Fransız və İtalyan dillərinin tərcüməsi kafedrası

749

Fransız dilinin tərcüməsi kafedrası 1993-cü ildə Tərcümə fakültəsi nəzdində dos. Gözəlov Əziz Paşa oğlunun rəhbərliyi ilə fəaliyyətə başlamışdır. 2005 – 2008-ci illərdə kafedraya prof. Vahabova Sevda Davud qızı rəhbərlik edib. 2008-ci ildə kafedra ph.d Balacayeva Nəzakət Barat qızının rəhbərliyi altında fəaliyyət göstərmişdir. 2011-ci ilin sentyabrından kaf.müd. ph.d Balacayeva Nəzakət Barat qızının Fransanın Lion şəhərində təhsilini davam etdirmək məqsədi ilə ezamiyyətdə olması səbəbi ilə kafedra müdirinin səlahiyyətlərini b/m Əyyubova Xədicə Bayram qızı icra etmişdir. 2013-cü ildən etibarən isə kafedra müdiri vəzifəsini fil.f.d. Səbinə Azin qızı Mahmudova icra edir.

Azərbaycanda italyan dili ilk dəfə olaraq 2001-ci ildən etibarən İspan və İtalyan dili kafedrası tərkibində tədris olunmağa başlamışdır. 2001-2002-ci illərdə kafedra müdiri R.Qafarova olmuşdur. 2003-cü ildə b/m H.Əmirov kafedraya rəhbər seçilmişdir. 2007-ci ilin sentyabr ayından etibarən İtalyan dilinin tərcüməsi kafedrası müstəqil fəaliyyət göstərmişdir. Kafedranın ilk müdiri Marinella Maşa Qalateriya olmuşdur.  Daha sonra bu vəzifəni 2015-ci ilə qədər K.Əliyeva həyata keçirmişdir.

2015-ci ildə Universitetdə həyata keçirilən islahatlarla əlaqədar Tərcümə fakültəsinin nəzdində fəaliyyət göstərən “Fransız dilinin tərcüməsi” və “İtalyan dilinin tərcüməsi”  kafedraları birləşmiş və Universitetin Elmi Şurasının 03.06.2015-ci il tarixli qərarı ilə “Fransız və italyan dillərinin tərcüməsi” kafedrası yaradılmışdır. Yeni yaradılmış “Fransız və italyan dillərinin tərcüməsi” kafedrasının müvəqqəti müdiri vəzifəsinə  phd. Səbinə Azin qızı Mahmudova təyin olunmuşdur. Kafedra müdiri vəzifəsinə seçki 13.10.2015-ci il tarixində keçirilmişdir. Kafedra iclasında fil.f.d Səbinə Azin qızı Mahmudova yekdilliklə kafedra müdiri seçilmişdir.

Hazırda kafedrada 18 nəfər dosent-müəllim heyəti və 2 nəfər laborant fəaliyyət göstərir.

Kafedranın qarşısında duran əsas vəzifə I kursda dilin tədrisini mükəmməl şəkildə həyata keçirmək, digər 3 ildə isə tələbələrin  tərcümə ixtisasına yiyələnmələrini təmin etməkdir. Bu missiya və tələblərə uyğun olaraq I kursda praktik dil dərsləri, II kursdan etibarən isə onlarda tərcümə vərdişlərinin yaranması üçün müxtəlif tərcüməyönümlü fənlər tədris olunur. Kafedranın başlıca vəzifələrindən biri də kadr potensialını artırmaq məqsədi ilə gənc müəllimləri əməkdaşlığa cəlb etmək və onların tərcümənin tədrisi sahəsində bir mütəxəssis kimi yetişməsini təmin etməkdən ibarətdir. Hazırda kafedra heyətinin əsasını gənclər təşkil edir.

Təhsilin istər bakalavr , istərsə də magistr pilləsində tədrisin yüksək səviyyədə aparılması müasir dövrün tələblərinə cavab verən tərcüməçi mütəxəssislərin hazırlanması kafedranın fəaliyyətində vacib yer tutur. Bunlardan başqa, kafedranın müəyyən daxili fəaliyyəti də vardır ki, bunları da aşağıdakı kimi təsvir etmək olar:

  • ayda bir dəfədən az olmayaraq kafedra iclaslarının keçirilməsi;
  • elmi konfranslara və jurnallara təqdim olunan məqalələrin və məruzə tezislərinin müzakirəsi;
  • “tərcümənin aktual problemləri” mövzusunda seminarların təşkili;
  • kafedrada hazırlanan dərslik, dərs vəsaitləri, monoqrafiyaların müzakirələrinin təşkili;
  • kafedra üzvlərinin təcrübə mübadiləsi məqsədi ilə bir-birinin dərsində iştirakı və açıq dərslərin təşkili;
  • tədris islahatları ilə bağlı yeni təlim materialları və tədris strategiyaları ilə müəllimlərin müntəzəm məlumatlandırılması işinin təşkil edilməsi;
  • kafedra müdirinin kafedra müəllimlərinin dərslərində iştirakı;
  • müəllimlərin fransız və italyan dilləri kurslarında iştirakı məsələsinin diqqət mərkəzində saxlanılması və bu işin yeni tələblər və vəzifələr əsasında təkmilləşdirilməsinin təmin olunması;
  • yeni eksperimental sistemə keçid və kredit sistemi ilə bağlı müntəzəm olaraq müxtəlif məsələlərin müzakirə edilməsi, vəzifələrin müəyyənləşdirilməsi;
  • müəllimlərin tərcümə ilə bağlı həm universitetimizdə, həm də əməkdaşlıq etdiyimiz xarici universitetlərdə (Hacəttəpə Universiteti, Milan Ali Tərcümə Məktəbi, İTİRİ) təşkil olunan treninqlərdə iştirakı;

Fransız və İtalyan dillərinin tərcüməsi kafedrası fakültədaxili kafedralarla yanaşı, digər fakültələrin kafedraları ilə də sıx əlaqə saxlayır. Müəllimlərimiz beynəlxalq forum və konfranslarda fəal iştirak edir, universitetin “Elmi xəbərlər”ində, “Le français en Azerbaïdjan” və “Xarici dillər Azərbaycanda” adlı elmi publisistik jurnallarda müntəzəm olaraq məqalələrini çap etdirirlər.

Kafedranın iş qrafiki 2 növbəlidir: I növbə- 08:30-17:00, II növbə-10:00-18:30

Kafedranın elektron ünvanı: fkafedra@yahoo.com

 

Müəllimlərin adı,soyadı,atasının adı
1.      k/m.fil.f.d.Səbinə Mahmudova msabina17@gmail.com
2.      b/m Xədicə Əyyubova khadija.eyyubova@gmail.com
3.      dos. Sevda Vahabova svahabova@yandex.ru
4.      dos. İdris Əmirbəyov idris-51@mail.ru
5.      b/m.Nuranə Məmmədova Nurking2003@yahoo.fr
6.      m.Vüqar Ələsgərov vy_aleskerov@mail.ru
7.      m. Sona Məmmədova

(analıq məzuniyyətində)

sonamammadovaan@yahoo.fr
8.      m. Təranə Rəsulova rasulova.t@mail.ru
9.      b/m Sevda Ələkbərova salekperli@list.ru
10.  b/m Mətanət Əhmədova matanatahmedova@yahoo.fr
11.  fil.f.d. Vəfa Seyidova vafaseidova@mail.ru
12.  b/m. Gülnar Məlikova gulnar_MN@hotmail.com
13.  b/m Dilşad Pənahova dilshad.panahova@gmail.com
14.  b/m Kəmalə Əliyeva mkamala85@yahoo.com
15.  b/m Günel Bayramova gunelf@mail.ru
16.  b/m Aydan Əliyeva

(analıq məzuniyyətində)

aydan.sadigova@gmail.com
17.  əvəzçi müəllimlər :
18.  m. Bəturə Əliyeva batura86@box.az
19.  m. Laçın Bayramova latchine@gmail.com
20.  Laborantlar:
21.  b/lab. Səbinə Əhədli ahadli.s@mail.ru
22.  lab. Sevinc Musayeva gioia.musayeva@inbox.ru

Bakalavr (əyani)

Fənnin adı Kurs
Eşidib anlama və nitq-1 I
Eşidib anlama və nitq-2 I
Oxuyub anlama və yazı -1 I
Oxuyub anlama və yazı -2 I
Yazılı anlama və yazılı ifadə -1 II
Yazılı anlama və yazılı ifadə -2 II
Şifahi anlama və şifahi ifadə II
Ölkəşünaslıq və məd. ünsiyyət II
Peşəkar tərcümənin əsasları II
Bədii mətnlərin tərcüməsi
Xarici dil III
Yazılı tərcümə (B dildən A dilə) III
Tərcümə -1(D-A*D-B) III
C dildən A dilə tərcümə
Ardıcıl tərcümə və qeydgötürmə tex. III
Tərcümə-2(D-A*D-B) III
Kompyuter tərcümə proqramları III
Sənədləşmə və terminologiya III
Xarici dil IV
C dildən A dilə tərcümə IV
Tərcümə – 3(D-A*D-B) IV
A dildən C dilə tərcümə IV
Tərcümə -4(D-A*D-B) IV

 

Magistratura

Fənnin adı Kurs
Ümumi tərcümə-1 I
Ümumi tərcümə-2 I
Ümumi tərcümə-3 II
Seçmə fənn I
Seçmə fənn I
Seçmə fənn II

 

 

 

 

 

Kafedra müdiri:                                                    fil.f.d S.A.Mahmudova

Paylaş