq edirlər.

Şöbənin əməkdaşları Cisco, Microsoft, ECDL və s. kimi bir çox beynəlxalq sertifikatlar alıblar.

İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsinin  müdiri

Kərimov Azər Balamirzə oğlu

Tel: (+99412) 440 58 32

        (+99412) 441 22 78/79 (daxili   1 08)

Email: azer.kerimov@adu.edu.az

Paylaş