Hüquq şöbəsi

200

ADU-nun Hüquq şöbəsi Elmi Şuranın 28 dekabr 2016-cı il tarixli iclasının qərarı ilə yaradılıb.

Şöbənin məqsədi ADU-da qanunçuluğun gözlənilməsini və onun hüquqi maraqlarının qorunmasını təmin etməkdir. Bundan başqa, Hüquq şöbəsi qanunçuluğun tələblərinə uyğun olaraq ADU-da hazırlanan əmr, təlimat və əsasnamə layihələrini nəzərdən keçirir, zəruri hallarda onların hazırlanmasında iştirak edir.

Hüquq şöbəsi ADU kollektivinin hüquqi maraqlarının qorunmasında, habelə onlara zəruri məsləhətlərin verilməsində iştirak edir, ictimai təşkilatlara köməklik göstərir.

Paylaş