Həmkarlar İttifaqı Komitəsi

438

Azərbaycan Dillər Universitetinin (ADU) Həmkarlar İttifaqı Komitəsi (HİK) institutla birgə yaradılmışdır. ADU HİK-in ali orqanı ildə iki dəfədən az olmayaraq çağırılan Plenumudur. Məmmədov MisgərPlenum iş planını, kollektiv müqaviləni, maliyyə hesabatını, smetanı və cari xərcləri təsdiqləyir, həmçinin komissiyaların iş planlarına münasibətini ifadə edir. Plenum üzvləri 15 nəfərdən ibarətdir.

ADU HİK Məclis tərəfindən idarə olunur  və qəbul edilmiş iş planına uyğun olaraq Hİ nəzdində olan ictimai iaşə, gender, gənclərlə iş, fərdi əmək mübahisələri, mədəni-kütləvi tədbirlər, idman və asudə vaxtın səmərəli təşkili komissiyalarının köməyi ilə işini qurur və icra edir.

ADU HİK struktur etibarilə ilk həmkarlar qrup təşkilatlarından, fakültə müəllim həmkarlar təşkilatından ibarətdir və bütövlükdə universitetin bütün bölmə və  şöbələrini özündə ehtiva edir.

ADU HİK-in 1143 nəfər üzvü var. ADU HİK smetası 3 maddə üzrə xərclənir: mədəni- kütləvi tədbirlər, maddi yardım və idman tədbirləri. Mədəni-kütləvi tədbirlər dedikdə-Yeni il, 8 Mart-Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, Beynəlxalq Müəllimlər Günü, 28 May-Respublika günü və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün, həmçinin asudə vaxtın təşkili üçün teatr tamaşaları, Şamaxı, İsmayıllı, Qubaya bir günlük bütün xərcləri ödəməklə səfər və istirahət, müəllimlərin yubileyləri nəzərdə tutulur. Hər il 20-30 müəllim ailəsi yollayışlardan, həmçinin sağlamlıq bərpa mərkəzlərindən istifadə edir. Mədəni-kütləvi tədbirlər planında, həmçinin fənn olimpiadaları təşkil edilir, tələbə və müəllimlər olimpiadanın nəticələrinə görə pulla mükafatlandırılır.

Maddi yardım maddəsi azmaaşlı ailələr, xəstəxanada müalicə olunanlar və müxtəlif daimi xəstəliyi olan kollektiv üzvlərinə şamil olunur, həmçinin Çernobıl əlili, II qrup əlilliyi olan müəllimlər də bu sıradan sayılır. Təşərrüfat işçiləri, fəhlələr, laborantlar, müəllimlər, ailə üzvlərini itirən şəxslər də maddi yardımla təmin olunurlar.

İdman tədbirləri hər il may ayında təşkil olunur. Bununla əlaqədar idman zalı üçün ləvazimatlar (şahmat, nərd, dama, voleybol topu, tennis şarları və stolları) və komandalar üçün idman paltarları alınır.

ADU-nun bütün əməkdaşları HİK-in maliyyə imkanlarından müxtəlif formalarda yararlanırlar.

Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri

Məmmədov Misgər Yolçu oğlu

Tel: (+99412) 440 85 52

Email: atiahirk@mail.ru

Paylaş