Beynəlxalq münasibətlər kafedrası

2404

Beynəlxalq münasibətlər kafedrası 2001-ci ildə yaradılmışdır. İlk kafedra müdiri prof. Sabir Daşdəmirov olmuşdur. Daha sonra kafedraya prof. Jalə Qəribova, prof. Musa Qasımlı və s.e.f.d, dosent Samir Həmidov rəhbərlik etmişdir. 2017-ci ildən kafedraya siyasi elmlər üzrə elmlər doktoru, dosent  Aida Yusifzadə rəhbərlik edir. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində tədris prosesini aparan ixtisas kafedralarından biri kimi Beynəlxalq münasibətlər kafedrası böyük məsuliyyət daşıyır.

Kafedrada tam ştat müəllimlərlə yanaşı yarımştat və saathesabı əsasda  Azərbaycan Respublikasının Prezident Administrasiyasından, Vergilər Nazirliyindən, Xarici İşlər Nazirliyindən, Ədliyyə Nazirliyindən, Azərbaycan Milli Elmlər Akademiyasından, Əlyazmalar İnstitutundan, ADA Universitetindən dəvət olunmuş mütəxəssislər də fəaliyyət göstərir. Bundan əlavə, kafedranın bir çox müəllimləri tədrislə yanaşı, digər məsul vəzifələrdə də fəaliyyət göstərirlər.

Beynəlxalq münasibətlər kafedrasında müəllimlərin fəaliyyəti müxtəlif meyarlar üzrə qiymətləndirilir. Onların çap olunmuş elmi əsərlərinin əhəmiyyəti, təşəbbüskarlığı, əmək intizamı və digər amillər nəzərə alınmaqla reytinqi müəyyən edilir.

Kafedra fəaliyyət göstərdiyi illər ərzində bakalavr və magistr pilləsi üçün nəzərdə tutulmuş çoxsaylı proqramlar, elmi-metodiki vəsaitlər, monoqrafiyalar, dərslik və dərs vəsaitləri  tərtib edilmiş və nəşr edilmişdir. Kafedra əməkdaşları tərəfindən son illər ərzində çap edilmiş proqramlar və elmi-metodiki vəsaitlərin sırasında  dos. Samir Həmidovun “Beynəlxalq münasibətlər nəzəriyyəsi” (2009), “Avropa İttifaqında siyasi inteqrasiya prosesləri və Azərbaycan” (2009), “Magistratura təhsil pilləsi üçün elmi-metodiki vəsait” (2014), “Beynəlxalq təhlükəsizlik” (2016), “Beynəlxalq təşkilatlar” (2016), “Avropa İttifaqında siyasi inteqrasiya prosesi və transatlantik münasibətlər” (2016), “Beynəlxalq münasibətlər nəzəriyyəsi” (2016), Əli Mustafayevin “Fransanın hüquq sistemi” (2010), Fatimə Güləmirlinin “Müasir diplomatiya” (2016), Günel Hacalıyevanın “Almaniyanın xarici siyasəti” (2016), “Qafqaz ölkələrinin xarici siyasəti” (2016), Aysel Bağırovanın “Fransanın xarici siyasəti” (2016), “Hindistanın xarici siyasəti” (2016), “Yaponiyanın xarici siyasəti” (2016),  Namiq Əsədovun “Azərbaycan müstəqillik dövründə-25” (2017) və “Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü. I hissə” (2017) dərs vəsaitləri, eyni zamanda  “Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü I hissə” (2017) proqramının adları çəkilə bilər. Həmçinin, kafedra əməkdaşları tərəfindən beynəlxalq münasibətlərə dair bir çox dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və s. nəşr edilmişdir. Bunların sırasında aşağıdakıların adlarının vurğulanması məqsədəuyğundur:  dos. Samir Həmidov-“Avropa İttifaqında siyasi inteqrasiya prosesləri və Azərbaycan” (2009) dərs vəsaiti, prof. Rafiq Abbasov-“İlham Əliyev-qədim xalqların dostluğunun müasir davamçısı” (2013) monoqrafiyası, dos. Mətanət Əsgərova-Böyük Britaniyanın konstitusion aktları və hüquq normaları (İngilis hüququ) (2015) dərs vəsaiti.

Qeyd etmək lazımdır ki, son beş il ərzində kafedra əməkdaşları tərəfindən ölkəmizdə və onun hüdudlarından kənarda (Avstriya, Norveç, Rusiya, Ukrayna, Türkiyə, Polşa)  200-dən çox məqalə və tezislər nəşr edilmişdir.

Müasir beynəlxalq münasibətlərdə təhlükəsizlik amilinin rolunun artmasını nəzərə alaraq kafedra əməkdaşları “Beynəlxalq təhlükəsizlik” adlı dərsliyi hazırlayıb çapa təqdim etmişdir.

Son beş ildə kafedra əməkdaşlarından Samirə İmanova “Rumıniya-Azərbaycan münasibətləri (1991-2011-ci illər)”, Emil Qasımov “Azərbaycan Respublikasının Qərbi Avropa dövlətləri ilə əlaqələri (elm, təhsil və mədəniyyət sahəsində)”, Mehriban Babaxanova “Azərbaycan Respublikası və Skandinaviya ölkələrində (Norveç nümunəsində) parlament nəzarəti institutu” mövzularında  fəlsəfə doktorluğu dissertasiya işlərini müdafiə etmişlər.

Eyni zamanda müvafiq zaman müddətində kafedrada 30-dan çox magistr dissertasiyası müdafiə olunmuşdur.

Beynəlxalq münasibətlər kafedrasının müdiri, siyasi elmlər üzrə elmlər doktoru, dosent

Yusifzadə Aida Məmməd qızı

Tel: (+99412) 441 22 78 (daxili 2 50)

Beynəlxalq münasibətlər kafedrasının professor və müəllim heyəti:

1. Aida Yusifzadə kafedra müdiri Dosent, s.e.e.d.
2. İbrahim Kazımbəyli Kaf.müd.müavini Dosent, t.e.f.d.
3. Həsən Əlibəyli Professor T.e.d.
4. Abbasov Rafiq Professor C.e.f.d.
5. Samir Həmidov Dosent  S.e.f.d.
6. Mətanət Əsgərova Dosent H.e.f.d.
7. Namiq Əsədov Dosent T.e.f.d.
8. Samirə İmanova Dosent T.e.f.d.
9. Emil Qasımov Baş müəllim T.e.f.d.
10. Şəlalə Bağırova Dosent T.e.f.d.
11. Nadir Quliyev Dosent S.e.f.d.
12. Anar Bağırov Müəllim S.e.f.d.
13. Mehriban Babaxanova Baş müəllim
14. Əli Mustafayev Baş müəllim
15. Fatimə Güləmirli Baş müəllim
16. Leyla Rüstəmli Baş müəllim
17. Sevda Tağıyeva Baş müəllim
18. Leyla Şahüseynbəyova Müəllim
19. Günel Hacaliyeva Müəllim
20. Elnarə Rəhimli Müəllim
21. Lamiyə Qasımova Müəllim
22. Pərvin Əliyeva Müəllim
23. Nərmin Qədirova Müəllim
24. Sevinc Məmmədli Müəllim
25. Aysel Bağırova Müəllim
26. Balaxanım Əhmədova Müəllim
27. Aytən Abbasova Müəllim
28. Abbas Əliyev Müəllim
29. Hökumə Hacıyeva Müəllim

 

Beynəlxalq münasibətlər kafedrasında tədris olunan fənlər:

Bakalaviaturada

I Daimi/məcburi fənlər

  1. Siyasi fənlər
  2. AR milli təhlükəsizliyinin əsasları
  3. Müasir BM sistemində qloballaşma prosesi
  4. BM-in formalaşmasının əsasları və təkamülü
  5. BM tarixi (ümumi)
  6. BM tarixi-1 (1618-1815)
  7. BM tarixi-2 (1815 -1914)
  8. BM tarixi-3 (1914 -1945)
  9. BM tarixi-4 (1945-)
  10. Müasir BM-də enerji diplomatiyası
  11. BM nəzəriyyəsi
  12. BM nəzəriyyəsi
  13. Müasir inteqrasiya prosesləri
  14. Azərbaycan və xarici ölkələrin siyasi sistemi
  15. Dünya siyasəti
  16. Beynəlxalq təşkilatlar
  17. Konfliktologiya

 

  1. Tarix fənləri
  2. Avropa və Amerika ölkələrinin tarixi
  3. Asiya və Afrika ölkələri tarixi
  4. Türk xalqları tarixi

 

  1. Hüquq fənləri
  2. Beynəlxalq ümumi hüquq
  3. Beynəlxalq xüsusi hüquq
  4. Beynəlxalq hüququn əsasları və ixtisas ölkəsinin hüquq sistemi (Britaniya, ABŞ (Az.,rus.), Skandinaviya, Yaponiya, digər regionlar)

 

  1. İqtisadi fənlər
  2. Beynəlxalq iqtisadi münasibətlər
  3. İqtisadi diplomatiya

 

II Seçmə fənlər

  1. ASOR beynəlxalq münasibətlər sistemində
  2. Şərqi Avropa beynəlxalq münasibətlər sistemində
  3. Yaxın və Orta Şərq beynəlxalq münasibətlər sistemində
  4. Latın Amerikası beynəlxalq münasibətlər sistemində
  5. Afrika beynəlxalq münasibətlər sistemində
  6. Sosial-siyasi/hüquqi təlimlər tarixi
  7. Siyasi fəlsəfə/nəzəriyyə
  8. Avropa hüququ
  9. Avropa İttifaqında siyasi inteqrasiya prosesləri
  10. Müasir diplomatiya
  11. Geosiyasət
  12. İxtisas ölkəsinin xarici siyasəti (Qafqaz, Almaniya, Fransa, Yaponiya, İndoneziya, digər regionlar)
  13. Siyasi münaqişələr
  14. Beynəlxalq təhlükəsizlik
  15. Milli təhlükəsizlik
  16. Azərbaycanın xarici siyasəti
  17. Beynəlxalq təşkilatlar
  18. Müasir beynəlxalq münasibətlər
Paylaş